AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 25/1
Bakı şəhəri
|
29 iyun 2022-ci il
|
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2022-ci il 1 oktyabr tarixindən qüvvəyə minir.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri
|
Taleh Kazımov
|
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 25/1
29 iyun 2022-ci il
|
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması
Qaydası
1.
Ümumi müddəalar
1.1. Bu Qayda ”İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemi;
1.2.2. BM subyekti – barəsində BM sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxs;
1.2.3. fərdi BM subyekti (bundan sonra - FBMS) – məsuliyyəti son bir il ərzində bütün avtonəqliyyat vasitələrinin BM qrupları (bundan sonra - BM qrupu) üzrə 428 gün və ya daha az müddətdə icbari sığortalanmış BM subyekti;
1.2.4. avtopark olan BM subyekti (bundan sonra - ABMS) – məsuliyyəti son bir il ərzində bütün BM qrupları üzrə 428 gündən çox müddətdə icbari sığortalanmış BM subyekti;
1.2.5. BM sinfi – hər hansı bir BM subyekti üçün avtonəqliyyat vasitələrinin müvafiq BM qrupu üzrə müəyyən edilmiş risk sinfi;
1.2.6. aralıq BM sinfi (bundan sonra - ABM sinfi) – FBMS-nin BM sinfinin müəyyənləşdirilməsi zamanı son bir il və ondan əvvəlki illər ərzində müvafiq BM qrupu üzrə sığortalanmış olduğu günlərin sayına görə fərqləndirilərək istifadə olunan göstərici;
1.2.7. tezlik əmsalı (bundan sonra - TƏ) – ABMS-in təqsiri üzündən müvafiq BM qrupu üzrə son bir il ərzində baş vermiş və sığorta ödənişi həyata keçirilmiş sığorta hadisələrinin sayının həmin il ərzində onun sığortalı olduğu günlərin sayına bölməklə hesablanan əmsal;
1.2.8. orta tezlik əmsalı (bundan sonra - OTƏ) – İcbari Sığorta Bürosu tərəfindən ildə bir dəfə son beş il ərzində bütün sığortalıların təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş sığorta hadisələrinin sayını həmin müddət ərzində bütün sığortalıların sığortalı olduqları günlərin sayına bölməklə hesablanan əmsal;
1.2.9. BM qrupları aşağıdakılardır:
1.2.9.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
1.2.9.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
1.2.9.3. avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
1.2.9.4. motosikletlər və motorollerlər;
1.2.9.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;
1.2.9.6. trolleybuslar və tramvaylar;
1.2.9.7. qoşqular və yarımqoşqular.
2. Sığorta haqqı məbləğinin hesablanması qaydası
2.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydada hesablanır:
2.1.1. avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda:
SH = BSH x ANVƏ x TYƏ x RƏ x İMƏ x AVİƏ x BMƏ
burada,
SH – bir illik sığorta haqqı məbləği;
BSH – baza sığorta haqqı məbləği;
ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal;
TYƏ – sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal;
RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal;
İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal;
AVİƏ – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal;
BMƏ – BM sinfinə görə əmsal;
2.1.2. avtonəqliyyat vasitəsinin sahibi və (və ya) mülkiyyətçisi hüquqi şəxs olduqda:
SH = BSH x ANVƏ x RƏ x İMƏ x HŞƏ x BMƏ
burada,
SH – bir illik sığorta haqqı məbləği;
BSH – baza sığorta haqqı məbləği;
ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal;
RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal;
İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal;
HŞƏ – avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal;
BMƏ – BM sinfinə görə əmsal.
2.2. Baza sığorta haqqı 50,0 manat məbləğində müəyyən olunur.
2.3. Bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq müvafiq əmsalların tətbiqi ilə hesablanan sığorta haqqı hər bir halda baza sığorta haqqı ilə bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan avtonəqliyyat vasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin üç mislindən çox ola bilməz.
