AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.12.1999
QEYDİYYAT NÖMRƏSİ
212
ADI
"Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1999, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 692)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə mədaxil olunmasını təmin etmək üçün aşağıdakı tapşırıqlar müəyyən edilsin:

 

1) Vergilər Nazirliyi üzrə

- 2552,0 milyard manat,

bundan:

 

Dövlət Neft Şirkəti

- 856,0 milyard manat

Rabitə Nazirliyi

- 132.0 milyard manat

"Azərenerji" Səhmdar Cəmiyyəti

- 70.0 milyard manat

Dövlət Dəmir yolu

- 40.0 milyard manat

"Azərbaycan Hava Yolları" Dövlət Konserni

- 30.0 milyard manat

Dövlət Xəzər Dəniz Gəmiçiliyi

- 24.0 milyard manat

"Azərkimya" Dövlət Şirkəti

- 20.0 milyard manat

"Azəriqaz" Səhmdar Cəmiyyəti

- 11.0 milyard manat

Digər dövlət müəssisə və təşkilatları

- 243.0 milyard manat

Özəl sektor

- 1126,0 milyard manat

o cümlədən:

 

yerli özəl qurumlar

- 461,0 milyard manat [1]

2) Dövlət Gömrük Komitəsi üzrə

- 719.0 milyard manat

3) "Azəravtonəqliyyat" Dövlət Konserni üzrə

- 20.0 milyard manat

4) Dövlət Əmlakı Nazirliyi üzrə [2]

- 10.0 milyard manat

5) Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli

Kağızlar üzrə Dövlət Komitəsi üzrə

- 5.0 milyard manat

 

Müəyyən edilsin ki, Vergilər Nazirliyi üzrə yuxarıda qeyd edilən iri tədiyyəçilər (özəl sektor və digər dövlət müəssisə və təşkilatları istisna olmaqla) növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitlərinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu orqanların hazırladığı forma üzrə hesabat təqdim etməlidirlər. Yuxarıda qeyd edilən təşkilatların rəhbərləri bu tapşırıqların tam yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar. [3]

2. "Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin əsas xərcləri aşağıdakı kimi bölüşdürülsün.

 

(milyon manatla)

Sıra
№-si

Xərclərin istiqaməti

Dövlət
büdcəsi

o cümlədən

Mərkəzləşdirilmiş xərclər

 Yerli xərclər

1

Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının saxlanması xərcləri

556468,1

501123,6

55344,5



o cümlədən:

 

 

 



Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

19853,4

19853,4

 


 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

6390,5

6390,5

 


 

Kənd Təsərrüfatı Nazirliyi

2559,6

2559,6 [4]

 


 

Xarici İşlər Nazirliyi

5387,7

5387,7 [5]

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Xarici İşlər Nazirliyinə diplomatik korpusun tikintisi üçün büdcədən ayrılmış kreditin qaytarılması

- 1923,0

- 1923,0

 


 

Təhsil Nazirliyi

1567,8

1567,8 [6]

 


 

Səhiyyə Nazirliyi

529,1

529,1

 


 

Mədəniyyət Nazirliyi

740,9

740,9 [7]

 


 

Rabitə Nazirliyi

378,5

378,5

 


 

Ticarət Nazirliyi

875,8

875,8

 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3227,0

3227,0

 


 

Ədliyyə Nazirliyi

1677,7

1677,7

 


 

Maliyyə Nazirliyi

9735,7

9735,7

 


 

İqtisadiyyat Nazirliyi

2061,0

2061,0

 


 

Mətbuat və İnformasiya Nazirliyi

408,1

408,1

 


 

Gənclər və İdman Nazirliyi

637,7

637,7

 


 

Dövlət Tikinti və Arxitektura Komitəsi

749,9

749,9

 


 

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi

2999,7

2999,7

 


 

Dövlət Statistika Komitəsi

8754,8

8754,8

 


 

Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi

1064,1

1064,1

 


 

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi

768,8

768,8 [8]

 


 

Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi

410,5

410,5

 


 

Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi

478,8

478,8

 


 

Dövlət Hidrometeorologiya Komitəsi

330,7

330,7

 


 

Qadın Problemləri üzrə Dövlət Komitəsi

277,5

277,5

 


 

Dövlət Əmlakı Nazirliyi [9]

4232,0

4232,0

 


 

Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi

670,4

670,4

 


 

Dövlət Torpaq Komitəsi

2192,2

2192,2

 


 

Meliorasiya və Su Təsərrüfatı Komitəsi

682,2

682,2

 


 

Mənzil-Kommunal Təsərrüfatı Komitəsi

352,3

352,3

 


 

(Çıxarılıb) [10]

 

 

 


 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

1231,3

1231,3

 


 

Dövlət Elm və Texnika Komitəsi

567,2

567,2

 


 

Vergilər Nazirliyi [11]

9418,0

9418,0

 


 

Dini İşlər İdarəsi

52,1

52,1

 


 

Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi

2005,3

2005,3

 


 

Dövlət Sığorta Nəzarəti

211,7

211,7

 


 

Baş Arxiv İdarəsi

131,6

131,6

 


 

(Çıxarılıb) [12]

 

 

 


 

Satınalmalar üzrə Dövlət Agentliyi

418,8

418,8

 


 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

511,2

511,2

 


 

Ali Attestasiyası Komissiyası

260,4

260,4

 


 

Mərkəzi Seçki Komissiyası

606,9

606,9

 


 

Azərbaycan Respublikası Avropa Birliyinin texniki yardımı üzrə Koordinasiya bürosu

48,7

48,7

 


 

"Azərbmeşə" İstehsalat Birliyi

415,5

415,5

 


 

"Azərmənzilkomplektlayihətəmir" Respublika Birliyinin Nəzarət Bölməsi

262,3

262,3

 


 

(Çıxarılıb) [13]

 

 

 


 

Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri

41824,7

41824,7

 


 

Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi

64123,9

64123,9

 


 

Daxili İşlər Nazirliyi

135146,1

135146,1

 


 

Milli Təhlükəsizlik Nazirliyi

27056,0

27056,0

 


 

Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi

24273,9

24273,9

 


 

Hərbi Əks-Kəşfiyyat Xidməti

8760,1

8760,1

 


 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi

36031,1

36031,1

 


 

Dövlət Material Ehtiyatları Komitəsi

2739,3

2739,3

 


 

Milli təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi

36043,0

36043,0

 


 

Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi

1255,1

1255,1

 


 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası

138,7

138,7

 


 

Dövlət Feldyeger Xidməti

1963,1

1963,1

 


 

Sularda Xilasetmə Xidməti

745,2

745,2

 


 

Dövlət Gömrük Komitəsi

6041,7

6014,7

 


 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi

20713,7

20713,7

 


 

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi Qrupu

83,4

83,4

 

2

Elm xərcləri

50929,2

50526,7

399,5



o cümlədən:

 

 

 



Elmlər Akademiyası

32092,3

32092,3

 


 

Dövlət Elm və Texnika Komitəsi

602,9

602,9

 


 

Kənd Təsərrüfatı Nazirliyi

4787,9

4787,9 [14]

 


 

Meliorasiya və Su Təsərrüfatı Komitəsi

1115,0

1115,0

 


 

(Çıxarılıb) [15]

 

 

 


 

Dövlət Tikinti və Arxitektura Komitəsi

388,4

388,4

 


 

"Azərbalıq" Dövlət Konserni

49,9

49,9

 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

43,2

43,2

 


 

Ədliyyə Nazirliyi

833,0

833,0

 


 

Təhsil Nazirliyi

3684,8

3684,8

 


 

Səhiyyə Nazirliyi

2727,4

2727,4

 


 

