×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.08.2022
QEYDİYYAT NÖMRƏSİ
335
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 1994-cü il 17 fevral tarixli 67 nömrəli, “Azərbaycan Respublikası diplomatik poçtunun daşınması qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1994-cü il 12 iyul tarixli 269 nömrəli, “Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında” 2001-ci il 25 dekabr tarixli 199 nömrəli, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 2002-ci il 7 noyabr tarixli 174 nömrəli, “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli 167 nömrəli, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 noyabr tarixli 182 nömrəli, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 9 dekabr tarixli 192 nömrəli və “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02.09.2022, Nəşr Nömrəsi: 188), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 31.08.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2022, Nəşr nömrəsi: 8, Maddə nömrəsi: 1022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202208250335
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.09.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 1994-cü il 17 fevral tarixli 67 nömrəli, “Azərbaycan Respublikası diplomatik poçtunun daşınması qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1994-cü il 12 iyul tarixli 269 nömrəli, “Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında” 2001-ci il 25 dekabr tarixli 199 nömrəli, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 2002-ci il 7 noyabr tarixli 174 nömrəli, “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli 167 nömrəli, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 noyabr tarixli 182 nömrəli, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 9 dekabr tarixli 192 nömrəli və “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli Qərarının 2-ci hissəsində “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 iyul tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik poçtunun daşınması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci və 2-ci hissələrdə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi idarəsi” sözləri “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

2.2. 27-ci hissənin ikinci abzasında, 32-ci və 33-cü hissələrdə “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 809; 2002, № 10, maddə 641; 2003, № 6, maddələr 342, 348; 2004, № 10, maddə 871; 2005, № 6, maddə 541, № 10, maddə 978; 2006, № 4, maddə 373, № 9, maddə 822, № 10, maddə 903; 2008, № 2, maddə 130; 2009, № 2, maddə 144, № 7, maddə 607, № 9, maddələr 736, 757, № 12, maddə 1065; 2012, № 12, maddə 1390; 2013, № 7, maddə 879; 2014, № 1, maddə 57, № 6, maddə 745; 2015, № 6, maddə 792; 2016, № 9, maddə 1585; 2019, № 3, maddə 513) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin yeddinci abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası;”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 676; 2004, № 2, maddə 115; 2005, № 9, maddə 860, № 12, maddə 1234; 2006, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 156, № 4, maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754, № 12, maddə 1078; 2010, № 3, maddə 264; 2011, № 1, maddə 63; 2012, № 9, maddə 931; 2013, № 2, maddə 203, № 6, maddə 735; 2014, № 10, maddə 1290; 2015, № 5, maddə 608, № 12, maddə 1567; 2016, № 1, maddə 179, № 4, maddə 807, № 9, maddə 1585; 2018, № 8, maddə 1817, № 12 (II kitab), maddə 2737; 2019, № 12, maddə 2091; 2020, № 6, maddə 794; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 may tarixli 196 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”in 11.2-ci bəndində “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957; 2006, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432, № 8, maddə 786; 2013, № 6, maddə 737; 2014, № 1, maddə 69; 2015, № 11, maddə 1418; 2019, № 1, maddə 155; 2022, № 4, maddə 389) ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.7-ci bəndində “5.1-ci və 5.4-cü” sözləri “6.1-ci və 6.4-cü” sözləri ilə, “Xüsusi Dövlət Mühafizə Xidmətini” sözləri “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 967; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci hissədə “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

6.2. 4-cü hissədə “2000-ci il 18 mart tarixli 48” sözləri “2008-ci il 29 fevral tarixli 59” sözləri ilə əvəz edilsin.

7. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 447; 2016, № 9, maddə 1585; 2019, № 3, maddə 516; 2021, № 12, maddə 1531) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2-ci hissədə “Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 1-ci hissəsində “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

8. “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 658; 2016, № 9, maddə 1585) 2-ci hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 25 avqust 2022-ci il

     № 335

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status