3. Avtonəqliyyat vasitəsinin növünə görə tətbiq olunan əmsallar
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin növünə görə cədvəl 1-də nəzərdə tutulan əmsallar tətbiq olunur:
Cədvəl 1
S.n.
|
Avtonəqliyyat vasitəsinin növü
|
Əmsallar
|
1.
|
Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə:
|
|
50 sm3 – 1500 sm3
|
1
|
|
1501 sm3 – 2000 sm3
|
1.5
|
|
2 001 sm3 – 2500 sm3
|
2
|
|
2501 sm3 – 3000 sm3
|
2.5
|
|
3001 sm3 – 3500 sm3
|
3
|
|
3501 sm3 – 4000 sm3
|
3.5
|
|
4001 sm3 – 4500 sm3
|
4
|
|
4501 sm3 – 5000 sm3
|
4.5
|
|
5000 sm3-dən çox
|
5
|
|
2.
|
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə:
|
|
9 – 16
|
3
|
|
16 – dan artıq
|
4
|
|
3.
|
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə:
|
|
3500 kq-dan çox olmadıqda
|
3
|
|
3501 kq – 7 000 kq
|
4
|
|
7000 kq – dan yuxarı
|
5
|
|
4.
|
Motosikletlər və motorollerlər
|
1
|
5.
|
Qoşqular və yarımqoşqular
|
0.5
|
6.
|
Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri
|
1
|
7.
|
Trolleybuslar və tramvaylar
|
2
|
4. Sığortalının sürücülük təcrübəsi və yaşına görə tətbiq olunan əmsallar
4.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün sığortalının sürücülük təcrübəsi və yaşına görə cədvəl 2-də nəzərdə tutulan əmsallar tətbiq olunur:
Cədvəl 2
S.n.
|
Yaş/Təcrübə
|
0 il
|
1 il
|
2 il
|
3-4 il
|
5-6 il
|
7-10 il
|
10 ildən yuxarı
|
1.
|
16-25
|
1.35
|
1.35
|
1.35
|
1.30
|
1.25
|
1.20
|
-
|
2.
|
26-29
|
1.35
|
1.35
|
1.30
|
1.25
|
1.20
|
1.10
|
1.00
|
3.
|
30-39
|
1.35
|
1.30
|
1.25
|
1.20
|
1.10
|
1.00
|
1.00
|
4.
|
40-49
|
1.35
|
1.30
|
1.25
|
1.15
|
1.10
|
1.00
|
1.00
|
5.
|
50-65
|
1.35
|
1.30
|
1.25
|
1.15
|
1.05
|
1.00
|
1.00
|
6.
|
65-dən yuxarı
|
1.35
|
1.35
|
1.35
|
1.30
|
1.25
|
1.20
|
1.10
|
4.2. Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsinə malik olmayan şəxslərin sürücülük təcrübəsi 0-a bərabərdir.
5. Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə tətbiq olunan əmsallar
5.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən sığorta haqqının hesablanması üçün avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu ərazi nəzərə alınır.
5.2. Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunan ərazisi avtonəqliyyat vasitəsinin uçotda olduğu yer üzrə müəyyən olunur.
5.3. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus avtonəqliyyat vasitələrinə münasibətdə avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu ərazi müvafiq diplomatik nümayəndəliyin və (və ya) konsulluğun olduğu yer üzrə müəyyən olunur.
5.4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə cədvəl 3-də nəzərdə tutulan əmsallar tətbiq olunur:
Cədvəl 3
S.n.
|
Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu ərazi
|
Əmsallar
|
1.
|
Bakı şəhəri
|
1.1
|
2.
|
Sumqayıt şəhəri, Abşeron rayonu
|
1.05
|
3.
|
Naxçıvan Muxtar Respublikası, Gəncə şəhəri
|
1.0
|
4.
|
Digər şəhər və rayonlar
|
0.95
|
5.5. Azərbaycan Respublikasında mərkəzləşdirilmiş şəkildə uçota alınmış, habelə digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sərhəd sığorta müqavilələri (bundan sonra – sərhəd sığorta müqaviləsi) üzrə avtonəqliyyat vasitələrinə münasibətdə avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal 1.1-ə bərabərdir.
