AZƏRBAYCAN RESPUBLİKASI
ELM VƏ TƏHSİL NAZİRLİYİNİN
KOLLEGİYASININ QƏRARI
№ KQ-05
Bakı şəhəri
|
“30” sentyabr 2022-ci il
|
“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”nın təsdiq edilməsi barədə
“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli Qərarının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (Ü.Səttarova) tapşırılsın ki, bu Qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.
6. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
Kollegiyanın sədri,
Nazir
|
Emin Əmrullayev
|
|
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin
Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05
nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
|
Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları
Sıra nömrəsi
|
Meyarların əhatə etdiyi istiqamətlər
|
|
Meyarlar üzrə indikatorlar
|
Qiymətləndirmə balları
|
|||
Uyğun deyildir |
Qismən |
Əsasən |
Uyğundur |
||||
1
|
Strateji inkişaf
|
||||||
1.1.
|
|
Ali təhsil müəssisəsinin (ATM) missiyası, strategiyası, strateji istiqamətləri və hədəfləri
|
|
|
|
|
|
1.1.1
|
|
|
ATM-də qısa və ortamüddətli dövr üçün strateji inkişaf proqramının (SİP) hazırlanması vəziyyəti
|
|
|
|
|
1.1.2
|
|
|
ATM-in SİP-də müəyyən edilən missiyasının onun fəaliyyətinin əsas məqsədinə və hədəflərinə uyğunluğu
|
|
|
|
|
1.1.3
|
|
|
SİP-də müəyyən edilən strateji baxışın ölkənin əmək bazarının, cəmiyyətin və iqtisadiyyatın inkişaf istiqamətlərinə uyğunluğu
|
|
|
|
|
1.1.4
|
|
|
SİP-də müəyyən edilən prioritet istiqamətlərin ATM qarşısında qoyulan məqsəd və hədəflərə uyğunluğu
|
|
|
|
|
1.1.5
|
|
|
SİP-də strateji baxışda qoyulmuş əsas strateji istiqamətlərə nail olunması üçün əsas məqsəd və hədəflərin müəyyən edilməsi
|
|
|
|
|
1.1.6
|
|
|
SİP-də müəyyən edilmiş əsas strateji məqsəd və hədəflər üzrə qısa və ortamüddətli dövr ərzində görüləcək tədbirlərin əks olunması
|
|
|
|
|
1.1.7
|
|
|
SİP üzrə fəaliyyətin nəticələrini qiymətləndirməyə imkan verən kəmiyyət və ya keyfiyyət göstəricilərinin müəyyən edilməsi
|
|
|
|
|
1.1.8
|
|
|
SİP-də nəzərdə tutulmuş fəaliyyətləri icra etmək üçün resursların (insan, maliyyə və infrastruktur) ayrılması vəziyyəti
|
|
|
|
|
1.1.9
|
|
|
SİP-in maliyyə təminatının ATM-də büdcə planlaşmasında nəzərə alınması vəziyyəti
|
|
|
|
|
1.1.10
|
|
|
SİP-də sosial məsuliyyət, elmi yeniliklərin cəmiyyətə transferi, əqli mülkiyyətin qorunması və s. kimi məqamları özündə ehtiva etməsi vəziyyəti
|
|
|
|
|
1.1.11
|
|
|
Cari il üçün SİP hazırlanan zaman SİP-in əvvəlki illərdə icra vəziyyətinin nəzərə alınması
|
|
|
|
|
1.1.12
|
|
|
SİP-də ATM-in güclü tərəflərinin, zəif tərəflərinin, imkanlarının və təhdidlərinin nəzərə alınması
|
|
|
|
|
1.1.13
|
|
|
SİP-in hazırlanmasında maraqlı tərəflərin iştirakı vəziyyəti
|
|
|
|
|
1.1.14
|
|
|
SİP-in icrası üzrə ATM-in struktur bölmələrinin müəyyən edilməsi
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1.
|
Strateji inkişaf proqramı (rəsmiləşdirilmiş sənəd)
|
||||||
2.
|
SİP-nın hazırlanmasında istifadə olunan materiallar (qanunvericilik aktları, ATM-in əmrləri, qərarları, hesabatları və s.)
