Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 39 nömrəli, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2001-ci il 1 mart tarixli 52 nömrəli, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2011-ci il 12 may tarixli 79 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; 2015, № 4, maddələr 462, 468, № 8, maddə 971; 2016, № 2 (II kitab), maddə 385, № 4, maddə 815; 2017, № 4, maddə 620, № 6, maddə 1246, № 8, maddə 1628; 2018, № 5, maddə 1118, № 9, maddə 1917, № 10, maddələr 2166, 2175; 2020, № 10, maddələr 1276, 1281; 2021, № 7, maddə 881) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 4.4-cü bəndindən “rayon (şəhər)” sözləri çıxarılsın və həmin bənddə “Azərbaycan Respublikasının” sözləri “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478; 2020, № 6, maddə 804, № 11, maddə 1417, № 12 (V kitab), maddə 1584; 2021, № 10, maddə 1185) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” üzrə:
2.1.1. adında və I hissənin adında “aktlarının qeydində” sözləri “akt qeydlərində” sözləri ilə əvəz edilsin;
2.1.2. preambuladan “rayon (şəhər)” sözləri çıxarılsın və “aktlarının qeydində” sözləri “akt qeydlərində” sözləri ilə əvəz edilsin;
2.1.3. 1-ci bənddə “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydində ərizə əsasında dəyişiklik” sözləri ilə və “şəxslərin daimi yaşayış yerində” sözləri “şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə” sözləri ilə əvəz edilsin;
2.1.4. 2-ci bənddə “qeydiyyatda düzəliş” sözləri “akt qeydində dəyişiklik” sözləri ilə əvəz edilsin;
2.1.5. 3-cü bənd üzrə:
1. birinci və on birinci abzaslarda “aktlarının qeydində” sözləri “akt qeydlərində” sözləri ilə əvəz edilsin;
2. doqquzuncu abzasda “aktlarının qeydindəki” sözləri “akt qeydlərindəki” sözləri ilə əvəz edilsin;
3. on ikinci abzasda “aktının” sözü “akt” sözü ilə əvəz edilsin;
2.1.6. 4-cü bəndin birinci, onuncu və on ikinci abzaslarında, 6-cı bəndin birinci abzasında “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin;
2.1.7. 5-ci bənd üzrə:
1. birinci abzasda “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə, “daimi yaşayış yerində” sözləri “seçdiyi yer üzrə” sözləri ilə əvəz edilsin;
2. ikinci abzasda “düzəliş” sözü “dəyişiklik” sözü ilə əvəz edilsin;
3. üçüncü abzasda “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin;
2.1.8. 7-ci bənddə “qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin;
2.1.9. 8-ci bəndin birinci cümləsində “daimi yaşayış yerində” sözləri “seçdiyi yer üzrə” sözləri ilə, hər iki halda “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin;
2.1.10. 9-cu bənd üzrə:
1. birinci abzasda “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin və “müvafiq” sözündən sonra “akt qeydi digər qeydiyyat şöbələrində və ya konsulluq idarələrində olduqda həmin” sözləri əlavə edilsin;
2. ikinci abzas çıxarılsın;
2.1.11. 10-cu bənd üzrə:
1. birinci abzasda “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin;
2. ikinci abzasın birinci cümləsində “aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər” sözləri “akt qeydlərində edilmiş dəyişikliklər” sözləri ilə əvəz edilsin;
2.1.12. aşağıdakı məzmunda 10-1-ci bənd əlavə edilsin:
“10-1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.”;
2.1.13. 11-ci bənddə “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə” sözləri “akt qeydlərində edilmiş dəyişiklik haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə” sözləri ilə əvəz edilsin;
2.1.14. 12-ci bənddə “qeydiyyat” sözü “Qeydiyyat” sözü ilə, “qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən” sözləri “akt qeydində dəyişiklik etməkdən imtinasından” sözləri ilə, ikinci halda “və ya” sözləri “və (və ya) sözləri ilə əvəz edilsin;
2.1.15. II hissənin adı aşağıdakı redaksiyada verilsin:
“II. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası”;
2.1.16. 13-cü bənddə “aktlarının itmiş qeydinin” sözləri “akt qeydlərinin” sözləri ilə, “yaşadıqları ərazidə” sözləri “seçdiyi yer üzrə” sözləri ilə əvəz edilsin;
2.1.17. 14-cü bənddə “yazının” sözü “akt qeydinin” sözləri ilə əvəz edilsin;
2.1.18. 15-ci bənd ləğv edilsin;
2.1.19. aşağıdakı məzmunda 16-1-ci, 16-2-ci və 16-3-cü bəndlər əlavə edilsin:
“16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.
