AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.08.2022
QEYDİYYAT NÖMRƏSİ
332
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” 2013-cü il 8 yanvar tarixli 2 nömrəli, “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli, “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin təsdiq edilməsi haqqında” 2014-cü il 1 iyul tarixli 215 nömrəli və “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2014-cü il 26 dekabr tarixli 399 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02.09.2022, Nəşr Nömrəsi: 188), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 31.08.2022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202208250332
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.09.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” 2013-cü il 8 yanvar tarixli 2 nömrəli, “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli, “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin təsdiq edilməsi haqqında” 2014-cü il 1 iyul tarixli 215 nömrəli və “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2014-cü il 26 dekabr tarixli 399 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçu-larının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 566; 2014, № 2, maddə 217, № 5, maddə 592; 2015, № 5, maddə 657; 2016, № 2 (II kitab), maddə 369, № 11, maddə 1942; 2017, № 4, maddə 620; 2020, № 8, maddə 1119; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 iyun tarixli 222 nömrəli Qərarı) ilə təsdiq edilmiş 7 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı Normaları”nın “Qeydlər” hissəsinin 1.1-ci bəndində “Xüsusi Dövlət Mühafizə” sözləri “Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddələr 164, 167; 2021, № 5, maddə 523; 2022, № 4, maddə 386) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.21-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 905; 2016, № 9, maddə 1585; 2021, № 2, maddə192) ilə təsdiq edilmiş “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin 1.1-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

4. “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli 399 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1675; 2016, № 9, maddə 1585; 2017, № 5, maddə 1008, № 10, maddə 1917, № 12 (II kitab), maddə 2497) 3-cü hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 avqust 2022-ci il

№ 332

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status