AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 14
Bakı şəhəri 21 iyul 2022-ci il
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 15 may tarixli 08 nömrəli Qərarında və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 438-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında” 30 dekabr 2021-ci il tarixli 770s nömrəli Sərəncamının 4-cü hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 15 may tarixli 08 nömrəli Qərarında və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Sədr,
İqtisadiyyat naziri
|
Mikayıl Cabbarov
|
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 21 iyul tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmişdir
|
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 15 may tarixli 08 nömrəli Qərarında və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 15 may tarixli 08 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında (birinci halda) və 2-ci hissəsində “Sənaye parkının” sözlərindən sonra “rezidentinin” sözü əlavə edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın üz tərəfi hissəsində “QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ” sözlərindən əvvəl “REZİDENTİNİN” sözü əlavə edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın 2.8-ci bəndinin üçüncü cümləsində və 4-cü hissəsində “sənaye parkının” sözlərindən sonra “rezidentinin” sözü əlavə edilsin.
2. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nın 2.3.1-ci yarımbəndində “sənaye parkının” sözləri çıxarılsın.