16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.
16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir.”;
2.1.20. 17-ci, 19-cu və 22-ci bəndlərdə “aktlarının qeydinin” sözləri “akt qeydlərinin” sözləri ilə əvəz edilsin;
2.1.21. 18-ci bənd üzrə:
1. birinci abzasın birinci cümləsində “daimi yaşayış yerində” sözləri “seçdiyi yer üzrə” sözləri ilə, “aktlarının qeydinin” sözləri “akt qeydinin” sözləri ilə, “aktlarının itmiş” sözləri “akt” sözü ilə əvəz edilsin;
2. ikinci abzas çıxarılsın;
2.1.22. 21-ci bənd aşağıdakı redaksiyada verilsin:
“21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir.”;
2.1.23. III hissənin adında “aktlarının” sözü “akt” sözü ilə əvəz edilsin;
2.1.24. 26-cı bəndin birinci abzasında, 27-ci bənddə, 28-ci bəndin birinci abzasının birinci cümləsində (hər iki halda), 29-cu, 30-cu bəndlərdə “aktlarının” sözü “akt” sözü ilə əvəz edilsin;
2.1.25. 28-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.”;
2.1.26. “Qeyd”də “aktlarının qeydindəki səhvlərin düzəldilməsinə və onda dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə, “aktlarının itmiş qeydinin” sözləri “akt qeydlərinin” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Akt kitablarının saxlanması qaydası və müddətləri” üzrə:
2.2.1. 1-ci bəndin birinci cümləsindən “rayon (şəhər)” sözləri çıxarılsın və “vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivində” sözləri “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində” sözləri ilə əvəz edilsin;
2.2.2. 2-ci bənddə “aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları” üzrə:
2.3.1. birinci abzasdan “rayon (şəhər)” sözləri çıxarılsın və “17” rəqəmləri “18” rəqəmləri ilə əvəz edilsin;
2.3.2. ikinci abzasın ikinci cümləsində “vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə” sözləri “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə” sözləri ilə əvəz edilsin;
2.3.3. 18 nömrəli əlavə təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddə 2525; 2018, № 12 (II kitab), maddə 2760; 2019, № 3, maddə 516, № 4, maddələr 763, 781, № 8, maddə 1478; 2020, № 3, maddə 369, № 9, maddə 1206, № 10, maddələr 1273, 1304; 2021, № 2, maddə 207, № 3, maddə 274, № 9, maddə 1069; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 177 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddən “rayon (şəhər)” sözləri çıxarılsın;
3.2. 1.4-cü bənddə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə” sözləri ilə, “aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir” sözləri “akt qeydlərində dəyişiklik edir” sözləri ilə əvəz edilsin və həmin bəndə “şəhadətnamələr” sözündən sonra “və ya arayışlar” sözləri əlavə edilsin;
3.3. 1.5-ci bəndə “nümayəndəliyi” sözündən sonra “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə” sözləri, “qeydiyyatını” sözündən sonra “, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını” sözləri əlavə edilsin;
3.4. aşağıdakı məzmunda 1.6-1-cı bənd əlavə edilsin:
“1.6-1. Doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər.”;
3.5. 1.7-1-ci bənddə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki” sözləri “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki” sözləri ilə əvəz edilsin;
3.6. 1.11-ci bəndə “aktlarının” sözündən sonra “qeydiyyatının elektron qaydada həyata keçirildiyi hallar istisna edilməklə,” sözləri əlavə edilsin;
3.7. aşağıdakı məzmunda 1.11-1-ci və 1.11-2-ci bəndlər əlavə edilsin:
“1.11-1. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti aktlarının akt qeydi qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyətinin nümayəndəliyinin vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
1.11-2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət etdikdə, bu halda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır.”;
3.8. 1.12-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Doğumun, ölümün və atalığın müəyyən edilməsinin elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür.”;
3.9. 2.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır.”;
3.10. 2.2-ci bənd üzrə:
3.10.1. üçüncü abzasın ikinci cümləsində və dördüncü abzasda “informasiya sistemi” sözləri “EHİS” akronimi ilə əvəz edilsin;
3.10.2. aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:
“Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir.