|
||||||
3.
|
SİP-nın hazırlanmasında istifadə olunan istinadlar (rəsmi və qeyri-rəsmi)
|
||||||
4.
|
SİP-nın hazırlanmasında istifadə olunan resurslar (insan, maliyyə və s.)
|
||||||
5.
|
SİP-nın hazırlanması məqsədi ilə keçirilən iclaslar, görüşlər, tədbirlər və s. (protokollar, press-relizlər, nəşrlər və s.)
|
||||||
6.
|
SİP-nın hazırlanmasında maraqlı tərəflərin iştirakını sübut edən iclaslar, görüşlər, tədbirlər və s. (protokollar, izahatlar, press-relizlər, nəşrlər və s.)
|
||||||
1.2
|
|
Strateji inkişaf proqramının icrası və monitorinqi
|
|
|
|
|
|
1.2.1
|
|
|
SİP-in icrası üzrə ATM-in struktur bölmələrinin dövrü (yarımillik, illik) hesabatlarının tərtib edilməsi və məlumatlandırması vəziyyəti
|
|
|
|
|
1.2.2
|
|
|
SİP-in icrası üzrə ATM-in struktur bölmələrinin dövrü (yarımillik, illik) hesabatlarının müzakirəsi vəziyyəti
|
|
|
|
|
1.2.3
|
|
|
SİP-in icrasının dövrü (illik) monitorinqinin aparılması vəziyyəti
|
|
|
|
|
1.2.4
|
|
|
SİP-in icrasının dövrü ( illik) monitorinqinin nəticələrinin müzakirəsi vəziyyəti
|
|
|
|
|
1.2.5
|
|
|
SİP-in icrasının dövrü (illik) monitorinqinin nəticələrinə görə tədbirlərin görülməsi və monitorinq nəticələrinin maraqlı tərəflər üçün əlçatanlığı vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1.
|
SİP-in icrası üzrə ATM-in struktur bölmələrinin dövrü (yarımillik, illik) hesabatları
|
||||||
2.
|
SİP-in icrasının dövrü (illik) monitorinq materialları
|
||||||
3.
|
SİP-in icrası üzrə hesabatların və monitorinq nəticələrinin müzakirəsini sübut edən iclaslar, tədbirlər, görüşlər və s. (protokollar, press-relizlər, nəşrlər, izahatlar və s.)
|
||||||
4.
|
SİP-in icrası üzrə hesabatların və monitorinq nəticələrinin məlumatlandırılmasını təsdiq edən mənbələr (rəsmi istinadlar, məlumatlar, nəşrlər, press-relizlər və s.)
|
||||||
2
|
Keyfiyyət təminatı
|
||||||
2.1
|
|
Keyfiyyət təminatı siyasəti
|
|
|
|
|
|
2.1.1
|
|
|
ATM-in dayanıqlı keyfiyyət təminatı siyasətinini əks etdirən sənədin mövcud olması və maraqlı tərəflərin prosesdə iştirakı
|
|
|
|
|
2.1.2
|
|
|
ATM-in keyfiyyət təminatı siyasəti sənədinin sadə, anlaşılan və icrası mümkün olan formada tərtib edilməsi vəziyyəti
|
|
|
|
|
2.1.3
|
|
|
ATM-in əməkdaşlarının keyfiyyət təminatı siyasəti barədə məlumatlı olması və bu siyasəti bölüşməsi
|
|
|
|
|
2.1.4
|
|
|
Keyfiyyət təminatı siyasətinin əhatəlilik səviyyəsi (təhsil proqramları, idarəetmə, infrastruktur, təhsilverənlərin və təhsilalanların keyfiyyət göstəriciləri)
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
Keyfiyyət təminatı siyasəti sənədi (müvafiq qaydada rəsmiləşdirilmiş sənəd)
|
||||||
2
|
Keyfiyyət təminatı siyasəti sənədinin hazırlanmasında istifadə olunan materiallar (qanunvericilik aktları, ATM-in əmrləri, qərarları, hesabatları və s.)
