AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.09.2022
QEYDİYYAT NÖMRƏSİ
368
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 yanvar tarixli 16 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 dekabr tarixli 474 nömrəli, “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 8 iyul tarixli 244 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli və “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2021-ci il 24 iyul tarixli 226 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27.09.2022, Nəşr Nömrəsi: 209), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 23.09.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.09.2022, Nəşr nömrəsi: 9, Maddə nömrəsi: 1101)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.09.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202209210368
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.09.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 yanvar tarixli 16 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 dekabr tarixli 474 nömrəli, “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 8 iyul tarixli 244 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli və “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2021-ci il 24 iyul tarixli 226 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1426 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 132, № 11, maddə 2433; 2019, № 3, maddə 517) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın 7-ci hissəsinə “müharibəsi” sözündən sonra “və Vətən müharibəsi” sözləri əlavə edilsin və həmin hissədə “bununla əlaqədar əlilliyi olan” sözləri “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə, “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274; 2022, № 1, maddələr 53, 70; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 127, 138 nömrəli, 11 aprel tarixli 151 nömrəli, 19 aprel tarixli 168 nömrəli, 31 may tarixli 215 nömrəli və 4 iyul tarixli 256 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.2.1.4-cü yarımbəndində “I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı”nın “6.2.0. “Sosial təminat” köməkçi bölməsinin “Əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarla bağlı sosial təminat tədbirləri” sətrindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarla” sözləri çıxarılsın;

2.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

2.3.1. “6.1.2. “Əmək qabiliyyətinin itirilməsi” paraqrafının ikinci abzasından “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözləri çıxarılsın;

2.3.2. “6.2.0. “Sosial təminat” paraqrafından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarla” sözləri çıxarılsın;

2.3.3. “6.2.4. “Əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarla bağlı sosial təminat tədbirləri” paraqrafından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarla” sözləri çıxarılsın və həmin paraqrafda “şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “şəxslər” sözü ilə əvəz edilsin;

2.4. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

2.4.1. 272320-ci maddədə “18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə” sözləri “Əlilliyə” sözü ilə əvəz edilsin;

2.4.2. 272330-cu maddə çıxarılsın;

2.5. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

2.5.1. “270000. “Sosial ödənişlər” bölməsinin ikinci cümləsində “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;

2.5.2. “271923. “Əlilliyi olan şəxslərə maddi və texniki yardımın təşkili” yarımmaddəsində “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin;

2.5.3. “271929. “Digər ödənişlər” yarımmaddəsindən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə” sözləri çıxarılsın;

2.5.4. “272000. “Sosial yardım” köməkçi bölməsinin birinci cümləsində “I və II dərəcə” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin;

2.5.5. “272230. “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı müavinət” maddəsində “I və II dərəcə” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin;

2.5.6. “272300. “Dövlət sosial yardımı” paraqrafının ikinci cümləsində “18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə” sözləri “Əlilliyə” sözü ilə əvəz edilsin və həmin cümlədən “272330. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət”,” sözləri çıxarılsın;

2.5.7. “272320. “18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət” maddəsində “18 yaşından yuxarı əlilliyi” sözləri (birinci halda) “Əlilliyi” sözü ilə əvəz edilsin və həmin maddədən “18 yaşından yuxarı” sözləri (ikinci halda) çıxarılsın;

2.5.8. 272330. “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət” maddəsi çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2058; 2020, № 11, maddə 1403) ilə təsdiq edilmiş “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın 3 nömrəli əlavəsinin 6.3.2-ci yarımbəndindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 974; 2021, № 2, maddə 209, № 5, maddə 531; 2022, № 3, maddə 271) ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 268 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənddə “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin;

5.2. 2.3.7-ci yarımbənddə “əlillik dərəcəsini” sözləri “əlilliyini” sözü ilə əvəz edilsin;

5.3. 3.8.1-ci yarımbənddə “, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “və əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

5.4. 4.5-ci bəndin ikinci cümləsində “sağlamlıq imkanları məhdud olan uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 415; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 268 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.3.7-ci yarımbənddə “əlillik dərəcəsini” sözləri “əlilliyini” sözü ilə əvəz edilsin;

6.2. 3.7.1-ci yarımbənddə “, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “və əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 887) ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.2.2-ci yarımbənddə “3-cü dərəcə əlilliyi olanlar” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin;

7.2. 3.2.3-cü yarımbəndin 1-ci abzasında “1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar” sözləri “orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin;

7.3. 7.6.5-ci yarımbənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 21 sentyabr 2022-ci il

     № 368

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status