İqtisadiyyat Nazirliyi

411,9

411,9

 


 

Baş Arxiv İdarəsi

1526,6

1127,1

399,5


 

"Azəryeyintisənaye" Elmi-Tədqiqat İnstitutu

136,0

136,0

 


 

Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi

2476,9

2476,9

 

3

Müdafiə xərcləri

493596,9

493596,9

 


 

o cümlədən:

 

 

 


 

Müdafiə Nazirliyi

485514,0

485514,0

 


 

Hərbi-Sənaye Kompleksi

8000,0

8000,0

 


 

Könüllü Hərbi Vətənpərvərlik Cəmiyyəti

82,9

82,9

 

4

Təhsil xərcləri

955270,2

157087,4

798182,8


 

o cümlədən:

 

 

 


 

Təhsil Nazirliyi

920059,7

121876,9

798182,8


 

Kənd Təsərrüfatı Nazirliyi

5037,8

5037,8

 


 

Ədliyyə Nazirliyi

280,3

280,3

 


 

Mədəniyyət Nazirliyi

1012,6

1012,6

 


 

Səhiyyə Nazirliyi

11239,3

11239,3

 


 

Gənclər və İdman Nazirliyi

3501,8

3501,8

 


 

Maliyyə Nazirliyi

45,8

45,8

 


 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

2247,0

2247,0

 


 

Nazirlər Kabineti yanında İdarəetmə İnstitutu

563,2

563,2

 


 

Dövlət Dəmir Yolu

11082,7

11082,7

 


 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

200,0

200,0

 

5

Səhiyyə xərcləri

235520,6

38332,3

197188,3 [16]


 

o cümlədən:

 

 

 


 

Səhiyyə Nazirliyi

232384,0

35195,7

197188,3 [17]


 

Dövlət Dəmir Yolu

3136,6

3136,6

 

6

Sosial müdafiə xərcləri

515000,0

515000,0

 


 

o cümlədən:

 

 

 


 

Dövlət Sosial Müdafiə Fondu

515000,0

515000,0

 

7

Sosial təminat xərcləri

176389,4

160567,4

15822,0


 

o cümlədən:

 

 

 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

27940,0

12118,0

15822,0


 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (qaçqınların və məcburi köçkünlərin yemək və məskunlaşdırılması xərcləri)

148217,4

148217,4

 


 

Şəhid ailələrinə birdəfəlik yardım

232,0

232,0

 

8

Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri

99810,4

55112,7

44697,7



o cümlədən:

 

 

 



Mədəniyyət Nazirliyi

56762,2

12064,5

44697,7 [18]


 

Dövlət Teleradio Verilişləri Şirkəti

34798,8

34798,8

 


 

"AzərTAC" Dövlət Teleqraf Agentliyi

2778,6

2778,6

 


 

Kənd Təsərrüfatı Nazirliyi

161,9

161,9

 


 

Ədliyyə Nazirliyi

39,3

39,3

 


 

Təhsil Nazirliyi

286,7

286,7

 


 

Səhiyyə Nazirliyi

159,1

159,1

 


 

Dövlət Elm və Texnika Komitəsi

281,1

281,1

 


 

(Çıxarılıb) [19]

 

 

 


 

"Vətən" Cəmiyyəti

124,7

124,7

 


 

"Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi

113,6

113,6

 


 

Yazıçılar Birliyi

147,0

147,0

 


 

Bəstəkarlar İttifaqı

120,4

120,4

 


 

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi

355,7

355,7

 


 

"Azərbaycan" jurnalı

255,2

255,2

 


 

"Ədəbiyyat" qəzeti

268,4

268,4

 


 

"Savalan" qəzeti

98,0

98,0

 


 

"Göyərçin" jurnalı

55,0

55,0

 


 

"Günəş" jurnalı

55,0

55,0

 


 

"Qobustan" jurnalı

40,0

40,0

 


 

