AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.07.2022
QEYDİYYAT NÖMRƏSİ
1742
ADI
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06.07.2022, Nəşr Nömrəsi: 141), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2022, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 731)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.07.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202207051742
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.07.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyul 2022-ci il

                   № 1742


Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair

 

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra təklikdə “Tərəf və birlikdə isə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi,

bərabərlik və qarşılıqlı fayda prinsipi əsasında dostluq münasibətlərini daha da inkişaf etdirməyi və iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi arzu edərək,

hər iki ölkənin iqtisadi və sosial inkişafını artıracaq enerji əməkdaşlığına olan ehtiyacı qəbul edərək,

öz ölkələrinin qüvvədə olan müvafiq qanun və qaydalarına uyğun olaraq, öz ölkələrinin rifahı üçün enerji sahəsində mövcud potensiallarından səmərəli istifadə məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Məqsədlər

 

Tərəflər öz milli qanunvericiliklərinə müvafiq olaraq və səlahiyyətləri çərçivəsində hökumət sektorları və dövlət mülkiyyətində olan şirkətlər arasındakı əməkdaşlıq vasitəsilə enerji sahəsində əməkdaşlığı təşviq edir və özəl sektorlar arasında əməkdaşlığı asanlaşdırırlar.

 

Maddə 2

Əməkdaşlıq sahələri

 

Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:

1. Hasilat (upstream) və emal (downstream) fəaliyyətləri də daxil olmaqla neft və qaz sahələrinin inkişafı proqramları;

2. Alternativ və bərpa olunan enerji mənbələri sahəsinin inkişafı; və

3. Tərəflər arasında qarşılıqlı olaraq qərarlaşdınlmış hər hansı digər əməkdaşlıq sahələri.

 

Maddə 3

Əməkdaşlıq formaları

 

Tərəflər aşağıdakılar vasitəsilə enerji sahəsində əməkdaşlığı inkişaf etdirirlər:

1. Elmi və texniki əməkdaşlıq üzrə birgə layihələrin yaradılması;

2. Eneıji sektoru ilə əlaqədar ətraf mühitin təhlükəsizliyi, qanunlar, qaydalar, siyasət və digər informasiya mübadiləsinin aparılması;

3. Birgə təlim və inkişaf proqramları;

4. Enerji investisiyası və biznes fəaliyyətlərinin təşviqi;

5. Dövlət şirkətləri və özəl şirkətlər arasında əməkdaşlığın təşviqi;

6. Birgə seminarların, konfransların, eneıji forumlarının keçirilməsi; və

7. Tərəflər arasında qarşılıqlı olaraq qərarlaşdınlmış hər hansı digər əməkdaşlıq formala.

 

Maddə 4

Birgə İşçi Qrup

 

1. Tərəflər bu Anlaşma Memorandumu ilə bağlı müxtəlif məsələlərin müzakirəsi və həyata keçirilməsi məqsədilə Birgə İşçi Qrup təsis edə bilərlər. Birgə İşçi Qrup iş planlanın və bu Anlaşma Memorandumunun tətbiqi və qiymətləndirilməsi üçün mexanizm müəyyən edir, icra ediləcək potensial birgə layihələri müəyyənləşdirir, əməkdaşlıq proqramlarını inkişaf etdirir və bunu müvafiq Tərəflərin təsdiqi üçün təqdim edirlər.

2. Tərəflərin nümayəndələrindən ibarət Birgə İşçi Qrupun görüşü vaxtaşırı, Tərəflərin qarşılıqlı müəyyən etdiyi tarixlərdə növbə ilə Azərbaycan Respublikasında və İndoneziya Respublikasında keçirilir. Hər bir Tərəf Birgə İşçi Qrupun iclaslarında iştirakı ilə əlaqədar öz xərclərini qarşılayır.