|
||||||
3
|
Keyfiyyət təminatı siyasəti sənədinin hazırlanmasında istifadə olunan istinadlar (rəsmi və qeyri-rəsmi)
|
||||||
4
|
Keyfiyyət təminatı siyasəti sənədinin hazırlanmasında istifadə olunan resurslar (insan, maliyyə və s.)
|
||||||
5
|
Keyfiyyət təminatı siyasəti sənədinin hazırlanması məqsədi ilə keçirilən iclaslar, görüşlər, tədbirlər və s. (protokollar, press-relizlər, nəşrlər və s.)
|
||||||
6
|
Keyfiyyət təminatı siyasəti sənədinin hazırlanmasında maraqlı tərəflərin iştirakını sübut edən iclaslar, görüşlər, tədbirlər və s. (protokollar, izahatlar, press-relizlər, nəşrlər və s.)
|
||||||
2.2
|
|
Daxili kefiyyət təminatı mexanizmləri
|
|
|
|
|
|
2.2.1
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sisteminin mövcud olması (keyfiyyət təminatı üzrə Komissiya, onun strukturu və əsasnaməsi, fəaliyyət planı, iş bölgüsü, hesabatlar və s.)
|
|
|
|
|
2.2.2
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sistemi üzrə Komissiyaya təhsilalanların, işəgötürənlərin və digər maraqlı tərəflərin cəlb olunması
|
|
|
|
|
2.2.3
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sistemi üzrə Komissiyanın fəaliyyət planının strateji inkişaf planındakı hədəflərə uyğunluğu vəziyyəti
|
|
|
|
|
2.2.4
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sistemi üzrə təsdiq edilmiş fəaliyyət planı üzrə icra mexanizmlərinin (planlaşdırma, icra, nəzarət, düzəlişlər et) işlək olması
|
|
|
|
|
2.2.5
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sistemində hər bir proses üzrə, tədbirlərin, məsul şəxslərin və addımlar üzrə məsuliyyətlərin müəyyən edilməsi və səlahiyyət bölgüsünün aparılması
|
|
|
|
|
2.2.6
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sistemi üzrə təsdiq edilmiş fəaliyyət planının əhatəliliyi (təhsil proqramları, fakültələr, akademik heyət, inzibati heyət, təhsilalanlar və s.) vəziyyəti
|
|
|
|
|
2.2.7
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sisteminin hər kəs üçün əlçatan olması, keyfiyyət təminatı siyasətini özündə ehtiva edən, ehtiyac yarandıqca yenilənən və hər kəs üçün əlçatan keyfiyyət təminatı bələdçisinin (qaydalar toplusu) olması
|
|
|
|
|
2.2.8
|
|
|
ATM-in daxili keyfiyyət təminatı sistemi üzrə təhlil və qiymətləndirməsinin əhatəliliyi
|
|
|
|
|
2.2.9
|
|
|
Daxili keyfiyyət təminatı üzrə ATM-in fəaliyyətinə dair illik Özünütəhlil Hesabatının hazırlanması vəziyyəti
|
|
|
|
|
2.2.10
|
|
|
Əvvəlki akkreditasiya üzrə Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına dair hesabatın və fəaliyyət planının hazırlanması vəziyyəti
|
|
|
|
|
2.2.11
|
|
|
ATM-in fəaliyyətinin təsir dairəsinə uyğun olaraq maraqlı tərəflərin rəylərinin və məmnunluq səviyyəsinin öyrənilməsi vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
ATM-in daxili keyfiyyət təminatı üzrə Komissiyasının yaradılması barədə əmr, onun təsdiq edilmiş əsasnaməsi və strukturu
|
||||||
2
|
ATM-in daxili keyfiyyət təminatı üzrə Komissiyasının fəaliyyət planı və iş bölgüsü
|
||||||
3
|
ATM-in daxili keyfiyyət təminatı üzrə Komissiyasının hesabatları
|
||||||
4
|
ATM-in daxili keyfiyyət təminatı üzrə Komissiyasının hesabatlarının müzakirəsi üzrə iclaslar, görüşlər, tədbirlər və s. (əmrlər, protokollar, press-relizlər, nəşrlər və s.)
