"Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
"Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 5.1-ci, 5.1.3-cü, 5.1.4-cü, 5.1.5-ci, 5.2-ci, 5.3-cü, 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.4-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 8.2-ci, 8.3-cü, 9.2-ci, 11.2.4-cü, 11.2.5-ci, 11.3-cü və 11.4-cü maddələrdə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
[2]
3. Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bir ay müddətində "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
№ 407
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)
2.
31 oktyabr 2014-cü il tarixli 306 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 07 noyabr 2014-cü il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1191)
3.
18 oktyabr 2016-cı il tarixli 1077 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1077)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
18 oktyabr 2016-cı il tarixli 1077 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1077) ilə ləğv edilmişdir.
[2]
5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163) ilə 2-ci bəndinin ikinci abzasından “Prezidentinin yanında” sözləri çıxarılmışdır.
31 oktyabr 2014-cü il tarixli 306 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 07 noyabr 2014-cü il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1191) ilə 2-ci hissəsinin ikinci abzasından “6.2-ci,” sözləri çıxarılmışdır.