3. Hər bir Tərəf digər Tərəfin razılığı ilə Birgə İşçi Qrupun iclasına üçüncü tərəfləri dəvət edə bilər.

 

Maddə 5

İcra

 

Tərəflər qarşılıqlı razılıq ilə əməkdaşlığın konkret sahəsini və onun əlaqədar fəaliyyətlərini müəyyən edirlər. Forma və metodlar ilə bağlı təfərrüatlar, maliyyə öhdəlikləri, eləcə də razılaşdırılmış əməkdaşlıq sahəsinin şərtləri Tərəflər arasında imzalanacaq ayrıca razılaşma ilə müəyyən edilir.

 

Maddə 6

Əqli mülkiyyət hüquqları

 

1. Bu Anlaşma Memorandumunun həyata keçirilməsi üçün bir Tərəfin təqdim etdiyi hər hansı əqli mülkiyyət həmin Tərəfin mülkiyyətində qalır.

2. Bu Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlər nəticəsində yaranmış hər hansı əqli mülkiyyət hüquqları birgə mülkiyyətdir və Tərəflər arasında imzalanmış ayrıca müqavilənin tərkib hissəsidir.

 

Maddə 7

Heyətin fəaliyyətlərinin məhdudlaşdırılması

 

Bu Anlaşma Memorandumu çərçivəsində digər Tərəfin ərazisində bir Tərəfin fəaliyyət göstərən hər hansı bir vətəndaşı digər Tərəfin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və müdaxilə etmir, bu Anlaşma Memorandumunun məqsəd və məramlarına uyğun olmayan hər hansı fəaliyyətlərdən çəkinir.

 

Maddə 8

Fikir ayrılıqlarının həlli

 

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılığı Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr və ya danışıqlar yolu ilə dostcasına həll edilir.

 

Maddə 9

Məxfilik

 

1. Hər bir Tərəf bu Anlaşma Memorandumu çərçivəsində digər Tərəfdən birbaşa və ya dolayı yolla qəbul olunmuş sənədlərin, informasiyanın və digər məlumatların məxfiliyinə riayət edir.

2. Tərəflərin hər hansı biri bu Anlaşma Memorandumu çərçivəsindəki məxfi fəaliyyətləri və (və ya) sənədləri üçüncü tərəfə açıqlamaq niyyətindədirsə, açıqlayan Tərəf əvvəlcədən digər Tərəfdən yazılı razılıq almalıdır.

3. Bu maddənin müddəaları Tərəflərin milli qanunvericiliklərinə xələl gətirmir.

4. Bu Anlaşma Memorandumuna xitam verilməsinə baxmayaraq, bu maddənin müddəaları Tərəflər arasında qüvvədə qalmağa davam edəcəkdir.

 

Maddə 10

Digər beynəlxalq müqavilələr

 

Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin dövlətlərinin tərəf olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

 

Maddə 11

Əlavə və dəyişikliklər

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca Protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 12-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 12

vvəyəminmə, qüvvədəolma müddəti və ləğvedilmə

 

1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən, Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.

2. Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə qüvvədə qalır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə ən azı 6 (altı) ay əvvəl diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Anlaşma Memorandumu növbəti 5 (beş) illik müddətlərə uzadılır.

3. Bu Anlaşma Memorandumunun ləğv edilməsi, bu Anlaşma Memorandumu çərçivəsində öhdəliyə götürülmüş davam edən hər hansı proqram və layihələrə, belə proqram və layihələr tamamlanana qədər onların etibarlılığına və davamlılığına təsir etmir.

Bunun təsdiqi olaraq, aşağıdakı şəxslər bu Anlaşma Memorandumunu imzaladılar.

 

Bakı şəhərində 2021-ci il 30 aprel tarixində, hər biri Azərbaycan, İndoneziya və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində hər hansı bir fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikasının

Energetika Nazirliyi

adından

 

Pərviz ŞAHBAZOV,

nazir

İndoneziya Respublikasının

Energetika və Mineral Ehtiyatlan

Nazirliyi adından

Arifin TASRİF,

 

nazir

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status