AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.09.2022
QEYDİYYAT NÖMRƏSİ
351
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” 1992-ci il 9 yanvar tarixli 6 nömrəli, “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 87 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17.09.2022, Nəşr Nömrəsi: 201), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 16.09.2022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.09.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202209150351
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.09.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” 1992-ci il 9 yanvar tarixli 6 nömrəli, “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 87 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanun-larında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2020, № 11, maddə 1401) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “xüsusi internat” sözləri “internat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz edilsin;

1.2. preambulada “Xüsusi internat məktəblərin” sözləri “İnternat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;

1.3. 1-ci hissədə “xüsusi internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;

1.4. həmin Qərarın əlavəsi - “Əqli və ya fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın adında “xüsusi internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;

1.4.1. “Qeydlər” bölməsi üzrə:

1.4.1.1. 1-ci hissənin ikinci və üçüncü abzaslarında, 3-cü, 5-ci, 8-ci və 14-cü (hər iki halda) hissələrdə ismin müvafiq hallarında “xüsusi internat məktəbləri” sözləri ismin müvafiq hallarında “internat tipli xüsusi ümumtəhsil məktəbləri” sözləri ilə əvəz edilsin;

1.4.1.2. 1-ci hissənin birinci abzasında, 4-cü və 11-ci hissələrdə “Xüsusi internat” sözləri “İnternat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz edilsin;

1.4.1.3. 7-ci hissədə “internat məktəblərin” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;

1.4.1.4. 9-cu hissədə “xüsusi internat məktəblərdə” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri ilə əvəz edilsin;

1.4.1.5. 10-cu (hər iki halda) hissəyə, 15-ci hissənin altıncı abzasına və 16-cı hissəyə “internat” sözündən sonra “tipli xüsusi ümumtəhsil” sözləri əlavə edilsin;

1.4.1.6. 15-ci hissənin beşinci abzasında “internat məktəb” sözləri “internat tipli xüsusi ümumtəhsil məktəbi” sözləri ilə əvəz edilsin;

1.4.1.7. 17-ci hissəyə “İnternat” sözündən sonra “tipli xüsusi ümumtəhsil” sözləri əlavə edilsin;

1.4.1.8. 19-cu hissədə “Xüsusi internat məktəblərin” sözləri “İnternat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 656; 2005, № 2, maddə 131; 2006, № 5, maddə 463; 2008, № 2, maddələr 116, 130; 2016, № 7, maddə 1343; 2018, № 10, maddə 2163, № 12 (II kitab), maddə 2736; 2019, № 3, maddə 531; 2020, № 10, maddə 1310, № 11, maddə 1417; 2021, № 10, maddə 1195, № 12, maddə 1536) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin prob-lemləri üzrə kompleks Proqram”da aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissənin ikinci cümləsində “xüsusi məktəblərin” sözləri “xüsusi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

2.2. 5.2-ci bəndin on birinci abzasında “xüsusi məktəblərdə” sözləri “xüsusi təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;

2.3. 5.6-cı bəndin səkkizinci abzasında “respublika internat” sözləri “internat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 1, maddə 169, № 3, maddə 555, № 5, maddə 967, № 6, maddə 1172, № 7, maddə 1338; 2020, № 2, maddə 202; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 avqust tarixli 334 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın XIII bölməsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 314; 2010, № 3, maddə 264; 2015, № 12, maddə 1581; 2020, № 2, maddə 216, № 8, maddə 1126, № 10, maddə 1300; 2022, № 4, maddə 413) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü hissə ləğv edilsin;

4.2. 15-ci hissədən “ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq)” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 324; 2021, № 6 (IV kitab), maddə 677; 2022, № 4, maddə 412) ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissədə “müəssisədə” sözü “müəssisənin xüsusi siniflərində” sözləri ilə əvəz edilsin;

5.2. 8-ci hissədə “müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərdə fiziki və ya psixi çatışmazlıqlarına” sözləri “müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və ya) psixi ləngimələrə” sözləri ilə əvəz edilsin;

5.3. 10-cu hissədə “Xüsusi təhsil siniflərində” sözləri “Xüsusi siniflərdə” sözləri ilə və “xüsusi təhsil sinifləri” sözləri “xüsusi siniflər” sözləri ilə əvəz edilsin;

5.4. 15-ci və 17-ci hissələrdə “Xüsusi təhsil siniflərində” sözləri “Xüsusi siniflərdə” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, maddələr 377, 388, 398, 415, № 5, maddə 577; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 iyul tarixli 256 nömrəli və 25 avqust tarixli 339 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı”nın “4.2.0. “Ümumi təhsil” köməkçi bölməsinin “İnternat və xüsusi məktəblər” sətrində “və xüsusi məktəblər” sözləri “tipli və xüsusi ümumtəhsil məktəbləri” sözləri ilə əvəz edilsin;

6.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

6.2.1. “4.2.0. “Ümumi təhsil” köməkçi bölməsinin birinci cümləsindən “(ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və bu qəbildən olan digər müəssisələr)” sözləri çıxarılsın və ikinci cümləsində “və xüsusi məktəblər” sözləri “tipli və xüsusi ümumtəhsil məktəbləri” sözləri ilə əvəz edilsin;

6.2.2. “4.2.4. “İnternat və xüsusi məktəblər” paraqrafı aşağıdakı redaksiyada verilsin:

“4.2.4. “İnternat tipli və xüsusi ümumtəhsil məktəbləri” paraqrafına ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri, internat tipli lisey və gimnaziyalar, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbləri, xüsusi ümumtəhsil məktəbləri, internat tipli xüsusi ümumtəhsil və sanator ümumtəhsil məktəblərinin və bu qəbildən olan digər təhsil müəssisələrinin saxlanılması ilə bağlı xərclər daxildir.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 sentyabr 2022-ci il

           № 351

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status