“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 368) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2022-ci il
№579-VIQ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Rusiya Federasiyası,
iki dövlət arasında dostluq münasibətlərini dərinləşdirmək və pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyini rəhbər tutaraq, aşağıdakılar barədə razılığa gəldilər:
I Bölmə
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
Anlayışlar
1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər:
1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları;
2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar:
Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Rusiya Federasiyasında - Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi;
3) “kompetent təşkilatlar” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulanlarla bağlı qanunvericiliyin tətbiqi həvalə edilmiş orqan və təşkilatları;
4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs;
5) “ailə üzvü” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən ailə üzvü kimi müəyyən edilən və ya hesab olunan şəxs;
6) “yaşayış (yaşama) yeri” - Razılığa gələn Tərəflərin ərazilərində Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə qanuni əsaslarla daimi və ya müvəqqəti yaşayış yeri kimi müəyyən edilən və ya hesab olunan yer;
7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;
8) “pensiyalar” - bu Müqavilənin 2-ci maddəsində göstərilən, Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə nəzərdə tutulan pul ödənişləri;
9) “pensiya kapitalı” - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pensiya kapitalı kimi müəyyən edilən məbləğ;
10) “fərdi məlumatlar” - bilavasitə və ya dolayı olaraq müəyyən edilmiş və ya müəyyən edilən şəxsə (fərdi məlumatların subyekti) aid istənilən məlumat;
11) “fərdi məlumatların email” - avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya belə vasitələrdən istifadə etmədən toplanması, qeydə alınması (yazılması), sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə edilməsi, ötürülməsi (yayılması, təqdim olunması, giriş hüququnun verilməsi), adsızlaşdırılması, bloklanması, silinməsi, məhv edilməsi də daxil olmaqla fərdi məlumatlarla həyata keçirilən hər hansı hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu.
2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır.
Maddə 2
Tətbiq sahəsi
1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir:
1) Azərbaycan Respublikasında:
yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə;
2) Rusiya Federasiyasında:
bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, qocalığa görə sığorta pensiyasına, əlilliyə görə sığorta pensiyasına, ailə başçısını itirməyə görə sığorta pensiyasına, həmçinin sığorta pensiyasına sabit ödənişə, sığorta pensiyasına sabit ödənişin qaldırılması və (və ya) artırılmasına və sığorta pensiyasına əlavəyə;
yığım pensiyası və pensiya yığımının hesabına digər ödənişlərə;
sosial pensiyalara;
pensiyaya sosial (federal və ya regional) əlavəyə.
2. Bu Müqavilə bu maddənin 1-ci bəndində göstərilən pul ödənişlərinin təmin edilməsi üçün sığorta haqlarının ödənilməsi ilə bağlı Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil olunur.
3. Bu Müqavilə bu maddənin 4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, bu maddənin 1-ci bəndində qeyd edilən müddəaları dəyişdirən və ya tamamlayan pensiya təminatı haqqında qanunvericiliklə tənzimlənən münasibətlərə də şamil olunur.
4. Razılığa gələn Tərəflər başqa hal barədə razılığa gəlməmişdirlərsə, bu Müqavilə əhatə olunan şəxslərin dairəsinin genişləndirilməsi, habelə yeni pensiya təminatı növlərinin müəyyənləşdirilməsi baxımından bu maddənin 1-ci bəndində göstərilən halları dəyişdirən və ya tamamlayan qanunvericiliklə tənzimlənən münasibətlərə şamil olunmur.
5. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə şamil olunmur.
Maddə 3
Əhatə olunan şəxslərin dairəsi
Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu Müqavilə onun 2-ci maddəsində nəzərdə tutulan pensiyalara münasibətdə Razılığa gələn Tərəflərin qanunvericiliyinin təsir dairəsinə düşmüş və ya düşən Razılığa gələn Tərəflərin vətəndaşlarına, həmçinin onların ailə üzvlərinə şamil olunur.
