Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 27 avqust tarixli 135 nömrəli və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyun tarixli 1726 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 907; 2014, № 2, maddə 215; 2017, № 9, maddə 1730) ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3.2-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351; 2016, № 7, maddə 1343, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643; 2019, № 3, maddə 559, № 8, maddə 1476; 2020, № 3, maddə 348; 2021, № 3, maddə 280, № 10, maddə 1183; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 avqust tarixli 328 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsi aşağıdakı redaksiyada verilsin:
“9. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş yaşa görə əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının sonuncu təminat xərcliyinə əsasən yenilənmiş məlumat vərəqi bu Qaydaların 3-cü və 4-cü hissələrinə uyğun olaraq 15 iş günü müddətində Fonda göndərilir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525, № 9, maddə 1080, № 10, maddə 1163; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 284 nömrəli və 21 sentyabr tarixli 367 nömrəli qərarları) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.1-ci yarımbəndə “tərbiyə etməsi” sözlərindən sonra “və böyütməsi” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:
“2.1-1. 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə edən və böyüdən qəyyum qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün:
2.1-1.1. qəyyumluğu təsdiq edən sənədin surəti;
2.1-1.2. qadının 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
2.1-2. 5 və daha çox uşağı övladlığa götürüb 8 yaşınadək tərbiyə edən və böyüdən qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün:
2.1-2.1. qadının 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
2.1-2.2. uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;”;
3.3. 2.3.1-ci yarımbəndə “növbəti” sözündən əvvəl “və ya əlilliyi müəyyən edilmiş uşağını” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 noyabr 2022-ci il
№ 402