"Azərkinovideo" İstehsalat Birliyi

2200,0

2200,0

 


 

Azərbaycan Respublikası Elmlər Akademiyası, Füzuli adına Beynəlxalq Mükafat Komissiyası (Füzuli adına mükafat)

100,0

100,0

 


 

Mətbuat və İnformasiya Nazirliyi ("Xatirə kitabı" redaksiyası)

323,2

323,2

 


 

"Literaturnıy Azerbaydjan" jurnalı

107,3

107,3

 


 

"Ulduz" jurnalı

94,0

94,0

 


 

Müəllif Hüquqları Agentliyi

115,2

115,2

 

9

Bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri

13529,8

7326,5

6203,3



o cümlədən:

 

 

 



Gənclər və İdman Nazirliyi

13592,8

7326,5

6203,3



bundan:

 

 

 



- bədən tərbiyəsi və idman tədbirləri üçün

10450,8

5966,5

4484,3


 

- gənclər siyasəti tədbirləri üçün

3079,0

1360,0

1719,0

10

Mənzil-kommunal təsərrüfatı xərcləri

94463,5

2302,8

92160,7



o cümlədən:

 

 

 



Mənzil-Kommunal Təsərrüfatı Komitəsi

2302,8

2302,8

 


 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri

92160,7

 

92160,7

11

Yanacaq və enerji kompleksinə büdcədən verilmiş kreditlərin qaytarılması

- 8804,8

- 8804,8

 



o cümlədən:

 

 

 



"Azərenerji" Səhmdar Cəmiyyətinə verilmiş büdcə kreditinin qaytarılması



- 8804,8

- 8804,8

12

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə aid edilən digər xərclər

183010,0

177562,6

5447,4



o cümlədən:

 

 

 



Kənd Təsərrüfatı Nazirliyi

18853,7

13406,3

5447,4 [20]


 

Meliorasiya və Su Təsərrüfatı Komitəsi

137198,8

137198,8

 


 

Dövlət Torpaq Komitəsi

13982,7

13982,7

 


 

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi

997,2

997,2

 


 

(Çıxarılıb) [21]

 

 

 


 

Dövlət Hidrometeorologiya Komitəsi

5374,5

5374,5

 


 

"Azərbmeşə" İstehsalat Birliyi

5586,7

5586,7

 


 

"Azərbalıq" Dövlət Konserni

1016,4

1016,4

 


 

(Çıxarılıb) [22]

 

 

 

13

Qaytarılan məbləğ çıxıldıqdan sonra sənaye və tikinti xərcləri

11753,1

11753,1

 



o cümlədən:

 

 

 



Dövlət Tikinti və Arxitektura Komitəsi

319,0

319,0

 


 

Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi

9223,4

9223,4 [23]

 


 

Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi

4910,7

4910,7

 


 

(Çıxarılıb) [24]

 

 

 


 

Respublika Hökumətinin sərəncamına əsasən "Azərxalça" Birliyinə büdcədən ayrılmış kreditin qaytarılması

- 2000,0

- 2000,0

 


 

Mingəçevir Toxuculuq Kombinatına büdcədən ayrılmış kreditin qaytarılması

- 700,0

- 700,0

 

14

İqtisadi fəaliyyətlə bağlı sair xərclərə aid edilən digər xərclər

124,3

124,3

 



o cümlədən:

 

 

 



Ticarət Nazirliyinin Milli Kulinariya Mərkəzi

124,3

124,3

 

15

Banklarla hesablaşma xərcləri

12200,0

12200,0

 



o cümlədən:

 

 

 



Səhmlərin nəzarət zərfi dövlətə məxsus olan bankların nəzarət zərfinin artırılması xərci üzrə

8000,0

8000,0

 


 

Azərbaycan Respublikası Səhmdar-Kommersiya Əmanət Bankı

1200,0

1200,0

 


 

Valyuta konvertasiyası üzrə xərclər

3000,0

3000,0

 