Bu Qaydanın 2.8.4-cü və 2.8.5-ci yarımbəndlərində nəzərdə tutulan hallar üzrə doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir.”;
3.11. 2.3-1-ci bəndin dördüncü abzasında “avtomatlaşdırılmış informasiya sistemi” sözləri “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi” sözləri ilə əvəz edilsin;
3.12. aşağıdakı məzmunda 2.5-1-ci, 2.6-1-ci və 2.7-1-ci bəndlər əlavə edilsin:
“2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir.
2.6-1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır.
2.7-1. Nikahı olmayan anadan doğulan uşaqlar istisna edilməklə doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatın təqdim edilməsi tələb olunur.”;
3.13. 2.8.1-ci yarımbənd üzrə:
3.13.1. üçüncü abzasın birinci cümləsinə “qeydlər” sözündən sonra “və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat” sözləri əlavə edilsin, üçüncü cümləsində “Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində” sözləri “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti)” sözləri ilə əvəz edilsin;
3.13.2. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir;”;
3.14. 2.17-ci bəndin ikinci abzasında “bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə” sözləri “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 65.5-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa” sözləri ilə əvəz edilsin;
3.15. 2.26-cı bəndin birinci cümləsində “qeydinin tamamlanması zamanı” sözləri “qeydində dəyişiklik edilərkən” sözləri ilə əvəz edilsin;
3.16. 4.6-cı bəndin ikinci cümləsində “Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə” sözləri “Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə” sözləri ilə əvəz edilsin;
3.17. aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:
“4.6-1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürmənin qeydiyyatı aparılır.”;
3.18. 4.7-ci bənd üzrə:
3.18.1. ikinci cümləyə “sonra” sözündən sonra “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş övladlığa götürmənin ləğv olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən” sözləri əlavə edilsin;
3.18.2. üçüncü cümlədə “Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə” sözləri “Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə” sözləri ilə əvəz edilsin;
3.19. 5.9.2-ci yarımbəndin ikinci cümləsində, 5.14-cü bənddə “Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə” sözləri, 5.15-ci bəndin ikinci abzasında, 5.18-ci bəndin ikinci cümləsində, 10.1-ci bəndin dördüncü abzasının ikinci cümləsində, 11.3-cü bəndin ikinci abzasında, 11.4-cü bənddə “Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə” sözləri “Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə” sözləri ilə əvəz edilsin;
3.20. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.1. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır.”;
3.21. 6.6-cı bənddə “məhkəmə qətnaməsinə” sözləri “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa” sözləri ilə əvəz edilsin;
3.22. 6.19-cu və 6.20-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“6.19. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir.
Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir.
Doğum haqqında akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə informasiya sistemi vasitəsilə elektron qaydada bildiriş göndərilir.
6.20. Doğum haqqında akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarəsində saxlanıldıqda, atalığın müəyyən edilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq idarəsi doğum haqqında akt qeydində müvafiq dəyişikliklərin edilməsi məqsədilə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə həmin qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə elektron qaydada bildiriş göndərir.
Bildirişi alan orqan 1 (bir) iş günü müddətində doğum haqqında akt qeydində dəyişiklik edir, doğum haqqında akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində müvafiq dəyişikliklərin edilməsi üçün bildirişi elektron qaydada Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə ötürür.
Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi növbəti iş günü ərzində akt qeydinin digər nüsxəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində dəyişiklik edir və bu dəyişiklik informasiya sistemində əks olunduqdan sonra atalığın müəyyən edilməsini qeyd etmiş qeydiyyat şöbəsi və konsulluq idarəsi doğum haqqında yeni şəhadətnamə verir.”;
3.23. 8.1-ci, 8.2-ci, 8.3-cü, 8.4-cü və 8.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.
8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.
