×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.10.2022
QEYDİYYAT NÖMRƏSİ
394
ADI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 19.10.2022, Nəşr Nömrəsi: 228), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 17.10.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2022, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1220)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.10.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.080.060
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202210150394
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.10.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635, № 11, maddə 2174; 2018, № 6, maddə 1353, № 9, maddə 1951; 2019, № 6, maddə 1151, № 8, maddələr 1462, 1477; 2020, № 10, maddə 1305; 2021, № 4, maddə 394; 2022, № 1, maddə 60; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 iyul tarixli 261 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinə aşağıdakı məzmunda 7.7-ci bənd əlavə edilsin:

“7.7. “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 15 oktyabr 2022-ci il

     № 394

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status