AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 29/1-2
Bakı şəhəri
|
22 iyul 2022-ci il
|
“Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın təsdiq edilməsi barədə
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.5-ci, 34.2.6-cı və 34.5-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” təsdiq edilsin (əlavə olunur).
2. Ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2018-ci il 16 noyabr tarixli 1851100016 nömrəli Qərarı və 2019-cu il 18 oktyabr tarixli 1951100034 nömrəli Qərarı ilə həmin Qaydalarda təsdiq edilmiş dəyişiklik ləğv edilsin.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri
|
Taleh Kazımov
|
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 29/1-2
22 iyul 2022-ci il
|
Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı
prudensial normativ və tələblərə dair
Qayda
1.
Ümumi müddəalar
Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.5-ci, 34.2.6-cı və 34.5-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin, məcmu iri kredit risklərinin, habelə kredit tələbləri ilə bağlı digər əlaqəli kredit risklərinin maksimum miqdarını və bu normativlərin tətbiqi qaydalarını müəyyən edir.
2.
Anlayışlar
2.1.
Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1.
kredit risklərinin maksimum miqdarı – bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə bankın kredit tələbinin yuxarı həddi;
2.1.2.
iri kredit riskinin miqdarı – bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən çox olan kredit tələbinin (iri kredit tələbi) məbləği;
2.1.3.
kredit tələbi – istənilən formada pul öhdəliklərinin icrası ilə bağlı bankın tələb hüquqları, habelə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda, hesablamalarda kredit tələbi üzrə əsas borc nəzərə alınır;
2.1.4.
borcalan – kredit tələbi üzrə bank qarşısında hər hansı formada pul öhdəliyi olan fiziki və ya hüquqi şəxs;
2.1.5.
qeyri-bank maliyyə təşkilatları – depozit (əmanət) cəlb edilməsi əməliyyatından başqa digər maliyyə xidmətlərini göstərən maliyyə təşkilatları (bank olmayan kredit təşkilatları, kredit ittifaqları, lizinq verənlər, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlar);
2.1.6.
avtomobil krediti – avtomobil nəqliyyatı vasitəsinin əldə edilməsi məqsədi ilə verilən və təminat predmeti həmin avtomobil nəqliyyatı vasitəsi olan kredit;
2.1.7.
avtomobil nəqliyyatı vasitəsi – fiziki şəxslərin şəxsi istehlakı üçün aldıqları avtomobil nəqliyyatı vasitəsi;
2.1.8.
daşınmaz əmlak krediti – fiziki şəxslərə şəxsi istehlak məqsədi ilə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi üçün verilən kredit;
2.1.10.
çoxtərəfli inkişaf bankları – iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;
2.1.11.
bank aksepti - qısamüddətli borc öhdəliklərininin icrasına bankın razılığını və ya zəmanətini nəzərdə tutan sənəd;
2.1.12.
likvid bazar - yetərli sayda alqı-satqı təkliflərinin mövcud olduğu, habelə satışın məqbul müddət ərzində və bazar qiyməti ilə həyata keçirilməsinin mümkün olduğu bazar;
2.1.13.
qismən təminatlı və ya təminatsız kredit tələbi – bu Qaydada nəzərdə tutulmuş hallar istisna olmaqla kredit tələbinin təminatı qismində bu Qaydanın 5.3-cü bəndində müəyyən edilmiş təminat növləri çıxış etdikdə və onların bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, digər təminat növləri çıxış etdikdə isə 150 (yüz əlli) faizindən az olan kredit tələbi.
2.2. Bu Qaydada istifadə edilən borcun gəlirlərə nisbəti (BGN əmsalı) anlayışı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda müəyyən edilmiş mənanı ifadə edir.
3.
Bir-biri ilə əlaqədar borcalanlar qrupu
3.1.