16

Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri

10260,7

10260,7

 



o cümlədən:

 

 

 



Dövlət Statistika Komitəsi

1103,0

1103,0

 



bundan:

 

 

 



- əhalinin siyahıya alınması ilə bağlı xərclər

453,0

453,0

 


 

- dövlət statistika sistemində islahatların keçirilməsi ilə bağlı xərcləri

300,0

300,0

 


 

- 2001-2005-ci illərdə kənd inzibati vahidlərində istifadə ediləcək Təsərrüfatbaşına uçot sənədlərinin hazırlanması ilə bağlı xərclər

350,0

350,0

 


 

Mərkəzi Seçki Komissiyası bundan:

9157,7

9157,7

 


 

- Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı xərclər

8657,7

8657,7

 


 

- seçkilərin keçirilməsi ilə bağlı digər xərclər

500,0

500,0

 

17

Məqsədli büdcə fondlarının

71060,0

71060,0

 



o cümlədən:

 

 

 



Dövlət Yol Fondu

68000,0

68000,0

 


 

Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu

1900,0

1900,0

 


 

Təbiəti Mühafizə Ehtiyat Fondu

1000,0

1000,0

 


 

Sahibkarlığa Kömək Milli Fondu

160,0

160,0

 

18

Nəqliyyat və rabitə xərcləri

34946,9

26500,0

8446,9

 

o cümlədən:

 

 

 

 

AZAL Dövlət Konserni (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi)

26500,0

26500,0 [25]

 

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

"Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 14-cü bəndinin 1-ci yarımbəndinin (fermer təsərrüfatlarına kredit güzəştləri fondu), 18-ci bəndinin 1-ci yarımbəndinin (iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər) və 2-ci yarımbəndinin (kiçik sahibkarlığa investisiya yardımı), 19-cu bəndinin (beynəlxalq təşkilatlara üzvlük haqqı), 20-ci bəndinin (Dövlətin xarici borcları üzrə xərclər), 23-cü bəndinin (Ehtiyat fondunun xərcləri), Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 28-ci bəndinin üçüncü abzasının (özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin saxlanması xərcləri) və bu Fərmanın 2-ci bəndinin 1-ci yarımbəndində "Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri"nin vəsaitlərinin bölüşdürülməsini həyata keçirsin; [26]

bu Qanunun 6-cı maddəsinin 16-cı bəndində nəzərdə tutulan vəsaitin (dövlət investisiya xərcləri) konkret obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini bir ay ərzində müəyyənləşdirib təsdiq etsin və onun səmərəli istifadəsinə nəzarəti gücləndirsin. Bu vəsaitin bölgüsü zamanı onun ilk növbədə 2000-ci ildə tikintisi başa çatması nəzərdə tutulan obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini təmin etsin;

Dövlət büdcəsinin icrasını təmin edən müvafiq tədbirlər həyata keçirsin;

2000-ci ildə Azərbaycan Respublikasında yerli büdcələr formalaşanadək bələdiyyələrin minimum maliyyə tələbatını ödəmək məqsədi ilə dövlət büdcəsindən onlar üçün ayrılacaq vəsaitin məbləği barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

dövlət müəssisə və təşkilatları tərəfindən hesablaşmalarda qarşılıqlı ödəmələrin aparılmasını və borcların mal ilə örtülməsini məhdudlaşdırsın;

ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşlarının strukturunda qeyri-neft sektorunun payının artırılmasına dair təkliflər hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

təbii inhisar sahələrində qiymət və tariflərin formalaşması mexanizminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq dövlət orqanları ilə birlikdə konkret tədbirlər həyata keçirsin;

dövlət büdcəsi layihəsinin tərtibi prosesini təkmilləşdirmək məqsədi ilə büdcədən maliyyələşən sahələr üzrə müvafiq proqramların hazırlanmasını təmin etsin;

ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən sahələrin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramlar hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

“Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 27-ci bəndində nəzərdə tutulmuş vəsaitin bölüşdürülməsini təmin etsin. [27]

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vergi qanunvericiliyinin tələblərinə riayət etməklə vergilərin tam yığılmasına nəzarəti gücləndirsin, vergidən yayınmanın qarşısını almaq məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirsin və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. [28]

5. Azərbaycan Respublikasının Gömrük Komitəsinə tapşırılsın ki, Dövlət büdcəsinə nəzərdə tutulmuş vergi və rüsumların tam həcmdə yığılmasını təmin etsin, idxal zamanı vergidən yayınma hallarına qarşı nəzarəti gücləndirsin, bu sahədə görülmüş tədbirlər və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, ölkədə pul dövriyyəsinin yaxşılaşdırılması, müştərilərə göstərilən bank xidmətinin təkmilləşdirilməsi və nağd hesablaşmaların məhdudlaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirsin və nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

7. Azərbaycan Respublikasının Milli Bankına və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, ölkədə valyuta nəzarətini gücləndirsinlər, xarici valyutanın ölkədən nağd şəkildə qanunsuz çıxarılmasının qarşısını almaq məqsədi ilə bir ay müddətində müvafiq qaydalar hazırlayıb təsdiq etsinlər və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

8. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın ki, müvafiq ərazilərdə fəaliyyət göstərən müəssisə və təşkilatların vergi borclarının vaxtında və tam ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlara lazımi kömək göstərsinlər. [29]

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:

"Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü və 14-cü maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini, bu Qanunun 6-cı maddəsinin 21-ci (banklarla hesablaşma xərcləri), 22-ci (dövlətin daxili borcunun ödənilməsi ilə bağlı xərclər) bəndlərində, “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 28-ci bəndinin ikinci yarımbəndində, habelə bu fərmanın 2-ci bəndinin 7-ci yarımbəndində (Şəhid ailələrinə birdəfəlik yardım) nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin; [30]

bu fərmanın 2-ci bəndinin 8-ci yarımbəndində qeyri-dövlət təşkilatlarının və dövrü mətbuatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin məqsədyönlü istifadəsini təmin etmək məqsədi ilə həmin vəsaitin konkret tədbirlərin keçirilməsinə ayrılmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları əsasında həyata keçirsin;

dövlət büdcəsinin xərclərinin aşkarlıq şəraitində həyata keçirilməsini və büdcə vəsaitinin qanunvericiliyə uyğun olaraq tender vasitəsi ilə istifadəsini təmin etsin;

dövlət təminatı ilə alınan vəsaitlərin dövlət büdcəsinə daxil edilməsini və onların xərclənməsi üzərində xəzinə nəzarətinin həyata keçirilməsini mərhələlərlə təmin etsin.

10. Azərbaycan Respublikasının Satınalmalar Üzrə Dövlət Agentliyi dövlət vəsaitinin, o cümlədən dövlət büdcəsi vəsaitinin tender vasitəsi ilə istifadəsinə və tenderlərin keçirilməsinə nəzarəti gücləndirsin. [31]

11. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etsinlər.

Azərbaycan Respublikasının Rabitə Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi, "Azərenerji" Səhmdar Cəmiyyəti, "Azəriqaz" Səhmdar Cəmiyyəti və Abşeron Regional Səhmdar Su Cəmiyyəti büdcə təşkilatları üçün yalnız müəyyən olunmuş limitlər əsasında məhsulların buraxılmasını və xidmətlərin göstərilməsini təmin etsinlər.

12. "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətinə, Abşeron Regional Səhmdar Su Cəmiyyətinə, Bakı, Gəncə, Sumqayıt, digər şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq istifadəçilərdən elektrik və istilik enerjisinin, qazın, suyun haqqının yığılma səviyyəsini artırsınlar, həmin xidmətlərin dəyərini ödəməyən müəssisə və təşkilatlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq sanksiyalar tətbiq etsinlər.