Bərabər hüquqlar
Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Razılığa gələn Tərəflərdən birinin pensiya təminatı sahəsində qanunvericiliyinin tətbiqi zamanı digər Razılığa gələn Tərəfin vətəndaşları birinci Razılığa gələn Tərəfin vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər öhdəliklər daşıyırlar.
Maddə 5
Pensiyaların ödənilməsinə dair ümumi müddəalar
1. Sığortaolunan şəxsin ərizəsinə əsasən təyin edilmiş pensiyalar ona bu pensiyaları təyin edən Razılığa gələn Tərəfin ərazisində ödənilə, yaxud digər Razılığa gələn Tərəfin ərazisinə köçürülə bilər.
2. Bu Müqavilədə başqa hal müəyyən edilməyibsə, Razılığa gələn Tərəflərin təyin etdiyi və ödədiyi pensiyalar sığortaolunan şəxsin digər Razılığa gələn Tərəfin ərazisində yaşaması ilə əlaqədar olaraq azaldıla, dayandırıla və ya ləğv edilə bilməz.
3. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortaolunan şəxsin bir Razılığa gələn Tərəfin ərazisindən digər Razılığa gələn Tərəfin ərazisində yaşamaq üçün köçdüyü zaman ona təyin olunmuş pensiyanı, o cümlədən pensiyaya ödəmələrin və artımların ödənişini onu təyin edən Razılığa gələn Tərəf davam etdirir.
4. Sığortaolunan şəxs daimi yaşayış üçün üçüncü dövlətə köçdüyü zaman pensiyanı təyin edən Razılığa gələn Tərəf sığortaolunan şəxsin seçiminə əsasən ona təyin olunmuş pensiyaları ya öz ərazisində ödəməyə davam edir, ya da digər Razılığa gələn Tərəfin ərazisinə köçürür.
5. Bu maddənin 1-4-cü bəndlərinin müddəaları aşağıdakılara şamil olunmur:
Azərbaycan Respublikası üçün - əmək pensiyasının sığorta hissəsinə əlavələrə, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində əmək fəaliyyəti dövrü üçün pensiya məbləğinə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına görə hesablanmış pensiya məbləğinə;
Rusiya Federasiyası üçün - sığorta pensiyasına müəyyən olunmuş sabit ödənişinə, pensiya hüquqlarının pul formasında valorizasiyasına, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sığortaolunan şəxsin və (və ya) onun ailə üzvünün yaşayış yerinin nəzərə alınması ilə müəyyən edilən sığorta pensiyasına əlavələrə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına əsasən hesablanmış pensiya məbləğinə.
6. Sığortaolunan şəxsin (onun ailə üzvünün) ölümü ilə əlaqədar olaraq almadığı pensiya məbləğlərini almaq hüququna malik olan şəxslər bu məbləğlərin alınması üçün müvafiq ərizə və lazımi sənədlərlə Razılığa gələn Tərəflərdən birinin kompetent təşkilatına müraciət edirlər.
7. Razılığa gələn Tərəflərdən birinin kompetent təşkilatı digər Razılığa gələn Tərəfin ərazisində pensiyanın ödənilməsini həyata keçirdiyi halda, köçürmə ilə bağlı xərcləri ödəyir.
Maddə 6
Köçmə zamanı pensiyaların ödənilməsi
1. Bir Razılığa gələn Tərəfin qanunvericiliyinə görə pensiyaların təyin olunmasına və ya ödənilməsinə təsir edə biləcək hallar digər Razılığa gələn Tərəfin ərazisində baş verirsə, o zaman birinci Razılığa gələn Tərəf bu halları öz ərazisində baş vermiş kimi nəzərdən keçirir.
2. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə uyğun pensiyanın təyin olunması və ödənilməsi sığortaolunan şəxsin eyni vaxtda bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan həmin və (və ya) digər növ pensiyanın digər Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun təyin olunması və ödənilməsi hüququna təsir etmir.
3. Rusiya Federasiyasında pensiyaya federal və ya regional sosial əlavənin tətbiq edilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təyin edilmiş pensiyalar nəzərə almır.