8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.”;
3.24. aşağıdakı məzmunda 8.5-1-ci bənd əlavə edilsin:
“8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır.”;
3.25. 8.6-cı bənddən və 8.7-ci bəndin birinci abzasından “ölüm haqqında aktların qeydiyyat kitabında” sözləri çıxarılsın;
3.26. 8.14-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.”;
3.27. 8.15-ci bənd ləğv edilsin;
3.28. 9-cu hissənin adına “verilməsi” sözündən əvvəl “və ya arayışların” sözləri əlavə edilsin;
3.29. 9.1-ci, 9.2-ci, 9.5-ci və 9.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur.
9.5. Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbəsində və konsulluq idarəsində olmadıqda təkrar şəhadətnamənin verilməsi haqqında müraciəti qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi müvafiq akt qeydinin əldə edilməsi üçün Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron sorğu göndərir.
9.6. Sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda akt qeydi skan edilərək sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə elektron qaydada göndərilir. Sorğu edən qeydiyyat şöbəsi və konsulluq idarəsi elektron formada daxil olmuş akt qeydi əsasında təkrar şəhadətnamə verir.
Sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə akt qeydinin aşkar edilməməsi barədə məlumat göndərilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin məlumat əsasında müraciət etmiş şəxsə bu barədə arayış verir.
Vətəndaşlıq vəziyyəti akt qeydi qeydiyyat şöbəsində və konsulluq idarəsində aşkar edilmədiyi halda şəxs bu barədə arayışı təqdim etməklə təkrar şəhadətnamənin əldə edilməsi üçün bilavasitə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə müraciət edə bilər.
Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir və ya göndərilir.”;
3.30. aşağıdakı məzmunda 9.3-1-ci bənd əlavə edilsin:
“9.3-1. Təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir.”;
3.31. 9.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.8. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir.
Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür.
Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur.
Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir.
Hərbi qulluqçulara təkrar şəhadətnamələr hərbi hissə rəisinin (komandirinin) adına göndərilə bilər.
Təkrar şəhadətnamələrin seriyası və nömrəsi, verilmə tarixi, qeydiyyat şöbəsinin və konsulluq idarəsinin, hərbi hissənin və digər dövlət orqanlarının adı barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur.
Kağız daşıyıcıda şəhadətnamələr yalnız sifarişli məktubla göndərilir.
Təkrar şəhadətnamə elektron qaydada təqdim edildikdə “Elektron şəhadətnamənin qeydiyyat nömrəsi, qeydə alan orqan barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur.”;
3.32. 9.9-cu bəndə “şəhadətnamələr” sözündən sonra “və arayışlar” sözləri əlavə edilsin, “kitablarına” sözü “kitablarındakı qeydlərə” sözləri ilə əvəz edilsin;
3.33. 9.11-ci bənddə “uyğun” sözü “, Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;
3.34. 9.14-cü bəndə “arayışların verilməsi” sözlərindən sonra “elektron olmayan” sözləri əlavə edilsin;
3.35. 9.15-ci bəndin ikinci cümləsində “Elektron Hökumət İnformasiya Sistemi” sözləri “EHİS” akronimi ilə əvəz edilsin;
3.36. 11.2-ci bəndin ikinci abzasının birinci cümləsində “aktlarının” sözü “akt” sözü ilə əvəz edilsin;
3.37. 11.3-cü bəndin dördüncü abzasında “Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi” sözləri “Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti” sözləri ilə əvəz edilsin;
3.38. 12.10-cu bənddə “aktlarının qeydlərində düzəlişlər” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin;
3.39. 13.1-ci bənddə “Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin” sözləri “Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin” sözləri ilə əvəz edilsin;
3.40. 13.2.1-ci yarımbənddə “aktlarının qeydində” sözləri “akt qeydlərində” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 451; 2012, № 12, maddə 1361; 2013, № 5, maddə 589, № 10, maddə 1205; 2018, № 8, maddə 1800) ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci bənddən “rayon (şəhər)” sözləri çıxarılsın;
4.2. 5.5-ci bənddə “aktlarının qeydi” sözləri “akt qeydləri” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 15 iyul 2022-ci il
№ 269
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 15 iyul tarixli
269 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
18 nömrəli əlavə
AZƏRBAYCAN RESPUBLİKASI
ATALIĞIN MÜƏYYƏN EDİLMƏSI HAQQINDA
ELEKTRON ŞƏHADƏTNAMƏ
Qeyd. Şəhadətnamə gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir.
|