×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.06.2022
QEYDİYYAT NÖMRƏSİ
252
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edüməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli, “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli, “Cəmşid Naxçıvanski adma Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2015-ci il 4 avqust tarixli 274 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydalan”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 01.07.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2022, Nəşr nömrəsi: 6, Maddə nömrəsi: 690)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.070.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202206300252
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.06.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edüməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli, “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli, “Cəmşid Naxçıvanski adma Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2015-ci il 4 avqust tarixli 274 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydalan”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanının 9-cu hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qəra (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; 2020, № 1, maddə 83, № 4, maddə 481, № 11, maddə 1412; 2021, № 6 (IV kitab), maddə 674, № 10, maddə 1169, № 11, maddə 1281, № 12, maddə 1517) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə” bölməsində “Silahlı Qüvvələrin Hərbi Akademiyası” sözləri “Hərbi Elmi Tədqiqat İnstitutu” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qəra (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; 2018, № 11, maddə 2452; 2019, № 2, maddə 343, № 7, maddə 1355; 2020, № 1, maddə 81) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın sonunda göstərilmiş qeyd hissəsində “Azərbaycan Ordusunun Hərbi Akademiyasının” sözləri “Hərbi Elmi Tədqiqat İnstitutunun və Hərbi İdarəetmə İnstitutunun” sözləri ilə əvəz edilsin.

3. “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 960; 2017, № 4, maddə 618; 2018, № 6, maddə 1378, №11, maddə 2430) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi” üzrə:

3.1.1. 1.1-ci bəndin birinci cümləsində “strukturunda fəaliyyət göstərən” sözləri “strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

3.1.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktları, Azərbaycan Respublikası müdafiə nazirinin (bundan sonra - müdafiə naziri) əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.”;

3.1.3. 2.2.6-cı yarımbənddə “Müdafiə Nazirliyi” sözləri “Universitet” sözü ilə əvəz edilsin;

3.1.4. 6.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İntizam orqanlarının strukturu, vəzifələri və hüquqları Universitetin rektoru tərəfindən təsdiq edilən “İntizam Təlimatı” ilə tənzimlənir.”;

3.1.5. 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.5. Liseyin rəisi Universitet rektorunun vəsatəti ilə müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.”;

3.1.6. 6.6.3-cü yarımbənddə “Müdafiə Nazirliyinin rəhbərliyi” sözləri “Universitetin rektoru” sözləri ilə əvəz edilsin;

3.1.7. 6.6.8-ci yarımbənddə “rəhbərlik” sözü “Universitetin rektoru” sözləri ilə əvəz edilsin;

3.1.8. 6.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.7.1. mülki işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq Universitetin rektoru ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edir.”;

3.1.9. 11.5-ci bənddə “Liseyin fəaliyyətinə cavabdeh olan rəis” sözləri “Universitetin rektoru” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi” üzrə:

3.2.1. 1.1-ci bəndin birinci cümləsində “strukturunda fəaliyyət göstərən” sözləri “strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

3.2.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin (bundan sonra - müdafiə naziri) əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.”;

3.2.3. 2.2.6-cı yambənddə “Müdafiə Nazirliyi” sözləri “Universitet” sözü ilə əvəz edilsin;

3.2.4. 6.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İntizam orqanlarının strukturu, vəzifələri və hüquqları Universitetin rektoru tərəfindən təsdiq edilən “İntizam Təlimatı” ilə tənzimlənir.”;

3.2.5. 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.5. Liseyin rəisi Universitet rektorunun vəsatəti ilə müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.”;

3.2.6. 6.6.3-cü yambənddə “Müdafiə Nazirliyinin rəhbərliyi” sözləri “Universitetin rektoru” sözləri ilə əvəz edilsin;

3.2.7. 6.6.8-ci yambənddə “rəhbərlik” sözü “Universitetin rektoru” sözləri ilə əvəz edilsin;

3.2.8. 6.7.1 -ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.7.1. mülki işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq Universitetin rektoru ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edir.”;

3.2.9. 11.5-ci bənddə “Liseyin fəaliyyətinə cavabdeh olan rəis” sözləri “Universitetin rektoru” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293; 2018, № 2, maddə 352, № 4, maddə 818; 2019, № 3, maddə 517, № 7, maddə 1356; 2020, № 1, maddə 64; 2021, № 3, maddə 294) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydalan”nın 3.5-ci bəndində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının” sözləri “Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun,” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 iyun 2022-ci il

№252

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status