4. Rusiya Federasiyasında sosial pensiya sığortaolunan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təyin olunmuş pensiyaları almaması şərtilə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun təyin olunur və ödənilir. Rusiya Federasiyasında Azərbaycan Respublikasının vətəndaşlarına pensiya təyin olunarkən, onların Rusiya Federasiyasının ərazisində ən az bir il yaşaması şərtilə, hər iki Razılığa gələn Tərəfin ərazilərində yaşadığı dövrlər nəzərə alınır.
II Bölmə
Maddə 7
Ümumi müddəalar
Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu Müqavilənin tətbiq edildiyi sığortaolunan şəxslərə münasibətdə yalnız ərazisində əmək (muzdlu iş) və (və ya) digər (qeyri-muzdlu iş) fəaliyyətlə məşğul olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
Xüsusi müddəalar
Bu Müqavilənin 7-ci maddəsinə aşağıdakı istisnalar müəyyən olunur:
1) hər iki Razılığa gələn Tərəfin ərazilərində əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan sığortaolunan şəxslərə ərazisində daimi yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur;
2) Razılığa gələn Tərəflərdən birinin ərazisində, adətən işlədikləri təşkilatda əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan və bu təşkilat tərəfindən digər Razılığa gələn Tərəfin ərazisinə müəyyən dövr ərzində işləmək üçün göndərilən sığortaolunan şəxslərə ezamiyyət müddətində, lakin 24 aydan çox olmamaq şərti ilə, birinci Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur. Səlahiyyətli orqanlar arasında fərdi qaydada əldə edilmiş razılığa əsasən, sığortaolunan şəxsi göndərən Razılığa gələn Tərəfin qanunvericiliyinin qeyd olunan tətbiqi müddəti 24 aydan çox olmamaqla uzadıla bilər;
3) bu maddənin 2-ci bəndinin müddəaları digər fəaliyyət növləri (qeyri- muzdlu iş) ilə məşğul olan sığortaolunan şəxslərə də şamil olunur;
4) Razılığa gələn Tərəflərin diplomatik nümayəndəliklərinin əməkdaşları və konsulluq işçilərinə, habelə xüsusi ev işçilərinə münasibətdə müvafiq olaraq Diplomatik Əlaqələr haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 24 aprel 1963-cü il tarixli Vyana Konvensiyası və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında digər mövcud beynəlxalq müqavilələr tətbiq edilir;
5) gəmi heyəti üzvlərinə bayrağı altında üzdüyü Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur;
6) gəmilərin yüklənməsi, boşaldılması və təmiri işlərinə və ya limanın mühafizə xidmətinə işə qəbul olunan şəxslərə ərazisində limanın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur;
7) hər iki Razılığa gələn Tərəfin ərazisində beynəlxalq daşınmaları həyata keçirən nəqliyyat təşkilatlarının səyahət edən işçi heyətinə müvafiq təşkilatın qeydiyyatda olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur;
8) hava gəmilərinin uçuş heyətinin üzvlərinə hava gəmisinin qeydiyyatda olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi şamil olunur.
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları qarşılıqlı razılıq əsasında bu maddənin 2-ci və 3-cü bəndlərinin müddəalarından istisnalara yol verə bilərlər.
III Bölmə
PENSİYALARA DAİR MÜDDƏALAR
Maddə 9
Pensiya hüququnun müəyyən edilməsi
1. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz qanunvericiliyinə uyğun olaraq onun ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına - Azərbaycan Respublikası üçün) görə pensiya təyin edir.
2. Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını - Azərbaycan Respublikası üçün) nəzərə alırlar. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə digər dövlətlərin ərazilərində əldə edilmiş sığorta stajı nəzərə alınmır.
3. Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə əsasən pensiya hüququ digər Razılığa gələn Tərəfin ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınmadan yaranırsa, birinci Razılığa gələn Tərəf pensiyanı onun ərazisində əldə edilmiş sığorta stajının əsasında təyin edir. Bu zaman sığorta stajının hesablanması və təsdiq edilməsi pensiyanı təyin edən Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir.