13. Neft və neft məhsullarından istifadənin səmərəliliyini və bu sektordan dövlət büdcəsinə daxilolmaları artırmaq məqsədilə müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti neft və neft məhsulları ilə barter əməliyyatlarını (əvvəllər imzalanmış kontraktlar da daxil olmaqla) müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə həyata keçirə bilər.

14. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə tapşırılsın ki, özəlləşdirilmiş kiçik müəssisə və obyektlərin güzəştli şərtlərlə əmək kollektivinə satışı zamanı onların dəyərinin 3 il müddətinə ödəniləcək hissəsinin dövlət büdcəsinə tam yığılmasını və səhmdar cəmiyyətlərinin pullu auksionlarda satışı nəzərdə tutulmuş səhmlərinin tam həcmdə satılması üçün əməli tədbirlər görsün. [32]

15. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasının 2000-ci il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, 11-ci maddəsində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və 13-cü maddəsində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 4 dekabr 1999-cu il
№ 212

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519)
  2. 20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861)
  3. 4 avqust 2022-ci il tarixli 1803 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 1-ci bəndin 1-ci yarımbəndində “Baş Dövlət Vergi Müfəttişliyi üzrə - 2500,0 milyard manat” sözləri “Vergilər Nazirliyi üzrə - 2552,0 milyard manat” sözləri ilə, “Dövlət Neft Şirkəti - 780,0 milyard manat” sözləri “Dövlət Neft Şirkəti - 856,0 milyard manat” sözləri ilə, “Özəl sektor - 1150,0 milyard manat” sözləri “Özəl sektor - 1126,0 milyard manat” sözləri ilə, “yerli özəl qurumlar - 485,0 milyard manat” sözləri “yerli özəl qurumlar - 461,0 milyard manat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 1-ci bəndin 4-cü yarımbəndində “Dövlət Əmlak Komitəsi” sözləri “Dövlət Əmlakı Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 1-ci bəndin 5-ci yarımbəndindən sonrakı abzasda “Baş Dövlət Vergi Müfəttişliyi” və “Baş Dövlət Vergi Müfəttişliyinə” sözləri müvafiq olaraq “Vergilər Nazirliyi” və “Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndində “Kənd Təsərrüfatı Nazirliyi — 2125,0      2125,0 sözləri “Kənd Təsərrüfatı Nazirliyi — 2559,6      2559,6 sözləri ilə əvəz edilmişdir.

 

[5] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndində “Xarici İşlər Nazirliyi — 5381,6      5381,6 sözləri “Xarici İşlər Nazirliyi — 5387,7      5387,7 sözləri ilə əvəz edilmişdir.

 

[6] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndində “Təhsil Nazirliyi — 1421,0      1421,0 sözləri “Təhsil Nazirliyi — 1567,8      1567,8 sözləri ilə əvəz edilmişdir.

 

[7] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndində “Mədəniyyət Nazirliyi — 580,7      580,7 sözləri “Mədəniyyət Nazirliyi — 740,9      740,9 sözləri ilə əvəz edilmişdir.

 

[8] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndində “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi — 750,8       750,8 sözləri “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi — 768,8      768,8 sözləri ilə əvəz edilmişdir.

 

[9] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndində “Dövlət Əmlak Komitəsi” sözləri “Dövlət Əmlakı Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[10] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndindən “Baytarlıq Komitəsi — 386,6      386,6 sözləri çıxarılmışdır.

 

[11] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bəndin 1-ci yarımbəndində “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[12] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndindən “Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi — 241,3      241,3 sözləri çıxarılmışdır.

 

[13] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 1-ci yarımbəndindən “Bitkilərin Karantini üzrə Dövlət Müfəttişliyi — 137,8      137,8 sözləri çıxarılmışdır.