Borcalanlar aşağıdakı hallarda bir-biri ilə əlaqədar hesab olunurlar:
3.1.1.
borcalanlardan biri bankın digər borcalanı üzərində mühüm təsirə malik olduqda;
3.1.2.
eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) bankın iki və ya daha çox borcalanı üzərində mühüm təsirə malik olduqda;
3.1.3.
hər hansı borcalanın öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxs bankın borcalanı olduqda;
3.1.4.
bankın borcalanı olan iki və ya daha çox şəxsin öhdəlikləri üzrə eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) birgə və ya subsidiar məsuliyyət daşıdıqda;
3.1.5.
bir borcalan bankdan aldığı krediti digər borcalana istənilən formada verdikdə, yaxud iki və ya daha çox borcalan bankdan aldıqları krediti birlikdə və ya ayrılıqda eyni şəxsə (borcalan olub-olmamasından asılı olmayaraq) köçürdükdə (iki və ya daha çox borcalanın kommersiya məqsədi ilə eyni mal göndərənə və ya xidmət göstərənə vəsaitin köçürüldüyü hallar istisna olmaqla);
3.1.6.
borcalanlar bankdan aldıqları kreditlərdən gəlir əldə etmək üçün birgə istifadə etdikdə;
3.1.7.
bir borcalanın gəlir və ya xərclərinin (o cümlədən, konsolidasiya olunmuş gəlir və xərclərin) 50 (əlli) faizindən çoxu bankın başqa borcalanı ilə əlaqəli olduqda;
3.1.8.
iki və ya daha çox borcalan tərəfindən öhdəliklərinin icrası üçün eyni mənbədən istifadə edildikdə və ya eyni təminat təqdim edildikdə, yaxud gəlirlərinin 50 (əlli) faizindən çoxu eyni şəxsdən əldə edildikdə.
3.2.
Aşağıdakı hallarda şəxs digər şəxsin üzərində mühüm təsirə malik hesab olunur:
3.2.1.
hüquqi şəxsin kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən mühüm iştirak payına malik olduqda;
3.2.2.
hüquqi şəxsin mühüm iştirak payına malik şəxsi, idarəetmə orqanları və ya digər səlahiyyətli şəxsi ilə bağlanmış müqavilə əsasında və ya başqa əsasda həmin hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək hüququ olan şəxs olduqda, yaxud onun işlərini idarə edə bildikdə;
3.2.3.
hüquqi şəxsin öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan təsisçisi (iştirakçısı) olduqda.
3.3.
Nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs (onun işçisi) və nəzarət zərfi dövlətə məxsus olan digər hüquqi şəxs (onun işçisi) bir-biri ilə əlaqədar borcalanlar qrupuna aid edilmir.
4.
Kredit risklərinin maksimum miqdarı
4.1.
Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 25 (iyirmi beş) faizindən çox ola bilməz.
4.2.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara qarşı, habelə beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinqinə malik qeyri-rezident banklara qarşı kredit tələbləri, bu Qaydada müəyyən edilmiş KTN əmsalına uyğun olaraq verilmiş daşınmaz əmlak krediti istisna olmaqla, bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə qismən təminatlı və ya təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən çox ola bilməz. Hesablama zamanı aşağıdakılar nəzərə alınmalıdır:
4.2.1.
“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda müəyyən edilmiş beşinci qrup təminatların bazar dəyərinin kredit tələbinin ümumi məbləğinin 25%-dən artıq olan hissəsi nəzərə alınmır;
4.2.2.
hər bir kredit tələbinin ayrılıqda qismən təminatlı və ya təminatsız kredit kateqoriyasına edilib-edilməməsi müəyyənləşdirilir və daha sonra qismən təminatlı və ya təminatsız kredit kateqoriyasına aid edilən kredit tələbləri bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə cəmlənir.
4.3.
Sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 15 (on beş) faizindən çox ola bilməz.
4.4.
Bankın qeyri-bank maliyyə təşkilatları üzrə kredit risklərinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur:
4.4.1.
bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbi bankın tutulmalardan sonra I dərəcəli kapitalının 7 (yeddi) faizindən artıq olmamalıdır;
4.4.2.
qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri tutulmalardan sonra I dərəcəli kapitalın 30 (otuz) faizindən artıq olmamalıdır.
4.5.
Bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakılardan artıq olmamalıdır (KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır):
4.5.2.
qiymətindən asılı olmayaraq hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 (bir) il və ya ondan az olduqda – KTN əmsalı 80%, 1 (bir) ildən çox və 3 (üç) il və ya ondan az olduqda – KTN əmsalı 60%, 3 (üç) ildən çox olduqda isə – KTN əmsalı 50%;
4.5.3.
bu Qaydanın 4.5.1-ci və 4.5.2-ci yarımbəndlərinə aid olmayan avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 (bir) il və ya ondan az olduqda – KTN əmsalı 60%, 1 (bir) ildən çox və 3 (üç) il və ya ondan az olduqda – KTN əmsalı 50%, 3 (üç) ildən çox olduqda isə – KTN əmsalı 40%.
4.6.
Aşağıdakı hallar istisna olmaqla, istehlak krediti BGN əmsalı 70 (yetmiş) faizdən çox olmayan borcalanlara verilir:
4.6.1.
milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid) çıxış etdikdə KTN əmsalı 100%-dən, banka saxlanc girovu kimi qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən, digər qiymətli metallar çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda;
4.6.2.
xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid), yaxud banka saxlanc girovu kimi qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda.
4.7.
Xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditləri bu Qaydanın 4.6.2-ci yarımbəndinin tələbi nəzərə alınmaqla verilir.
4.8.
Müddəti 5 (beş) il və ondan artıq olan istehlak kreditləri üzrə bütün kredit tələblərinin (restrukturizasiya olunmuş istehlak kreditləri daxil olmaqla) məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.
4.9.
Daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu zaman bankın bir borcalanının daşınmaz əmlak krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakılardan artıq olmamalıdır (KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır):
4.9.2.
bu Qaydanın 4.9.1-ci yarımbəndinə aid edilməyən digər daşınmaz əmlak krediti üzrə – KTN əmsalı 70%.
4.10.
Məcmu iri kredit risklərinin miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 8 (səkkiz) mislindən çox ola bilməz.
4.11.
Bankın iri kredit tələbinin yaranması və ya kredit tələbinin bu Qaydada müəyyən edilmiş həddə çatdırılması Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.
5.
Kredit risklərinin maksimum miqdarının hesablanması zamanı yol verilən istisnalar və təminatın rolu
5.1.
Kredit risklərinin maksimum miqdarı hesablanarkən kredit tələbi üzrə əsas borc müvafiq məqsədli ehtiyatlar çıxılmaqla nəzərə alınır.
5.2.
Kredit risklərinin maksimum miqdarının hesablanmasında aşağıdakı kredit tələbləri nəzərə alınmır (hesablamaya daxil edilmir):
5.2.1.
Azərbaycan Respublikasının hökumətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) qarşı tələblər;
5.2.2.
beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkənin hökumətləri və mərkəzi banklarına qarşı tələblər;
5.2.3.
banklararası bir günlük əməliyyatlar üzrə tələblər (overnayt / intradey);
5.2.4.
banklararası təminatlı pul bazarı üzrə tələblər;
5.2.5.
müxbir hesab qalıqları (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar olduqda).
5.3.
Kredit tələbinin təminatı qismində aşağıdakı təminat növləri çıxış etdikdə kredit tələbinin qeyd-şərtsiz təmin olunmuş hissəsi bu Qaydanın 4-cü hissəsində müəyyən edilmiş normativlərin hesablanması zamanı aşağıdakı qaydada azaldılır (hesablamaya daxil edilmir):
5.3.1.
Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar və dövlət zəmanəti olduqda -100 (yüz) faiz;
5.3.2.
banka girov qoyulmuş milli valyuta, bank metalları və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik ölkələrinin valyutası (kredit tələbi təminatın valyutasında olmadıqda kredit tələbinin valyutasına ekvivalent məbləğdə) olduqda – 100 (yüz) faiz;
5.3.3.
beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və qarantiyalar (zəmanətlər) olduqda – 100 (yüz) faiz;
5.3.4.
beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər) olduqda – 100 (yüz);
5.3.5.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar olduqda - 100 (yüz) faiz;
5.3.6.
dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin yerinə yetirilməsinə zəmanət verən fondların zəmanəti olduqda – 80 (səksən) faiz;
5.3.7.
beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik ölkələrin hökumətləri və mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər) olduqda – 80 (səksən) faiz;
5.3.8.
beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 3 (üç) pillə aşağı olan banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər) olduqda – 50 (əlli) faiz;
5.3.9.
beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik maliyyə təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər) olduqda – 50 (əlli) faiz.