4. Pensiyanı təyin edən Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən əldə edilmiş sığorta stajı pensiya hüququnun müəyyən edilməsi üçün kifayət etmirsə, bu zaman digər Razılığa gələn Tərəfin, habelə pensiyanı təyin edən Razılığa gələn Tərəfin sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq saziş bağladığı üçüncü dövlətin qanunvericiliyinə əsasən əldə edilmiş sığorta stajı da nəzərə almır. Bu halda müvafiq sığorta stajı üçüncü dövlət tərəfindən təsdiq edilməlidir.
5. Pensiya hüququ bu maddənin 4-cü bəndinə uyğun müəyyən edilərkən əldə edilməsi dövrünə görə üst-üstə düşən sığorta stajı cəmlənmir.
6. Rusiya Federasiyasında pensiya hüququ bu maddənin 4-cü və 5-ci bəndlərinə uyğun müəyyən edilərkən fərdi pensiya əmsalının miqdarı Rusiya Federasiyasının, habelə keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində əldə edilmiş staj müddətlərinə görə müəyyən edilir. Rusiya Federasiyasının qanunvericiliyinə əsasən fərdi pensiya əmsalının tələb olunan miqdarının təmin edilməməsi ilə əlaqədar pensiya hüququ yaranmadığı halda, Azərbaycan Respublikasının, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində, habelə Rusiya Federasiyasının sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq müqavilə imzaladığı üçüncü dövlətin erazisində əldə edilən iş stajının hər ili üçün birə bərabər fərdi pensiya əmsalı tətbiq edilir. Bu zaman sığorta stajının bir ayı tam təqvim ili üçün əmsalın 1/12 hissəsini, bir günü isə tam təqvim ili üçün əmsalın 1/360 hissəsini təşkil edir.
7. Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə əsasən müəyyən ixtisas üzrə, müəyyən vəzifədə və ya müəyyən əmək şərtlərində və təşkilatlarda işlə əlaqədar olaraq pensiya hüququnun müəyyən edilməsi zamanı 1 yanvar 1991 -ci il tarixinədək keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazilərindəki iş dövrləri istisna olmaqla, digər Razılığa gələn Tərəfin ərazisində analoji iş dövrləri birinci Razılığa gələn Tərəfin ərazisindəki iş dövrləri ilə cəmlənmir, lakin ümumi əsaslarla sığorta stajı dövrü kimi nəzərə alınır.
8. Razılığa gələn Tərəflərdən birinin qanunvericiliyinə müvafiq olaraq əldə edilmiş sığorta stajı 12 aydan azdırsa, həmin sığorta stajının müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən pensiya hüququ verdiyi hallar istisna olmaqla, pensiya təyin edilmir.
9. Ailə üzvlərinin sayından asılı olan yaşa görə vaxtından əvvəl əmək pensiyası (qocalığa görə vaxtından əvvəl sığorta pensiyası) hüququ müəyyən edilərkən:
Azərbaycan Respublikası üçün - Azərbaycan Respublikasının, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində;
Rusiya Federasiyası üçün - Rusiya Federasiyasının, habelə keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində doğulmuş və tərbiyə edilmiş uşaqlar nəzərə almır.
Maddə 10
Yığım pensiyası və pensiya yığımları hesabına digər ödənişlər
Rusiya Federasiyasında yığım pensiyası və pensiya yığımları hesabına digər ödənişləri almaq hüququnun müəyyən edilməsi, həmçinin onların məbləğinin hesablanması onun qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilir.
Maddə 11
Pensiya məbləğinin müəyyən edilməsi
1. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına - Azərbaycan Respublikası üçün) uyğun pensiya məbləğini öz qanunvericiliyinin müddəalarına əsasən hesablayır.