 

[14] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 2-ci yarımbəndində “Kənd Təsərrüfatı Nazirliyi — 4291,6      4291,6 sözləri “Kənd Təsərrüfatı Nazirliyi — 4787,9      4787,9 sözləri ilə əvəz edilmişdir.

 

[15] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 2-ci yarımbəndindən “Baytarlıq Komitəsi — 496,3      496,3 sözləri çıxarılmışdır.

 

[16] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 5-ci yarımbəndində “Səhiyyə xərcləri — 233755,0      38332,3      195422,7 sözləri “Səhiyyə xərcləri — 235520,6      38332,3      197188,3 sözləri ilə əvəz edilmişdir.

 

[17] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 5-ci yarımbəndində “Səhiyyə Nazirliyi — 230618,4      35195,7      195422,7 sözləri “Səhiyyə Nazirliyi — 232384,0      35195,7      197188,3 sözləri ilə əvəz edilmişdir.

 

[18] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 8-ci yarımbəndində “Mədəniyyət Nazirliyi — 56262,2      11564,5      44697,7 sözləri “Mədəniyyət Nazirliyi — 56762,2      12064,5      44697,7 sözləri ilə əvəz edilmişdir.

 

[19] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 8-ci yarımbəndindən “Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi — 500,0      500,0 sözləri çıxarılmışdır.

 

[20] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 12-ci yarımbəndində “Kənd Təsərrüfatı Nazirliyi — 4156,2      4156,2 sözləri “Kənd Təsərrüfatı Nazirliyi — 18853,7      13406,3      5447,4 sözləri ilə əvəz edilmişdir.

 

[21] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 12-ci yarımbəndindən “Baytarlıq Komitəsi — 13883,7      8436,3      5447,4 sözləri çıxarılmışdır.

 

[22] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 12-ci yarımbəndindən “Bitkilərin Karantini üzrə Dövlət Müfəttişliyi — 813,8      813,8 sözləri çıxarılmışdır.

 

[23] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 13-cü yarımbəndində “Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi — 7899,3      7899,3 sözləri “Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi — 9223,4      9223,4 sözləri ilə əvəz edilmişdir.

 

[24] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvəlin 13-cü yarımbəndindən “Azərqızıl” Dövlət Şirkəti — 1324,1      1324,1 sözləri çıxarılmışdır.

 

[25] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 2-ci bənddəki cədvələ 18-ci yarımbənd əlavə edilmişdir.

 

[26] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 3-cü bəndin ikinci abzasına «23-cü bəndinin (ehtiyat fondunun xərcləri)» sözlərindən sonra “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 28-ci bəndinin üçüncü abzasının (özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin saxlanması xərcləri)” sözləri əlavə edilmişdir.

 

[27] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 3-cü bəndin sonuna yeni abzas əlavə edilmişdir.

 

[28] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 4-cü bənddə “Baş Dövlət Vergi Müfəttişliyinə” sözləri “Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

4 avqust 2022-ci il tarixli 1803 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164) ilə 4-cü hissədə “Vergilər Nazirliyinə tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[29] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 8-ci bənddə “Baş Dövlət Vergi Müfəttişliyinin” sözləri “Vergilər Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

4 avqust 2022-ci il tarixli 1803 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164) ilə 8-ci hissədə “Vergilər Nazirliyinin yerli orqanlarına” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlara” sözləri ilə əvəz edilmişdir.

 

[30] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 9-cu bəndin ikinci abzasına «22-ci (dövlətin daxili borcunun ödənilməsi ilə bağlı xərclər) bəndlərində» sözlərindən sonra “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 28-ci bəndinin ikinci yarımbəndində” sözləri əlavə edilmişdir.

 

[31] 20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861) ilə 10-cu hissə ləğv edilmişdir.

 

[32] 22 iyul 2000-ci il tarixli 379 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 519) ilə 14-cü bənddə “Dövlət Əmlak Komitəsinə” sözləri “Dövlət Əmlakı Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status