×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
12.11.2022
QEYDİYYAT NÖMRƏSİ
1875
ADI
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13.11.2022, Nəşr Nömrəsi: 247), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 12.11.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.11.2022, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1252)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.11.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202211121875
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.11.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372; 2014, № 7, maddə 806, № 10, maddə 1174; 2017, № 2, maddə 164, № 7, maddə 1331; 2018, № 12 (I kitab), maddə 2539; 2019, № 2, maddə 231; 2021, № 12, maddə 1412) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3-cü bənddə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

2. 3.4-cü bənddən “məhkəmə və” sözlərindən sonra” sözləri çıxarılsın.

3. 6-cı hissəyə “şəxslərinin” sözündən sonra “xüsusi” sözü əlavə edilsin.

4. Həmin Fərmana Əlavə 1 – “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı” aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin

 

SİYAHISI

 

Vəzifənin adı

Xüsusi rütbənin adı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin Aparatı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında baş idarənin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Digər vergi qurumları

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi

3-cü dərəcəli dövlət ədliyyə müşaviri

Digər baş idarənin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Tədris Mərkəzinin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

 

5. Həmin Fərmana Əlavə 2 – “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” üzrə:

5.1. birinci bölmə üzrə:

5.1.1. 1-ci hissədə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilsin;

5.1.2. 2-ci hissə üzrə:

1. birinci və beşinci abzaslarda “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2. altıncı abzasda “Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3. yeddinci abzasda “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə, “Azərbaycan Respublikası vergilər nazirinin” sözləri “Dövlət Vergi Xidməti rəisinin” sözləri ilə əvəz edilsin;

4. səkkizinci abzas ləğv edilsin;

5.2. ikinci bölmə üzrə:

5.2.1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

5.2.2. I fəslin birinci abzasında “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

5.2.3. II fəsil üzrə:

1. birinci abzasda “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2. on beşinci və otuz üçüncü abzaslardan “və göy” sözləri çıxarılsın;

5.3. üçüncü bölmə üzrə:

5.3.1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

5.3.2. birinci və dördüncü abzaslarda “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

5.3.3. IV fəsil üzrə:

1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

2. birinci və ikinci abzaslarda “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3. üçüncü – altıncı abzaslar aşağıdakı redaksiyada verilsin:

“Dövlət Vergi Xidmətinin tanınma nişanı dairəvi formadadır. Qızılı xətlə haşiyələnmiş və üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.

Tanınma nişanının yuxarı hissəsində ağ fon üzərində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılmışdır.

Tanınma nişanının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunmuşdur. Ağ fon üzərində qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində ağ fon üzərində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılmışdır.

Tanınma nişanının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnmişdir.”;

4. yeddinci abzasda “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə, “nazirliyin” sözü “xidmətin” sözü ilə əvəz edilsin və həmin abzasdan “hər növ blanklarında,” sözləri çıxarılsın;

5.3.4. V fəsil üzrə:

1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

2. birinci abzasın birinci cümləsinə “müşavirləri” sözündən sonra “və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri” sözləri əlavə edilsin;

3. altıncı abzasa “müşaviri” sözündən sonra “(3-cü dərəcəli dövlət ədliyyə müşaviri)” sözləri əlavə edilsin;

4. yeddinci abzasın birinci cümləsində “, vergi xidməti müşaviri, kiçik vergi xidməti müşavirləri” sözləri “(baş ədliyyə müşaviri), vergi xidməti müşaviri (ədliyyə müşaviri), kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri)” sözləri ilə əvəz edilsin;

5. doqquzuncu abzasa “müşaviri” sözündən sonra “(baş ədliyyə müşaviri)” sözləri əlavə edilsin;

6. onuncu abzasa “müşaviri” sözündən sonra “(ədliyyə müşaviri)” sözləri əlavə edilsin;

7. on birinci abzasa “müşaviri” sözündən sonra “(kiçik ədliyyə müşaviri)” sözləri əlavə edilsin;

8. on ikinci abzasın birinci cümləsində “, 2-ci dərəcəli müfəttiş, 3-cü dərəcəli müfəttiş” sözləri “(1-ci dərəcəli hüquqşünas), 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas), 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas)” sözləri ilə əvəz edilsin;

9. on üçüncü abzasa “müfəttiş” sözündən sonra “(1-ci dərəcəli hüquqşünas)” sözləri əlavə edilsin;