2. Pensiya məbləğinin Rusiya Federasiyasının qanunvericiliyinə görə hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq, habelə keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınır. Sovet Sosialist Respublikaları ittifaqının tərkibinə daxil olan digər respublikaların, habelə üçüncü dövlətlərin ərazisində əldə edilmiş staj nəzərə alınmır.
3. Pensiya məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyinə görə hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq əldə edilmiş sığorta stajı və ya onun qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı nəzərə almır. Keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində əldə edilmiş staj yalnız sığortaolunan şəxs və ya onun ailə üzvləri pensiya təyin olunarkən Azərbaycan Respublikasının ərazisində yaşadığı halda nəzərə almır. Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə üçüncü dövlətlərin ərazisində əldə edilmiş staj nəzərə alınmır.
4. Rusiya Federasiyasının ərazisində və keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində əldə edilmiş sığorta stajının müddəti sığorta pensiyası üzrə hüquqların müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətindən azdırsa, bu zaman sığorta pensiyasına sabit ödənişin məbləği, həmçinin sığorta pensiyasına sabit ödənişin artım məbləği və sığorta pensiyasına sabit ödənişin artımının artırılan məbləği Rusiya Federasiyasının ərazisində, habelə keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajının faktiki müddətinin Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq sığorta pensiyası üzrə hüququn müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətinə olan nisbəti ilə müəyyən edilir.
5. Azərbaycan Respublikasının, habelə üçüncü dövlətin ərazisində yaşayan şəxslərə Rusiya Federasiyasının qanunvericiliyinə əsasən pensiyanın təyin olunması zamanı sığorta pensiyasına sabit ödəniş təyin edilmir, habelə pensiya hüquqlarının pul formasında valorizasiyası həyata keçirilmir.
IV Bölmə
RAZILIĞA GƏLƏN TƏRƏFLƏRİN ƏMƏKDAŞLIĞI
Maddə 12
Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı
1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər.
2. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu maddənin 1-ci bəndində nəzərdə tutulan bu Müqavilənin tətbiqinə dair inzibati sazişdə kompetent təşkilatlan göstərir.
3. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları pensiya təminatı haqqında qanunvericiliyə bu Müqavilənin tətbiq edilməsi üçün əhəmiyyət kəsb edən bütün dəyişikliklər haqqında bir-birini məlumatlandınrlar.
4. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları və kompetent təşkilatları bu Müqavilənin yerinə yetirilməsi ilə bağlı bütün məsələlərdə bir-biri ilə qarşılıqlı əlaqədə olur və bir-birinə ödənişsiz kömək göstərirlər.
5. Razılığa gələn bir Tərəfin rəsmi orqanlan tərəfindən pensiya təminatı üçün verilmiş zəruri sənədlər digər Razılığa gələn Tərəfdə leqallaşdırma olmadan qəbul edilir.
6. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları və kompetent təşkilatları bu Müqavilənin tətbiqi zamanı yazışmaları Razılığa gələn Tərəflərin dövlət dillərində həyata keçirir. Bu Müqavilənin həyata keçirilməsi, o cümlədən pensiyanın təyin olunması, yenidən hesablanması və ödənilməsi üçün zəruri sənəd və (və ya) ərizələr icraya tərcüməsiz qəbul edilir. Bu zaman sənədin məzmunu haqqında birmənalı nəticəyə gəlmək mümkün olduğu halda sənədlər pensiyanın təyin olunması və ödənilməsi üçün icraya tərcüməsiz qəbul edilə bilər. Sənədin və (və ya) ərizənin tərcüməsi sənədin lazım olduğu Razılığa gələn Tərəfin səlahiyyətli orqanı və kompetent təşkilatı tərəfindən həyata keçirilir. Bu müddəa sığortaolunan şəxs və ya onun nümayəndəsinin Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları və kompetent təşkilatlarına təqdim etdiyi sənədlərə şamil edilmir.
6. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının və kompetent təşkilatlarının ad və ya ünvanları dəyişdiyi halda, Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu dəyişikliklər barədə bir-birini məlumatlandınrlar.