5.5.
Bu Qaydada müəyyən olunmuş normativlərin hesablanmasında kredit tələbinin təmin edilmiş hissəsinin nəzərə alınması üçün banklarda kredit risklərin idarə olunması qaydalarını tənzimləyən normativ xarakterli aktda müəyyən edilmiş tələblərlə yanaşı ən azı aşağıdakı şərtlər təmin edilməlidir:
5.5.1.
bankın təminat üzərində hüquqları qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməlidir;
5.5.2.
təminatın müddəti təmin etdiyi öhdəliyin müddətindən az olmamalıdır;
5.5.3.
təminatın bazar qiyməti ən azı ildə bir dəfə yenidən qiymətləndirilməlidir;
5.5.4.
təminatın satışı üçün likvid bazar olmalıdır.
5.6.
Balansdankənar öhdəliklərin aşağıdakı hissəsi kredit risklərinin maksimum miqdarının hesablanmasında nəzərə alınır (hesablamaya daxil edilir):
5.6.1.
müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklərin 10 (on) faizi;
5.6.2.
müddəti bir ilədək olan balansdankənar öhdəliklərin 20 (iyirmi) faizi;
5.6.3.
müddəti bir ildən çox olan balansdankənar öhdəliklərin 50 (əlli) faizi;
5.6.4.
kredit xətləri, bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə təəhhüdlər tam həcmdə.
6.
Normativlərə dair pozuntunun aradan qaldırılması və hesabatlıq
6.1.
Bank tərəfindən bu Qaydada müəyyən olunmuş normativlərin pozulması aşkar edildikdə bankın Baş risk inzibatçısı bu barədə növbəti iş günündən gec olmayaraq Mərkəzi Banka məlumat verməlidir. Məlumatda pozuntunun səbəbləri və aradan qaldırılması üzrə görüləcək tədbirlər göstərilməlidir.
6.2.
Aşağıdakı hallarda və müddətlərdə bank bu Qaydada müəyyən olunmuş normativlərin pozuntusunu aradan qaldırmalıdır:
6.2.1.
bankın I dərəcəli kapitalının səviyyəsi azaldıqda – 60 (altmış) təqvim günü ərzində;
6.2.2.
təminatın bazar dəyəri azaldıqda və ya itirildikdə – 60 (altmış) təqvim günü ərzində;
6.2.3.
bir borcalan bir-biri ilə əlaqədar borcalanlar qrupuna çevrildikdə – 60 (altmış) təqvim günü ərzində.
6.3.
Bank aşağıdakı kredit tələblərinə dair məlumatı aylıq əsasda prudensial hesabatlarla birgə Mərkəzi Banka təqdim edir:
6.3.1.
bu Qaydanın 5.1-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilmədən bankın iri kredit tələbləri;
6.3.2.
bu Qaydanın 5.1-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edildikdən sonra bankın iri kredit tələbləri;
6.3.3.
bu Qaydanın 5.2.3-cü yarımbəndində müəyyən edilmiş kredit tələbləri istisna olmaqla bu Qaydanın 5.2-ci bəndində müəyyən edilmiş bankın iri kredit tələbləri;
6.3.4.
bankın bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı ən iri 20 (iyirmi) kredit tələbləri (məbləği tutulmalardan sonra bankın I dərəcəli kapitalının 10 (on) faizindən çox olub-olmamasından asılı olmayaraq).
7.1.
Bu Qaydanın 4.2.1-ci yarımbəndinin, 4.6-cı, 4.8-ci və 5.4-cü bəndlərinin tələbləri, habelə 5.6.4-cü yarımbəndinin kredit xətlərinin hesablamada tam nəzərə alınmasına dair tələbi bu Qaydanın qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil edilir.
7.2.
Bu Qaydanın 4.6-cı və 4.8-ci bəndlərinin tələbləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilmiş təhsil tələbə kreditlərinə şamil edilmir.