6. Avtonəqliyyat vasitəsinin istismar müddətinə görə tətbiq olunan əmsallar
6.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin istismar müddətinə görə cədvəl 4-də nəzərdə tutulan əmsallar tətbiq olunur:
Cədvəl 4
S.n.
|
Avtonəqliyyat vasitəsinin istismar müddəti
|
Əmsallar
|
1.
|
0-10 il
|
1
|
2.
|
11-20 il
|
1.05
|
3.
|
20 ildən artıq müddət
|
1.10
|
6.2. Avtonəqliyyat vasitəsinin istismar müddəti Azərbaycan Respublikasının və ya xarici dövlətlərlərin səlahiyyətli orqanları tərəfindən verilmiş nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsində müəyyən edilən nəqliyyat vasitəsinin buraxılış ilindən hesablanır.
7. Avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə tətbiq olunan əmsallar
7.1. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən sığorta haqqının hesablanmasında avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərin sayı nəzərə alınır.
7.2. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərin sayına görə aşağıdakı əmsallar tətbiq olunur:
7.2.1. avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda - 1;
7.2.2. avtonəqliyyat vasitəsini iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda - 1.15.
7.3. Avtonəqliyyat vasitəsini iki və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu avtonəqliyyat vasitəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, avtonəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur.
7.4. Sərhəd sığorta müqavilələrinə 1 əmsal tətbiq olunur.
8. BM sistemi və onunla bağlı tətbiq olunan əmsallar
8.1. BM sistemi İcbari Sığorta Bürosunun informasiya sisteminin tərkib hissəsidir və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə aşağıdakı funksiyaları yerinə yetirir:
8.1.1. BM siniflərinin vahid qaydada müəyyən olunmasını təmin edir;
8.1.2. hər bir BM subyektinin son 13 il üzrə sığortalanma tarixi barədə məlumatların uçotunu təmin edir;
8.1.3. hər bir BM subyekti üçün BM sinfinin müvafiq BM qrupu üzrə müəyyənləşdirilməsini təmin edir.
8.2. BM sinifləri aşağıdakı kimi təsnifləşdirilir:
8.2.1. sığorta riskinin yüksək olmasını əks etdirən Malus sinifləri (1-ci – 13-cü BM sinifləri);
8.2.2. sığorta riskinin aşağı olmasını əks etdirən Bonus sinifləri (15-ci – 22-ci BM sinifləri);
8.2.3. müvafiq BM qrupuna aid olan avtonəqliyyat vasitəsinə münasibətdə sığorta müqaviləsi ilk dəfə bağlanarkən təyin olunan və sığorta riskinin qeyri-müəyyən olmasını əks etdirən 14-cü BM sinfi.
8.3. BM sinfi bu Qayda qüvvəyə mindiyi tarixdən hər bir müqavilə üzrə bağlandığı tarixə (bundan sonra – hesablama tarixi) müəyyənləşdirilir.
8.4. BM sinfinin hesablanması üçün hesablama tarixindən əvvəlki sığorta müqaviləsinin hesablama tarixinədək müddətə aid olan məlumatlardan (bundan sonra –hesablama dövrü) istifadə olunur.
