AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.09.2000
QEYDİYYAT NÖMRƏSİ
176
ADI
“Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2000, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 702)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında

“Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRAR

 

“Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq qadın məsələləri ilə məşğul olan şəxslər təyin edilsin.

2. Qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı” təsdiq edilsin (əlavə olunur) və onun həyata keçirilməsini müvafiq təşkilatlar təmin etsin.

3. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq humanitar təşkilatlarla iş şöbəsinə və elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinə tapşırılsın.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 26 sentyabr 2000-ci il

                   № 176

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 26 sentyabr tarixli 176 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN QADINLARIN MÜNASİB İŞLƏ TƏMİN EDİLMƏSİ

 

PROQRAMI

 

Tədbirlər

İcraçılar

İcra müddəti (illər üzrə)

1

2

3

4

1.

“Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq qaçqın və məcburi köçkün qadınların məşğulluğunun gücləndirilməsinin təmin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyəti orqanları

müntəzəm

2.

Biləsuvar, Sabirabad, Saatlı rayonlarında məcburi köçkünlərin yığcam məskunlaşdıqları çadır şəhərcikləri, fin qəsəbələrində tikiş, toxuculuq sexləri və digər istehsal sahələrinin yaradılması

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, rayon icra hakimiyyəti orqanları

2000

3.

“Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahəsinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli qərarını nəzərə alaraq, Ağdam, Füzuli, Bərdə, Ağcabədi və digər rayonlarda qaçqın və məcburi köçkünlərə müvəqqəti istifadə və icarə məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələrinin ayrılması və əmək qabiliyyətli qadınların işə cəlb olunması

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq Komitəsi və rayon icra hakimiyyəti orqanları

2000

4.

Naftalan şəhərində, Biləsuvar, Saatlı, Sabirabad, Xocavənd, Bərdə və Şəki rayonlarında qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə yeni iş yerlərinin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyəti orqanları

2000—2001

5.

Məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərində (Biləsuvar, Sabirabad, Saatlı, Bərdə, İmişli rayonları) qadınların özünüməşğulluğunun təmin edilməsi məqsədi ilə yerli şəraitə uyğun olaraq pilot proqramlarının hazırlanıb həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Qadın Problemləri üzrə Dövlət Komitəsi

2000—2002

6.

Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə yeni iş yerlərinin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli rayon İcra Hakimiyyəti

2000—2001

7.

Qaçqın və məcburi köçkün qadınlara fərdi əməklə məşğul olmaq üçün müvafiq kreditlərin verilməsinin təşkil edilməsi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası

müntəzəm

8.

Ağcabədi rayonu ərazisindəki Laçın qış yatağında (Taxtakörpü) məcburi köçkünlərə fərdi və kollektiv şəkildə ayrılmış 2544 hektar torpaq sahəsinin su problemlərinin həll edilməsi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq Komitəsi və Laçın rayon İcra Hakimiyyəti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası

2000

9.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən işədüzəltmədə qadın işsizliyinin səviyyəsini nəzərə alaraq, qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin olunmasına üstünlüyün verilməsi [1]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

müntəzəm

10.

Qaçqın və məcburi köçkün qadınların əmək bazarında rəqabətə davamlı peşə və ixtisaslar üzrə hazırlığının həyata keçirilməsi

Əmək və Əhalinin Sosial müntəzəm Müdafiəsi Nazirliyi

müntəzəm

11.

Qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdığı bölgələrdə, xüsusilə çadır şəhərciklərində daha çox qadınların cəlb olunduğu haqqı ödənilən ictimai işlərin təşkili

Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları

müntəzəm

12.

Əmək birjalarında və əmək yarmarkalarında qaçqın və məcburi köçkün qadınların işlə təmin olunmasına üstünlük verilməsi [2]

Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi

müntəzəm

13.

Qaçqın və məcburi köçkün qadınların müəssisə və təşkilatlarda müəyyən edilmiş xüsusi (kvota üzrə) iş yerləri ilə təmin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

müntəzəm

14.

Qaçqın və məcburi köçkün qadınların məşğulluğu ilə bağlı problemlərin həllinə beynəlxalq humanitar təşkilatların, ictimai qurumların cəlb edilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi [3]

müntəzəm

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 noyabr 2006-cı il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 990)

  1. 14 mart 2019-cu il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 531)
  2. 5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı”nın 9-cu hissəsinin “Tədbirlər” sütununda “Dövlət məşğulluq xidməti orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 mart 2019-cu il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 531) ilə “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı”nın 12-ci hissəsinin “Tədbirlər” sütununda “Əmək yarmarkalarının keçirilməsində, Əmək Birjası xidmətində” sözləri “Əmək birjalarında və əmək yarmarkalarında” sözləri ilə əvəz edilmişdir.

 

[3] 6 noyabr 2006-cı il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 990) ilə “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı ”nın 13-14-cü bəndlərinin “İcraçılar” sütununda “Qadın Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status