|
||||||
5
|
ATM-in daxili keyfiyyət təminatı sistemində maraqlı tərəflərin iştirakını sübut edən iclaslar, görüşlər, tədbirlər və s. (protokollar, izahatlar, press-relizlər, nəşrlər və s.)
|
||||||
6
|
Keyfiyyət təminatı ilə bağlı ATM-in Özünütəhlil Hesabatları
|
|
|
|
|
||
7
|
ATM-in daxili keyfiyyət təminatı sistemi barədə məlumatlandırılmanı təsdiq edən mənbələr (rəsmi istinadlar, məlumatlar, nəşrlər, press-relizlər və s.)
|
||||||
8
|
Maraqlı tərəflərin məmnunluq səviyyəsinin və rəylərinin öyrənildiyini təmin edən keyfiyyət prosesi və əlaqəli sənədlər (sorğular, hesabatlar və s.)
|
||||||
2.3
|
|
Kefiyyət təminatı mədəniyyəti
|
|
|
|
|
|
2.3.1
|
|
|
ATM-in rəhbərliyinin və daxili keyfiyyət təminatı sisteminə rəhbərliyi həyata keçirən məsul şəxslərin məlumatlılıq, nəzarət və proseslərdə iştirak səviyyəsi, akademik və inzabati heyətlə rəhbərlik arasında keyfiyyət təminatı üzrə səmərəli kommunikasiya şəbəkəsinin mövcud olması
|
|
|
|
|
2.3.2
|
|
|
Keyfiyyət təminatı sahəsində əks-əlaqə, keyfiyyətin müşahidəsi, keyfiyyət mədəniyyətinin inkişafının izlənilməsi və araşdırılması
|
|
|
|
|
2.3.3
|
|
|
Keyfiyyətin təmin olunmasında ATM rəhbərliyinin töhfəsi, institusional dayanıqlılıq istiqamətində görülən iş və fəaliyyətlər
|
|
|
|
|
2.3.4
|
|
|
Keyfiyyətin təmin olunmasında ATM-nin strukturlararası fəaliyyətin koordinasiyası vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
ATM-in rəhbərliyinin keyfiyyət təminatı sisteminin bütün mərhələlərində iştirakını təsdiq edən sənədlər və digər əsaslar
|
||||||
2
|
Akademik və inzabati heyətlə rəhbərlik arasında keyfiyyət təminatı üzrə səmərəli kommunikasiya şəbəkəsinin mövcudluğunu təsdiq edən sənədlər
|
||||||
3
|
Keyfiyyət təminatı sahəsində əks-əlaqəni təsdiq edən müşahidələr, təhlillər, sorğular və s. sənədlər
|
||||||
4
|
Keyfiyyət təminatı mədəniyyətinin izlənilməsi sahəsində görülən tədbirləri təsdiq edən əsaslar, sübutlar, sorğular və s.
|
||||||
3
|
Təlim və tədris
|
||||||
3.1.
|
|
Təhsilalanların qəbulu və əvvəlki kvalifikasiyaların tanınması
|
|
|
|
|
|
3.1.1
|
|
|
Tələbə qəbulu üzrə sifarişlərin hazırlanması zamanı müvafiq ixtisaslar üzrə təhsil proqramlarında və təhsil standartlarında qeyd olunan tələblərin ödənilməsi vəziyyəti
|
|
|
|
|
3.1.2
|
|
|
ATM-də əmək bazarının tələblərinə uyğun olaraq tələbə qəbulu sifarişlərinin optimal müəyyən edilməsi vəziyyəti
|
|
|
|
|
3.1.3
|
|
|
Tələbə qəbulu yerləri üzrə sifarişlərin formalaşmasında işəgötürənlərin iştirakı vəziyyəti
|
|
|
|
|
3.1.4
|
|
|
Qəbul olmuş tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması və nəzərə alınması vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
Tələbə qəbulu üzrə sifarişlərin formalaşdırılması üçün keçirilmiş iclaslar, tədbirlər, görüşlər (protokollar, rəsmi istinadlar, məlumatlar, nəşrlər, press-relizlər və s.)
|
||||||
2
|
Tələbə qəbulu üzrə rəsmiləşdirilmiş sifarişlər (hesablamalar, məktublar, müraciətlər və s.)
