AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
01.08.2022
QEYDİYYAT NÖMRƏSİ
32/1
ADI
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.08.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202208010321
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.08.2022

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

QƏRARI

 

№32/1

 

Bakı şəhəri

01 avqust 2022-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri

Taleh Kazımov

 


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 32/1

1 avqust 2022-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.9-cu yarımbəndə “qəbul etmək” sözlərindən sonra “hüququ verən” sözləri əlavə edilsin;

2. 2.1.21-ci yarımbənd ləğv edilsin;

3. aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:

2.2. Bu Qaydada istifadə olunan restrukturizasiya olunmuş aktiv, hedcləşdirilməmiş borcalan və borcun gəlirlərə nisbəti (BGN əmsalı) anlayışları “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda müəyyən edilmiş mənaları ifadə edir.”;

4. 9.3.1.1-ci yarımbəndə “tələblər” sözündən sonra “, yaxud aktivin bu ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz təmin olunmuş hissəsi” sözləri əlavə edilsin;

5. 9.3.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.1.9-cu və 9.3.1.10-cu yarımbəndlər əlavə edilsin:

“9.3.1.9. aktivin Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, dövlət zəmanəti, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlarla qeyd-şərtsiz təmin olunmuş hissəsi;

9.3.1.10. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilmiş təhsil tələbə kreditləri (bankın maliyyə öhdəliyi daşıdığı hallar istisna olmaqla).”;

6. 9.3.2.10-cu, 9.3.4.5-ci, 9.3.6.2-ci və 9.3.8.1-ci yarımbəndlərdən “uzunmüddətli” sözü çıxarılsın;

7. 9.3.2.10-cu yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və  9.3.2.11-ci və 9.3.4.6-cı yarımbəndlər ləğv edilsin;

8. 9.3.3.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.3.2-ci yarımbənd əlavə edilsin:

“9.3.3.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 3 (üç) pillə aşağı olan yerli banklara (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara və xarici bankların yerli filiallarına) qarşı müddəti 6 (altı) aydan çox olmayan tələblər (restrukturizasiya olunmuş aktivlər istisna olmaqla).”;

9. 9.3.4.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.4.10-cu yarımbənd əlavə edilsin:

“9.3.4.10. 35 (otuz beş) faizli risk qrupuna aid edilməyən və müddəti 6 (altı) aydan çox olmayan yerli banklara (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara və xarici bankların yerli filiallarına) qarşı tələblər (restrukturizasiya olunmuş aktivlər istisna olmaqla).”;

10.  9.3.6.7-ci yarımbənd üzrə:

10.1. “9.3.7-ci,” və “9.3.9-cu və” sözləri çıxarılsın;

10.2. “9.3.10-cu” sözlərindən sonra “və 9.3.11-ci” sözləri əlavə edilsin;

10.3. yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.

11. aşağıdakı məzmunda 9.3.6.8-ci yarımbənd əlavə edilsin:

“9.3.6.8. 35 (otuz beş) və 50 (əlli) faizli risk qruplarına aid edilməyən yerli banklara (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara və xarici bankların yerli filiallarına) qarşı tələblər.”;

12. 9.3.8.1-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 9.3.7-ci, 9.3.8.2-ci, 9.3.8.3-cü və 9.3.9-cu yarımbəndlər ləğv edilsin;

13. 9.3.10.1-ci yarımbəndə ”BGN əmsalı” sözlərindən əvvəl “BGN əmsalı 45 (qırx beş) faizdən yuxarı olan, lakin 60 (altmış) faiz həddini keçməyən və ya” sözləri əlavə edilsin və həmin yarımbənddən “(təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla)” sözləri çıxarılsın;

14. 9.3.10.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.10.2-ci və 9.3.10.3-cü yarımbəndlər əlavə edilsin:

“9.3.10.2. verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən böyük olan istehlak kreditləri. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi Mərkəzi Bank tərəfindən bu Qaydalara 1 nömrəli Əlavədə göstərilən qaydada hesablanır və hər rübdən sonrakı ayın 25-nə kimi Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır. Orta faiz dərəcəsinin açıqlandığı tarixdən sonrakı 1 (bir) iş günü ərzində banklara bu barədə elektron və ya poçt bildirişi ilə məlumat verilir. Orta faiz dərəcəsi açıqlanana qədər banklar əvvəlki rübün məlumatlarından istifadə edir;

9.3.10.3. xarici valyutada gəliri olan və ya valyuta riski digər formada hedcləşdirilmiş borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, valyuta riski hedcləşdirilməmiş borcalanlara xarici valyutada verilmiş biznes kreditləri.”;

15. aşağıdakı məzmunda 9.3.11-ci yarımbənd əlavə edilsin:

“9.3.11. 230 (iki yüz otuz) faizli (2,3 əmsallı) risk qrupu:

9.3.11.1. BGN əmsalı 60 (altmış) faizdən yuxarı olan, lakin 70 (yetmiş) faiz həddini keçməyən istehlak kreditləri;

9.3.11.2. verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan istehlak kreditləri.”;

16. 9.4.2-ci yarımbənddən “və 7 il və ya daha az” sözləri çıxarılsın;

17. 11.2-ci bəndə “müəyyən edilmiş” sözlərindən sonra “və orta aylıq əsasda hesablanmış” sözləri əlavə edilsin;

18. 13.5-ci bənddə “saylı” sözü “nömrəli” sözü ilə əvəz edilsin;

15-ci bənd ləğv edilsin.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status