“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1391; 2022, № 7, maddə 725) 1-ci hissəsindəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.11.6.1-ci yarımbəndin “Xərclərin məbləği” və “Mərkəzləşdirilmiş xərclər” sütunlarında müvafiq olaraq “54,091,668.0” rəqəmləri müvafiq olaraq “5,810,010.0” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.11.6.1.2-ci yarımbənddə aşağıdakı dəyişikliklər edilsin:
1.2.1. “Xərclərin istiqaməti” sütununda “Yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların və lisenziya” sözləri “Lisenziya” sözü ilə əvəz edilsin;
1.2.2. “Xərclərin məbləği” və “Mərkəzləşdirilmiş xərclər” sütunlarında müvafiq olaraq “48,291,668.0” rəqəmləri müvafiq olaraq “10,010.0” rəqəmləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 1.11.6.1-1-ci yarımbənd əlavə edilsin:
1.11.6.1-1
|
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi)
|
48,281,658.0
|
48,281,658.0
|
|
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2022-ci il
№ 1867