|
||||||
3
|
Qəbul olmuş tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması və nəzərə alınmasını təsdiq edən sənədlər (kvalifikasiyaya dair təhsil sənədi və onun əlavəsi, akademik transkript və ya akademik arayış və s.)
|
||||||
3.2
|
|
Təhsil proqramları
|
|
|
|
|
|
3.2.1
|
|
|
ATM-də kadr hazırlığının təhsil səviyyələri üzrə əhatəliliyi
|
|
|
|
|
3.2.2
|
|
|
ATM-də tədris olunan təhsil proqramlarının əmək bazarının və cəmiyyətin tələblərinə uyğunluğu vəziyyəti
|
|
|
|
|
3.2.3
|
|
|
ATM-də tədris olunan ixtisasların peşə və kvalifikasiya standartlarına uyğunluğu vəziyyəti
|
|
|
|
|
3.2.4
|
|
|
Təhsil proqramlarının Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin tələblərinə uyğunluğu
|
|
|
|
|
3.2.5
|
|
|
Təhsil proqramlarının ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təsdiq edilmiş təlim nəticələrinə və məzmun standartlarına uyğunluğu
|
|
|
|
|
3.2.6
|
|
|
Təhsil proqramları üzrə dərs saatlarının bölgüsünün Avropa Kredit Transfer və Toplanması Sisteminin (AKTTS) prinsiplərinə uyğunluğu
|
|
|
|
|
3.2.7
|
|
|
Tədris fənlərinin təhsil proqramının tələblərinə uyğunluğu
|
|
|
|
|
3.2.8
|
|
|
Həftəlik auditoriya və auditoriyadan kənar saatların miqdarının təhsil proqramlarına uyğunluğu
|
|
|
|
|
3.2.9
|
|
|
Təhsil proqramlarının icrası nəticəsində əldə olunacaq təlim nəticələrinin ictimaiyyət üçün əlçatanlığı
|
|
|
|
|
3.2.10
|
|
|
Təhsil proqramlarının hazırlanmasında və qiymətləndirilməsində işəgötürənlərin iştirakı vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
Təhsil səviyyələri üzrə tədris olunan təhsil proqramları
|
||||||
2
|
Akkreditasiya olunan təhsil proqramları
|
||||||
3
|
Təhsil müəssisəsində əlavə təhsil proqramlarının sayı və dinamikası
|
||||||
4
|
Distant təhsil proqramları
|
||||||
5
|
Fənlərin mənimsəmə göstəriciləri
|
||||||
6
|
Tədrisin keyfiyyət və kəmiyyət göstəriciləri
|
||||||
7
|
Tələbələrin rəy sorğuları
|
||||||
8
|
Tədris olunan təhsil proqramlarının hazırlanmasında, maliyyələşdirilməsində və qiymətləndirilməsində işəgötürənlərin iştirakı vəziyyəti və dəyişmə dinamikası
|
||||||
9
|
Son 5 tədris ilində normativ tədris müddətindən artıq müddətdə məzun olan tələbələrin sayı və dəyişmə dinamikası
|
||||||
10
|
Təhsil müəssisəsinin digər təhsil müəssisələri ilə AKTTS-ə uyğun tələbə mübadiləsini həyata keçirmək dinamikası
|
||||||
3.3.
