×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.08.2022
QEYDİYYAT NÖMRƏSİ
1835
ADI
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30.08.2022, Nəşr Nömrəsi: 185), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 29.08.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2022, Nəşr nömrəsi: 8, Maddə nömrəsi: 895)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.08.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202208291835
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.08.2022

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687; 2019, № 3, maddə 405, № 5, maddələr 848, 852; 2020, № 6, maddə 698) ilə təsdiq edilmiş 4 nömrəli Əlavə – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nın 6-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

 

6.

Audiovizual media fəaliyyəti (yerüstü televiziya yayımçısı, yerüstü radio yayımçısı, peyk yayımı həyata keçirən platforma yayımçısı, peyk yayımı həyata keçirməyən platforma yayımçısı, sifarişli yayım xidməti provayderi, sadə platforma operatoru, universal platforma operatoru, multipleks operatoru)

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2022-ci il

№1835

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status