AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 30/1
Bakı şəhəri 27 iyul 2022-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən
Q Ə R A R A A L I R:
1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri
|
Taleh Kazımov
|
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 30/1
27 iyul 2022-ci il
|
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Yenidənmaliyyələşdirmə kreditləri hərrac vasitəsilə və ya hərracdan kənar verilə bilər.”;
2. 3.1-ci bənddə, 3.1.1-ci, 3.1.3-cü və 3.1.11-ci yarımbəndlərdə “30 günədək” sözləri “Hərraclar vasitəsilə” sözləri ilə əvəz edilsin, həmçinin 3.1.1-ci yarımbənddə “məqsədilə” sözündən sonra “180 gündən çox olmayan müddətə” sözləri əlavə edilsin;
3. 3.1.2-ci yarımbənddə “30 günədək yenidənmaliyyələşdirmə kreditləri” sözləri “Bu növ kreditlər” sözləri ilə əvəz edilsin;
4. 3.1.10-cu yarımbənddə “30 günədək” sözləri “Hərraclar vasitəsilə verilən” sözləri ilə əvəz edilsin;
5. 3.1.12-ci yarımbənddə “5 (beş)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin;
6. aşağıdakı məzmunda 3.1.13-cü yarımbənd əlavə edilsin:
“3.1.13. Hərraclarda aşağıdakı tələblərə cavab verən banklar iştirak edə bilər:
3.1.13.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan;
3.1.13.2. Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmayan.”;
7. 3.2-ci bənd ləğv edilsin;
8. 3.3-cü bənddə “360 gündən yuxarı müddətə verilən” sözləri “Hərracdan kənar verilən” sözləri ilə əvəz edilsin;
9. 3.3.1-ci yarımbənddə “360 gündən yuxarı müddətədək yenidənmaliyyələşdirmə kreditləri verilə bilər” sözləri “Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur” sözləri ilə əvəz edilsin;
10. 3.3.2-ci yarımbənd ləğv edilsin;
11. 4.1-ci bənddən “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında” sözləri çıxarılsın;
12. 4.2-ci bənd ləğv edilsin;
13. 4.6.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.6.4. bankın və ya bankın səhmdarlarının mülkiyyətində olan, heç bir öhdəlik üzrə yüklü edilməmiş və barəsində məhkəmə mübahisəsi olmayan daşınmaz əmlak.”;
14. 4.6.5-ci yarımbənd ləğv edilsin;
15. 4.7-ci bənddə “Sonuncu instansiya kreditinin verilməsi üçün barəsində müraciət olunan bankın” sözləri “Bankın” sözü ilə, “və” sözü “və ya” sözləri ilə əvəz edilsin;
16. 5.1.2-ci yarımbənddən “və qızıl külçə formasında bank metalı” sözləri çıxarılsın;
17. 5.1.3-cü yarımbənddə “və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak - likvid” sözləri “- bazar” sözü ilə əvəz olunsun;
18. 5.2-ci bənddən “və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak” sözləri çıxarılsın.