|
|
Tədrisin təşkili
|
|
|
|
|
|
3.3.1
|
|
|
Tədris planlarının kredit sisteminin tələblərinə uyğun tərtib edilmə vəziyyəti
|
|
|
|
|
3.3.2
|
|
|
İxtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri və semestrləri üzrə bölgüsünü əks etdirən tədris qrafikinin mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.3.3
|
|
|
Tədris planında məcburi və seçmə fənlərin bölgüsünün aparılması vəziyyəti
|
|
|
|
|
3.3.4
|
|
|
Tədris planında ümumi və ixtisas fənləri arasında balansın saxlanılması vəziyyəti
|
|
|
|
|
3.3.5
|
|
|
Fənnin təlim nəticələrinin ixtisasın nəticələri ilə əlaqələndirilməsi, uyğun olmayan təlim nəticələrinin müəyyən edilməsi, nəzarət edilməsi və qiymətləndirilməsi mexanizmlərinin mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.3.6
|
|
|
Fənnin təlim nəticələrinin fənn sillabuslarında öz əksini tapması və buna nəzarət mexanizmlərinin mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.3.7
|
|
|
Tədris planında semestrlərdə nəzərdə tutulmuş fənlərin sayının və həftəlik dərs yükünün tələbəyə dərsdənkənar məşğələlərə vaxt ayırmasına imkan verməsi vəziyyəti
|
|
|
|
|
3.3.8
|
|
|
Tələbələrin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən fərdi tədris planının mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.3.9
|
|
|
İxtisasın (ixtisaslaşmanın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planın mövcud olması vəziyyəti
|
|
|
|
|
3.3.10
|
|
|
Müəllimlərin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən müəllimin illik işçi tədris planın mövcud olması vəziyyəti
|
|
|
|
|
3.3.11
|
|
|
Tədris növləri üzrə tədrisin təşkilinin uyğunluq dərəcəsi (mühazirə, seminar, laboratoriya işi və praktik məşğələlərin təşkili vəziyyəti)
|
|
|
|
|
3.3.12
|
|
|
Məsləhət xidmətinin təşkili vəziyyəti
|
|
|
|
|
3.3.13
|
|
|
Müəllimin rəhbərliyi altında tələbələrin sərbəst işinin hazırlanmasının təşkili vəziyyəti
|
|
|
|
|
3.3.14
|
|
|
Təcrübə (tədris, pedaqoji, arxeoloji, çöl, istehsalat, diplomqabağı və s.) işinin təşkili vəziyyəti
|
|
|
|
|
3.3.15
|
|
|
Stajkeçmənin təşkili vəziyyəti
|
|
|
|
|
3.3.16
|
|
|
Kurs layihəsinin (işi) və referatların hazırlanması və müdafiəsi işinin təşkili vəziyyəti
|
|
|
|
|
3.3.17
|
|
|
Buraxılış işi və magistr dissertasiyasının hazırlanması və müdafiəsinin təşkili vəziyyəti
|
|
|
|
|
3.3.18
|
|
|
İmtahan sessiyasının təşkili vəziyyəti
|
|
|
|
|
3.3.19
|
|
|
Yay semestrinin təşkili vəziyyəti
|
|
|
|
|
3.3.20
|
|
|
Kredit borcu olan tələbələrin tədris illəri üzrə dinamikası
|
|
|
|
|
3.3.21
|
|
|
Kredit borcu yaranmış fənlərin ümumi həcminin tədris illəri üzrə dinamikası
|
|
|
|
|
3.3.22
|
|
|
Tədris prosesi ilə bağlı tətbiq edilən normaların səmərəliliyinin izlənilməsi və təkmilləşdirilməsi vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
İxtisaslar üzrə tədris yükünü təsdiq edən sənədlər
|
||||||
2
|
İxtisasın (ixtisaslaşmanın) tədris planı
|
||||||
3
|
İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki
|
||||||
4
|
İxtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı
|
||||||
5
|
Tələbələrin fərdi tədris planı
|
||||||
6
|
Müəllimlərin illik işçi tədris planı
|
||||||
3.4
|
|
Tədris metodları və üsulları
|
|
|
|
|
|
3.4.1
|
|
|
Təlim nəticələrinin əldə olunmasını təmin edən innovativ, yaradıcı və interaktiv metod və texnologiyalardan istifadə vəziyyəti
