AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
28.09.2022
QEYDİYYAT NÖMRƏSİ
43/2
ADI
“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.10.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202209280432
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.10.2022
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

№ 43/2

 

Bakı şəhəri                                                                                              28 sentyabr 2022-ci il

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”nın təsdiq edilməsi barədə

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü, 93.1-ci və 93.2-3-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”nın qüvvəyə mindiyi tarixdən maliyyə hesabatlarından başqa Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilən digər hesabatların siyahısı, formaları və dövriliyini tənzimləyən normativ hüquqi aktlar sığorta vasitəçilərinə münasibətdə tətbiq edilmir.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri

Taleh Kazımov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 43/2

28 sentyabr 2022-ci il

 

Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda

 

1. Ümumi müddəa

 

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 78.4-cü, 93.1-ci və 93.2-3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və sığorta vasitəçilərinin maliyyə hesabatlarından başqa, sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı digər hesabatlarının siyahısı, formaları və dövriliyini müəyyən edir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. ilkin sığortaçı – sığorta müqaviləsi əsasında sığortaladığı riskləri təkrarsığortaya ötürən sığortaçı;

2.1.2. təkrarsığortaçının kodu – Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elektron sistemi tərəfindən təkrarsığortaçıya verilmiş unikal nömrə.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

3. Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı təqdim olunan hesabatların siyahısı və formaları

 

3.0. Sığorta vasitəçiləri tərəfindən aşağıdakı hesabatlar Mərkəzi Banka təqdim edilir:

3.0.1. Hüquqi şəxs olan sığorta brokeri tərəfindən:

3.0.1.1. Hüquqi şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB1) – 1 nömrəli əlavə;

3.0.1.2. Hüquqi şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB2) – 2 nömrəli əlavə;

3.0.1.3. Hüquqi şəxs olan sığorta brokerinin struktur və bəzi göstəriciləri haqqında hesabat (Forma №HB3) – 3 nömrəli əlavə;

3.0.1.4. Hüquqi şəxs olan sığorta brokerinin işlərinin aparılması xərcləri haqqında hesabat (Forma №HB4) – 4 nömrəli əlavə.

3.0.2. Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən “Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HA1)” – 5 nömrəli əlavə.

3.0.3. Hüquqi şəxs sığorta agenti tərəfindən “Hüquqi şəxs sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HA2)” – 6 nömrəli əlavə.

3.0.4. Fiziki şəxs olan sığorta brokeri tərəfindən:

3.0.4.1. Fiziki şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FB1) – 7 nömrəli əlavə;

3.0.4.2. Fiziki şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FB2) – 8 nömrəli əlavə.

3.0.5. Fiziki şəxs olan sığorta agenti tərəfindən “Fiziki şəxs olan sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FA1)” – 9 nömrəli əlavə.

 

4. Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların dövriliyi və təqdim edilməsi

 

4.1. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müvafiq olaraq bu Qaydanın 3.0.1-ci və 3.0.2-ci yarımbəndlərində göstərilən hesabatları rüblük və illik əsasda təqdim etməlidirlər.

4.2. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində, illik hesabat isə təqvim ili başa çatdıqdan sonra 90 gün müddətində sığorta vasitəçisinin rəhbərinin və baş mühasibinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.

4.3. Hüquqi şəxs sığorta agenti, fiziki şəxs olan sığorta brokeri və sığorta agenti müvafiq olaraq bu Qaydanın 3.0.3-3.0.5-ci yarımbəndlərində göstərilən hesabatları rüblük əsasda təqdim etməlidirlər.

4.4. Hüquqi şəxs sığorta agenti tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində hüquqi şəxs sığorta agentinin icra orqanının rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək, fiziki şəxs olan sığorta brokeri və sığorta agenti tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində gücləndirilmiş elektron imza ilə təsdiq edilərək Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.

 

 


 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 1 nömrəli əlavə

 

Forma №HB1

 

Hüquqi şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat

 


 

 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 2 nömrəli əlavə

 

Forma №HB2

 

Hüquqi şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat

 

 

 


 

 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 3 nömrəli əlavə

 

Forma №HB3

 

Hüquqi şəxs olan sığorta brokerinin strukturu və bəzi göstəriciləri haqqında hesabat

 

 


 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 4 nömrəli əlavə

 

Forma №HB4

 

Hüquqi şəxs olan sığorta brokerinin işlərinin aparılması xərcləri haqqında hesabat


 

 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 5 nömrəli əlavə

 

Forma №HA1

 

Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin vasitəçilik fəaliyyəti haqqında hesabat

 

 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 6 nömrəli əlavə

 

Forma №HA2

 

Hüquqi şəxs sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat


 

 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 7 nömrəli əlavə

 

Forma №FB1

 

Fiziki şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat


 

 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 8 nömrəli əlavə

 

Forma №FB2

 

Fiziki şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat

 

 


 

 

 

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”ya 9 nömrəli əlavə

 

Forma №FA1

 

Fiziki şəxs olan sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status