Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydasının təsdiq edilməsi haqqında” 2003-cü il 8 fevral tarixli 18 nömrəli, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 noyabr tarixli 182 nömrəli və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli və “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 514-VIQD nömrəli Qanununun tətbiqi və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 may tarixli 1682 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 133) ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın 1-ci hissəsinə “məşğul olan şəxslər” sözlərindən sonra “(“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 967; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”na aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
“7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qəbul edilən şəxslər və ya bu subyektlərdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icbari narkoloji müayinədən keçirilirlər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643, № 7, maddə 1501, № 12 (II kitab), maddə 2484; 2020, № 4, maddə 496, № 10, maddələr 1260, 1295, № 11, maddə 1413; 2022, № 4, maddə 401) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.3-cü bəndin ikinci abzasına “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözlərindən sonra “, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs” sözləri əlavə edilsin;
3.2. 2.8-ci bənd üzrə:
3.2.1. birinci abzasa “müayinəyə və müalicəyə” sözlərindən sonra “, eləcə də icbari narkoloji müayinəyə” sözləri əlavə edilsin;
3.2.2. ikinci abzasa “(müalicəsi)” sözündən sonra “, eləcə də icbari narkoloji müayinəsi” sözləri əlavə edilsin;
3.3. 2.10-cu bəndin ikinci abzasında “(müalicədən)” sözündən sonra “, eləcə də icbari narkoloji müayinədən” sözləri əlavə edilsin;
3.4. 3.1-ci bəndin dördüncü abzasına “stasionar tibbi” sözlərindən sonra “, eləcə də icbari narkoloji” sözləri əlavə edilsin;
3.5. 6.1-ci bəndin üçüncü abzasına “stasionar tibbi müayinəyə” sözlərindən sonra “, eləcə də icbari narkoloji müayinəyə” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211, № 5, maddə 658; 2016, № 8, maddə 1456, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2021, № 12, maddə 1542) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”na aşağıdakı məzmunda 2.5-1-ci bənd və 3.7.2-1-ci, 3.9.4-1-ci yarımbəndlər əlavə edilsin:
“2.5-1. Bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.
3.7.2-1. icbari narkoloji müayinənin keçirilməsi;
3.9.4-1. icbari narkoloji müayinənin keçirilməsi zamanı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak olunması aşkar edildikdə;”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 avqust 2022-ci il
№ 290