Maddə 13
Tibbi müayinə və (və ya) təkrar müayinə
1. Tibbi-sosial ekspertizaya (kompleks müayinəyə) göndəriş məqsədilə sığortaolunan şəxsə tibbi baxış (tibbi müayinə) və (və ya) təkrar müayinə) sığortaolunan şəxsin yaşayış yeri üzrə Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun həyata keçirilir.
2. Əlillik qrupu (dərəcəsi), müddəti, səbəbləri haqqında qərar (əlilliyin qiymətləndirilməsi) müvafiq pensiyanın təyin edildiyi və ödənildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə müvafiq olaraq həmin Tərəfin tibbi-sosial ekspertizanı (kompleks müayinəni) həyata keçirən kompetent təşkilat tərəfindən (həmçinin qiyabi olaraq) qəbul edilir. Bu zaman Razılığa gələn Tərəflərin qanunvericiliyinə müvafiq olaraq verilmiş arayış və tibbi rəylər nəzərə alınır.
Maddə 14
Ərizə və sənədlərin göndərilməsi
1. Bir Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən pensiyanın təyin olunması, yenidən hesablanması, ödənilməsi və yenidən baxılması üçün verilmiş ərizə digər Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən pensiyanın təyin olunması, yenidən hesablanması, ödənilməsi və yenidən baxılması hüququ olduğu təqdirdə, həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə müvafiq olaraq pensiyanın təyin olunması, yenidən hesablanması, ödənilməsi və yenidən baxılması üçün hüquq verən ərizə kimi qəbul olunur.
2. Razılığa gələn Tərəflərdən birinin səlahiyyətli orqanı və kompetent təşkilatına təqdim edilmiş pensiyanın təyin olunması, yenidən hesablanması, ödənilməsi və yenidən baxılması haqqında ərizə, müraciət və sənədlər həmin tarixdə digər Razılığa gələn Tərəfin də səlahiyyətli orqanı və kompetent təşkilatına təqdim edilmiş qəbul olunur.
3. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları, kompetent təşkilatları arasında bu Müqavilənin həyata keçirilməsi üçün zəruri müraciətlərin, ərizə və sənədlərin göndərilməsinə sərf edilən vaxt Razılığa gələn Tərəflərin qanunvericiliyinə müvafiq olaraq müraciət, ərizə və sənədlərin baxılması və pensiyanın təyin olunması, yenidən hesablanması və ödənilməsi barədə və ya pensiyanın təyin olunması və yenidən hesablanmasından imtina barədə qərarın verilməsi müddətinə daxil deyildir.
Maddə 15
Artıq ödənilmiş pensiya məbləğlərinin alınmasına dair sorğu
1. Bu Müqavilənin 2-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan pensiyanı ödəmiş və ödənişi dayandırmış Razılığa gələn Tərəfin kompetent təşkilatı digər Razılığa gələn Tərəfin kompetent təşkilatından bu Müqavilənin 2-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilən və həmin Razılığa gələn Tərəfin ödədiyi pensiyalardan artıq ödənilmiş məbləğin çıxılması üçün sorğu edə bilər.
2. Bu maddənin 1-ci bəndində qeyd edilən sorğunu almış kompetent təşkilat pensiyanın ödənilməsi zamanı sorğu olunan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulmuş məbləğ həddində sorğu edən Razılığa gələn Tərəfin xeyrinə tutulmanı həyata keçirir, yaxud ona sorğunun yerinə yetirilməsinin mümkün olmaması haqqında məlumat verir.
3. Tutulmuş məbləğlərin qaytarılması qaydası bu Müqavilənin 12-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş inzibati saziş ilə müəyyən edilir.
Məlumatların qorunması
1. Bu maddənin müddəalarına müvafiq olaraq və sığortaolunan şəxsin sorğusuna əsasən, hər iki Razılığa gələn Tərəfin kompetent təşkilatları onun fərdi məlumatlarını bu Müqavilənin həyata keçirilməsi məqsədilə emal etmək hüququna malikdir.