|
|
|
|
|
3.4.2
|
|
|
Tədris metodlarında tələbəyönümlü, problem yönümlü tədris, səriştə əsaslı tədris, nəzəriyəyə və praktiki tətbiqə əsaslanan tədris yanaşmalarından istifadə vəziyyəti
|
|
|
|
|
3.4.3
|
|
|
Tədris metodlarının bütün təhsil formalarında tətbiqinin mümkünlüyü vəziyyəti
|
|
|
|
|
3.4.4
|
|
|
Tədris metodlarında daha çox dərindən öyrənmə, maraqlanma, motivasiya olunma və öhdəlik götürmə yanaşmalarının tətbiq edilməsi vəziyyəti
|
|
|
|
|
3.4.5
|
|
|
Tədris səviyyələrindən və tələbənin fərdi xüsusiyyətlərindən asılı olaraq uyğunlaşdırılmış tədris metodlarının və üsullarının tətbiqi vəziyyəti
|
|
|
|
|
3.4.6
|
|
|
Tədris prosesinin aktiv öyrənməni təşviq edən texnoloji imkanlar və yanaşmalarla zənginləşdirilməsi vəziyyəti
|
|
|
|
|
3.4.7
|
|
|
Yeni təlim və tədris metodlarının və interaktiv öyrənməni təşviq etmə vəziyyəti
|
|
|
|
|
3.4.8
|
|
|
Tədris metod və üsullarının dövrü monitorinqi və preventiv tədbirlərin sistematik qiymətləndirilməsi və təkmilləşdirilməsi vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
Tədris materialları
|
||||||
2
|
Metodik göstərişlər
|
||||||
3
|
Tədris metod və üsullarına dair təlimatlar
|
||||||
4
|
Tədris metod və üsullarının təkmilləşdirilməsi istiqamətində aparılmış sorğular, aparılmış testlər, təhlillər
|
||||||
5
|
Tədris metod və üsulları barədə keçirilmiş iclaslar, tədbirlər, konfranslar, seminarlar, görüşlər (protokollar, rəsmi istinadlar, məlumatlar, nəşrlər, press-relizlər və s.)
|
||||||
3.5
|
|
Təlim və tədris resursları
|
|
|
|
|
|
3.5.1
|
|
|
ATM-də öyrənmə və tədris ehtiyaclarını tam ödəyə bilən, istifadəçi yönümlü, sinxron və asinxron öyrənmə, həmçinin ölçü və qiymətləndirmə imkanlarına malik olan təlim və tədrisin elektron idarəetmə sisteminin mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.5.2
|
|
|
ATM-də müasir təlim prosesini aparmaq üçün texnika (proyektorlar, kompüter, ağıllı lövhələr və s) ilə tam təchiz olunmuş auditoriyaların mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.5.3
|
|
|
Tələbənin təlim prosesində iştirakını/aktivliyini qeydə alan tam funksional elektron tədris platformasının və jurnalın mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.5.4
|
|
|
Tədris prosesi ilə bağlı rəqəmsal xidmətlərin və texniki təminatın təhsil proqramlarına uyğunluğu
|
|
|
|
|
3.5.5
|
|
|
İnternetə qoşulmuş kompüterlərin və kompüter laboratoriyalarının mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.5.6
|
|
|
ATM-in auditoriya fondunun (kv.m.) onun tələbə sayına uyğunluğu
|
|
|
|
|
3.5.7
|
|
|
Akademik və inzibati heyətin fəaliyyətini təmin edən zəruri otaq fondunun inkişaf dinamikası
|
|
|
|
|
3.5.8
|
|
|
Kitabxananın eyni zamanda (elektron və bilavasitə) müəssisənin tələbə və akademik heyətinin sayına nisbətdə xidmət imkanlarının artım dinamikası
|
|
|
|
|
3.5.9
|
|
|
ATM-in kitabxana fonduna daxil olan son beş ildə nəşr olunmuş dərslik və dərs vəsaitinin (elektron və çap şəklində) artım dinamikası
|
|
|
|
|
3.5.10
|
|
|
Tədris dillərinə uyğun kitab fondunun mövcudluğu və artım dinamikası
|
|
|
|
|
3.5.11
|
|
|
ATM-də dərsliklərin, elmi ədəbiyyatların və elmi bazalardan istifadə üçün ayırılan vəsaitin həcmində artım dinamikası
|
|
|
|
|
3.5.12
|
|
|