8.5. FBMS-in BM sinfi iki mərhələdə müəyyənləşdirilir:
8.5.1. birinci mərhələdə FBMS-in ABM sinfi cədvəl 5-ə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:
8.5.1.1. hesablama dövründə FBMS-in sığortalı olduğu günlərin sayı 275-dən azdırsa, onun həmin BM qrupu üzrə BM sinfi dəyişmir;
8.5.1.2. hesablama dövründə FBMS-in sığortalı olduğu günlərin sayı 275-dən çoxdursa və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi baş verməyibsə, mövcud BM sinfi 1 pillə artır;
Cədvəl 5
FBMS-in məsuliyyətinin müvafiq BM qrupu üzrə sığortalanmış olduğu günlərin sayına görə ABM sinfinin müəyyənləşdirilməsi
Mövcud BM sinfi
|
ABM sinifi
|
|
275 gündən az
|
275 gündən çox
|
|
22
|
22
|
22
|
21
|
21
|
22
|
20
|
20
|
21
|
19
|
19
|
20
|
18
|
18
|
19
|
17
|
17
|
18
|
16
|
16
|
17
|
15
|
15
|
16
|
14
|
14
|
15
|
13
|
13
|
14
|
12
|
12
|
13
|
11
|
11
|
12
|
10
|
10
|
11
|
9
|
9
|
10
|
8
|
8
|
9
|
7
|
7
|
8
|
6
|
6
|
7
|
5
|
5
|
6
|
4
|
4
|
5
|
3
|
3
|
4
|
2
|
2
|
3
|
1
|
1
|
2
|
8.5.2. ikinci mərhələdə FBMS-in BM sinfi aşağıdakı qaydada müəyyən edilir:
8.5.2.1. əgər FBMS-in təqsiri üzündən hesabat dövründə sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi baş verməyibsə, onun BM sinfi bu Qaydanın 8.5.1-ci yarımbəndinə uyğun olaraq müəyyən edilmiş ABM sinfinə bərabərdir;
8.5.2.2. əgər FBMS-in təqsiri üzündən hesabat dövründə 1 və ya daha çox sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi baş vermişdirsə, onun BM sinfi cədvəl 6-da göstərilmiş qaydada sığorta hadisələrinin sayından asılı olaraq müvafiq ABM sinfinə uyğun olaraq müəyyən edilir:
Cədvəl 6
FBMS-in BM sinfinin müəyyənləşdirilməsi
Bu Qaydanın 8.5.1-ci yarımbəndinə uyğun qaydada müəyyən edilmiş ABM sinfi
|
FBMS-in BM sinfi
|
|||
1 sığorta hadisəsi
|
2 sığorta hadisəsi
|
3 sığorta hadisəsi
|
4 və daha çox sığorta hadisəsi
|
|
22
|
17
|
13
|
9
|
5
|
21
|
16
|
12
|
8
|
4
|
20
|
15
|
11
|
7
|
3
|
19
|
14
|
10
|
6
|
2
|
18
|
13
|
9
|
5
|
1
|
17
|
12
|
8
|
4
|
1
|
16
|
11
|
7
|
3
|
1
|
15
|
11
|
7
|
3
|
1
|
14
|
10
|
6
|
2
|
1
|
13
|
9
|
5
|
2
|
1
|
12
|
8
|
4
|
2
|
1
|
11
|
7
|
3
|
2
|
1
|
10
|
6
|
2
|
1
|
1
|
9
|
5
|
2
|
1
|
1
|
8
|
4
|
2
|
1
|
1
|
7
|
3
|
1
|
1
|
1
|
6
|
2
|
1
|
1
|
1
|
5
|
1
|
1
|
1
|
1
|
4
|
1
|
1
|
1
|
1
|
3
|
1
|
1
|
1
|
1
|
2
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
8.6. ABMS-in BM sinfi iki mərhələdə müəyyən edilir:
8.6.1. birinci mərhələdə ABMS-in ABM sinfi aşağıdakı qaydada müəyyənləşdirilir:
8.6.1.1. TƏ < OTƏ şərti yerinə yetirildikdə ABMS-in ABM sinfi onun mövcud BM sinfindən 1 pillə yüksək səviyyədə müəyyənləşdirilir;