2. Fərdi məlumatların bu maddənin 1-ci bəndinə uyğun ötürülməsi zamanı Razılığa gələn Tərəfin kompetent təşkilatı həmin Razılığa gələn Tərəfin şəxsi həyatın və fərdi məlumatların qorunması haqqında qanunvericiliyini tətbiq edir.
3. Fərdi məlumatların təqdim edildiyi Razılığa gələn Tərəfin kompetent təşkilatı tərəfindən onların emalı, o cümlədən saxlanması həmin Razılığa gələn Tərəfin şəxsi həyatın və fərdi məlumatların qorunması haqqında qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilir.
4. Bu maddədə istinad edilən fərdi məlumatlar məxfidir və yalnız bu Müqavilə çərçivəsində pensiya hüququnun müəyyən edilməsi məqsədilə emal edilir. Məlumatın əldə edilməsi haqqında sorğuda qeyd olunan fərdi məlumatların ötürülməsi yalnız hər iki Razılığa gələn Tərəfin kompetent təşkilatları və ya səlahiyyətli orqanları arasında həyata keçirilir və bu məlumatlar üçüncü şəxslərə ötürülə bilməz.
5. Razılığa gələn Tərəflər bu Müqaviləyə uyğun olaraq tələb edilən fərdi məlumatların qanunsuz və ya təsadüfi istifadə, məhv edilmə, itirilmə, dəyişdirilmə, bloklanma, surətinin çıxarılması, təqdim edilməsi, yayılması, habelə hər hansı digər icazəsiz və qanunsuz emaldan qorunması üçün lazımi hüquqi, təşkilati və texniki tədbirlər həyata keçirirlər.
Maddə 17
Bu Müqavilənin təfsiri və tətbiqi zamanı Razılığa gələn Tərəflər arasında yaranan mübahisəli məsələlər Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
V Bölmə
KEÇİD VƏ YEKUN MÜDDƏALAR
Maddə 18
Keçid müddəalar
1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.
2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.
3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir.
Maddə 19
Pensiyaların yenidən baxılması
1. Bu Müqavilənin qüvvəyə minməsinə qədər təyin edilmiş pensiyalara bu Müqavilənin müddəalarına müvafiq olaraq sığortaolunan şəxsin ərizəsi əsasında müvafiq ərizənin verildiyi aydan sonrakı ayın birinci günündən yenidən baxıla bilər. Pensiyanın bu ərizə əsasında yenidən baxılması yekun hesab olunur. Bu zaman hər bir Razılığa gələn Tərəfin təyin etdiyi pensiyaların ümumi məbləği pensiyanın bu Müqaviləyə uyğun yenidən baxılmasından əvvəlki məbləğindən az ola bilməz.
2. Pensiyanın bu maddənin 1-ci bəndinə müvafiq şəkildə yenidən baxılması nəticəsində pensiya məbləği əvvəlki pensiyadan az olarsa, belə yenidən baxılma həyata keçirilmir və əvvəl təyin edilmiş pensiyaların ödənilməsi davam edir.
Maddə 20
Müqavilənin qüvvəyə minməsi
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.
4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir.
Maddə 21
Müqaviləyə xitam verilməsi
1. Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanılır. Hər bir Razılığa gələn Tərəfin bu Müqaviləyə cari təqvim ili ərzində digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı formada bildiriş göndərməklə xitam vermək hüququ vardır. Bu bildiriş cari ilin başa çatmasından ən gec altı ay əvvəl göndərildiyi halda, bu Müqavilə ilin sonuncu günü qüvvədən düşür.
2. Bu Müqaviləyə xitam verildiyi halda, onun müddəalarına əsasən əldə edilmiş hüquqlar qüvvədə qalır, bu Müqaviləyə xitam verildiyi günə qədər pensiya üçün təqdim edilmiş ərizələr isə onun müddəalarına əsasən təmin edilməlidir.
Bakı şəhərində 2022-ci il 26 aprel tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası
adından
(imza)
|
Rusiya Federasiyası
adından
(imza)
|