×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
28.09.2022
QEYDİYYAT NÖMRƏSİ
43/1
ADI
Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.10.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202209280431
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.10.2022

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

QƏRARI

 

№ 43/1

 

Bakı şəhəri                                                                       “28” sentyabr 2022-ci il

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

1. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                    Taleh Kazımov

 


 

 

“Tәsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mәrkәzi Bankı

Qәrar № 43/11

“28” sentyabr 2022‑ci il

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişikliklər

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə  pul nişanlarının satışı Qaydası”nda aşağıdakı dәyişikliklәr edilsin:

1. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı zamanı ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 3.4.11-ci maddələrinin tələbləri nəzərə alınmaqla nağdsız qaydada həyata keçirilir.”;

2. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:

“3.5-1. Digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən  hüquqi şəxslər vasitəsilə yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankla həmin hüquqi şəxslər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.”;

3. 3.6-cı bənddə  “Digər hüquqi və” sözləri “Mərkəzi Bank tərəfindən” sözləri ilə əvəz edilsin;

4. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

3.8. Fiziki şəxslər tərəfindən yubiley və xatirə pul nişanlarının satış qiyməti bilavasitə Mərkəzi Bankın kassalarında Mərkəzi Bankın hesabına ödənildikdə, yubiley və xatirə pul nişanları aşağıdakı prosedurlar əsasında əldə edilir:”;

5. 3.8.1-ci yarımbənd ləğv edilsin;

6. 3.8.3-cü yarımbəndin birinci cümləsində “kassa mədaxil” sözlərindən sonra “orderini” sözü, “(Əlavə 3)” sözlərindən sonra “(yubiley və xatirə pul nişanlarının satış qiyməti bank hesabı vasitəsilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin, ikinci cümləsində “əməkdaşları” sözü “xəzinədarı” sözü ilə əvəz edilsin;

7. Qaydaya 1 nömrəli Əlavənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Alıcı, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxs və ya onun nümayəndəsi (bundan sonra – Alıcı) Mərkəzi Bankın “Elektron Xidmətlər Portal”ı vasitəsi ilə “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçir və elektron kabinet yaradır.”;

8. Qaydaya 2 nömrəli Əlavədə “Bakı şəhəri” sözləri “___________________________”

                                                                                                (Aktın imzalandığı yer)

sözləri ilə əvəz edilsin;

9. Qaydaya 3 və 4 nömrəli Əlavələrdə “Nəzarətçi (Rəhbər)”, “Mühasib (Baş mühasib)” və “İcraçı” sözləri çıxarılsın.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status