8.6.1.2. TƏ < OTƏ şərti yerinə yetirilmədikdə ABMS-in ABM sinfi onun mövcud BM sinfinə bərabər səviyyədə müəyyənləşdirilir;
8.6.2. ikinci mərhələdə ABMS-in BM sinfi aşağıdakı qaydada müəyyən edilir:
8.6.2.1. bu Qaydanın 8.6.1.1-ci yarımbəndinin şərti yerinə yetirildikdə, ABMS-in BM sinfi müəyyən edilmiş ABM sinfinə bərabərdir;
8.6.2.2. bu Qaydanın 8.6.1.1-ci yarımbəndinin şərti yerinə yetirilmədikdə ABMS-in BM sinfi aşağıdakı düstura əsasən hesablanan ədədin ən yaxın natural ədədədək yuvarlaqlaşdırılması ilə müəyyənləşdirilir:
BM = ABM sinfi x (1 – 100 x TƏ2/OTƏ)
8.7. FBMS-ə və ABMS-ə münasibətdə BM sinfinə görə əmsal (BMƏ) cədvəl 7-yə uyğun qaydada tətbiq olunur:
Cədvəl 7
BM sinfi
|
BMƏ
|
22
|
0.60
|
21
|
0.65
|
20
|
0.70
|
19
|
0.75
|
18
|
0.80
|
17
|
0.85
|
16
|
0.90
|
15
|
0.95
|
14
|
1.00
|
13
|
1.10
|
12
|
1.20
|
11
|
1.30
|
10
|
1.40
|
9
|
1.50
|
8
|
1.60
|
7
|
1.80
|
6
|
2.00
|
5
|
2.20
|
4
|
2.40
|
3
|
2.60
|
2
|
2.80
|
1
|
3.00
|
9. Avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal
Avtonəqliyyat vasitəsinin sahibi və (və ya) mülkiyyətçisi hüquqi şəxs olduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında 1.40 əmsalı tətbiq edilir.
10. Sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqı
10.0. Sərhəd sığorta müqavilələri üzrə sığorta haqları bu Qayda əsasında hesablanan bir illik sığorta haqqı məbləğinin aşağıdakı nisbətlərində müəyyən edilir:
10.0.1. bir ay müddətinə bağlanan müqavilələrə münasibətdə - 20%;
10.0.2. üç ay müddətinə bağlanan müqavilələrə münasibətdə - 45%;
10.0.3. altı ay müddətinə bağlanan müqavilələrə münasibətdə - 70%;
10.0.4. on iki ay müddətində bağlanan müqavilələrə münasibətdə - 100%.
11. Yekun müddəalar
11.1. Bu Qaydanın 11.2-ci və 11.3-cü bəndləri nəzərə alınmaqla, BM subyektləri bu Qayda ilə müəyyən edilən müvafiq BM qrupu üzrə BM siniflərində bu Qayda qüvvəyə minənədək müvafiq BM qrupu üzrə onlara tətbiq edilən BM əmsalına uyğun olaraq nəzərə alınırlar.
11.3. Bu Qayda qüvvəyə minənədək müvafiq BM qrupu üzrə Malus sinfində olan BM subyektləri bu Qayda ilə müəyyən edilən aşağıdakı BM siniflərində nəzərə alınırlar:
11.3.1. bu Qayda qüvvəyə minənədək 1.25 BM əmsalı tətbiq edilən BM subyektləri 13-cü BM sinfində;
11.3.2. bu Qayda qüvvəyə minənədək 1.60 BM əmsalı tətbiq edilən BM subyektləri 12-ci BM sinfində;
11.3.3. bu Qayda qüvvəyə minənədək 2.00 BM əmsalı tətbiq edilən BM subyektləri 11-ci BM sinfində;
11.3.4. bu Qayda qüvvəyə minənədək 2.45 BM əmsalı tətbiq edilən BM subyektləri 9-cu BM sinfində;
11.3.5. bu Qayda qüvvəyə minənədək 3.00 BM əmsalı tətbiq edilən BM subyektləri 7-ci BM sinfində.