Təlim və tədris resurslarının istifadəsinin və yenilənməsinin monitorinqi vəziyyəti
|
|
|
|
|
3.5.13
|
|
|
Təlim və tədris resurslarının keyfiyyət və kəmiyyət baxımından uyğunluğu və təhsilalanlar üçün əlçatanlığı vəziyyəti
|
|
|
|
|
3.5.14
|
|
|
Sağlamlıq imkanları məhdud şəxslər üçün uyğunlaşdırılmış tədris resurslarının mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.5.15
|
|
|
Təlim və tədris resurslarının davamlı olaraq təkmilləşdirilməsi vəziyyəti
|
|
|
|
|
3.5.16
|
|
|
Tələbə klublarınn, tələbələrin sosial, mədəni və idman fəaliyyətləri üçün resursların (inzibati və büdcə resrursları), dəstək planlarının mövcudluğu
|
|
|
|
|
3.5.17
|
|
|
Psixoloji məsləhət xidmətlərinin mövcudluğu vəziyyəti
|
|
|
|
|
Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar (sənədlər və digər təsdiqedici materiallar)
|
|||||||
1
|
Müasir təlim prosesini aparmaq üçün texnika (proyektorlar,kompüter, ağıllı lövhələr və s) ilə tam təchiz olunmuş auditoriyaların ümumi auditoriya fondunda payı (son beş ildə artım dinamikası)
|
||||||
2
|
İnternetə qoşulmuş kompüterlərin və kompyuter laboratoriyalarının sayının ümumi tələbə sayına nisbəti
|
||||||
3
|
Auditoriya fondunun (kv m.) onun tələbə sayına nisbətdə artım dinamikası
|
||||||
4
|
Kitabxana fonduna daxil olan son beş ildə nəşr olunmuş dərslik və dərs vəsaitinin (elektron və çap şəklində) sayının fondda olan ümumi kitabların sayına nisbəti
|
||||||
5
|
İngilis dilində dərslik və dərs vəsaitinin digər dillərdə olan ədəbiyyat sayına nisbət
|
||||||
6
|
Tələbələrin sosial, mədəni və idman tədbirlərini əks etdirən materiallar (saytlar, rəsmi istinadlar, məlumatlar, videoçəkilişlər, press-relizlər və s.)
|
||||||
7
|
Psixoloji məsləhət xidmətləri ilə bağlı planlar və fəaliyyətləri əks etdirən sübutlar
|
||||||
3.6
|
|
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi və təhsil sənədinin verilməsi
|
|
|
|
|
|
3.6.1
|
|
|
Bilik və bacarıqların qiymətləndirilməsi sistemi ilə bağlı prosedur və qaydaların mövcudluğu vəziyyəti
|
|
|
|
|
3.6.2
|
|
|
Qiymətləndirmə meyarlarının ölçüləbilən və etibarlı olması vəziyyəti
|
|
|
|
|
3.6.3
|
|
|
Qiymətləndirmədə müxtəlif formalarından (üz-üzə, məsafədən, qarışıq, açıq və s.) metod və vasitələrdən istifadə olunması vəziyyəti
|
|
|
|
|
3.6.4
|
|
|
Qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın təmin olunması və qiymətin əsaslandırılması vəziyyəti
|
|
|
|
|
3.6.5
|
|
|
Qiymətləndirmədə təhsilalanların özünüqiymətləndirmə bacarığının formalaşması, sərbəst öyrənmə istəyinin yaradılması və təlimin keyfiyyətinin yüksəldilməsinə nail olunması amillərinin nəzərə alınması vəziyyəti
|
|
|
|
|
3.6.6
|
|
|
Qiymətləndirmədə informasiya kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə vəziyyəti
|
|
|
|
|
3.6.7
|
|
|
Sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə xüsusi qiymətləndirmə üsullarından istifadə vəziyyəti
|
|
|
|
|
3.6.8
|
|
|
Cari və aralıq qiymətləndirmələrin müvafiq fənlərin spesifikliyi nəzərə alınaraq şəffaflıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsasında təşkil olunması vəziyyəti
|
|
|
|
|
3.6.9
|
|
|
Yekun Dövlət Qiymətləndirilməsinin təşkilinin sahə üzrə tənzimləyici hüquqi sənədlərə uyğunluğu vəziyyəti (yekun dövlət imtahanı və/ və ya buraxılış işi və dissertasiya işinin müdafiəsinin təşkili)
|
|
|
|
|