10. on dördüncü abzasa “müfəttiş” sözündən sonra “(2-ci dərəcəli hüquqşünas)” sözləri əlavə edilsin;

11. on beşinci abzasa “müfəttiş” sözündən sonra “(3-cü dərəcəli hüquqşünas)” sözləri əlavə edilsin;

5.3.5. VI fəsil üzrə:

1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

2. birinci – dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

“Tanınma qol nişanı göy rəngdədir, pambıq parça üzərində polivinilxlorid (PVX) materialdan istifadə edilməklə preslənmə yolu ilə hazırlanır. Tanınma döş nişanı ağ rəngdədir və vəzifəli şəxslərin üçdüymə köynəyinin üzərinə toxunmuşdur (Şəkil 98, 99). Tanınma qol və döş nişanları dairəvi formadadır, qızılı xətlə haşiyələnmişdir, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur. Dairənin ümumi diametri 80 mm, üçbucaq formalı elementlərin Dövlət Gerbinin ətrafında yaratdığı dairənin diametri isə 48 mm-dir (Şəkil 130).

Tanınma qol və döş nişanlarının yuxarı hissəsində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılmışdır.

Tanınma qol və döş nişanlarının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri göstərilmişdir. Qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılmışdır.

Tanınma qol və döş nişanlarının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnmişdir.”;

3. beşinci abzasda “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə, “nazirliyin” sözü “xidmətin” sözü ilə əvəz edilsin;

5.4. dördüncü bölmə üzrə:

5.4.1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

5.4.2. VII fəslin adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

5.4.3. VIII fəsil üzrə:

1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

2. üçüncü abzasın birinci cümləsinə “vardır” sözündən sonra “(Şəkil 6–9, 14–17, 22–25, 30–33)” sözləri əlavə edilsin, ikinci cümləsində “(Şəkil 128, 129)” sözləri “(Şəkil 128)” sözləri ilə əvəz edilsin, üçüncü cümləsində “(Şəkil 6, 8, 23, 25)” sözləri “(Şəkil 129)” sözləri ilə əvəz edilsin;

3. beşinci abzasın üçüncü cümləsində “(Şəkil 38, 40, 69, 71)” sözləri “(Şəkil 38–41, 48–51, 54–59, 62–65, 69–72, 75, 76, 78–81, 83–86)” sözləri ilə əvəz edilsin;

4. on səkkizinci absazda “ikiüzlü” sözü “ikitərəfli” sözü ilə əvəz edilsin;

5. on doqquzuncu abzasdan “(Şəkil 2, 3)” sözləri çıxarılsın;

6. iyirminci abzasın birinci cümləsinə “vardır” sözündən sonra “(Şəkil 2, 3, 10, 11, 18, 19, 26, 27)” sözləri, ikinci cümləsinə “olunmuşdur” sözündən sonra “(Şəkil 128)” sözləri, üçüncü cümləsinə “olunmuşdur” sözündən sonra “(Şəkil 129)” sözləri əlavə edilsin;

7. iyirmi ikinci abzasın birinci cümləsinə “rəngdədir” sözündən sonra “(Şəkil 34, 35, 42–44, 52, 60)” sözləri, ikinci cümləsinə “tutulmamışdır” sözündən sonra “(Şəkil 66, 67, 73, 74, 77, 82)” sözləri əlavə edilsin;

8. iyirmi beşinci abzasın dördüncü cümləsinə “70 mm-dir” sözlərindən sonra “(Şəkil 3, 19, 35, 67)” sözləri əlavə edilsin;

9. iyirmi altıncı abzasa “60 mm-dir” sözlərindən sonra “(Şəkil 11, 27, 43, 74)” sözləri əlavə edilsin;

10. qırx səkkizinci abzasın ikinci cümləsində, əlli beşinci abzasın ikinci cümləsində və altmış dördüncü abzasın ikinci cümləsində “VERGİLƏR NAZİRLİYİ” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİ” sözləri ilə əvəz edilsin;

11. əlli üçüncü abzasın birinci cümləsində “Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə, üçüncü cümləsində isə “103” rəqəmləri “104” rəqəmləri ilə əvəz edilsin;

5.4.4. IX fəsil üzrə:

1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

2. otuz dördüncü abzasın sonuncu cümləsində “mexlidir” sözü “xəzlidir (Şəkil 138, 139, 140, 141)” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:

“Qadınlar üçün yay çəkməsinin dabanının hündürlüyü 5 sm, kişilər üçün yay və qış çəkməsinin dabanının hündürlüyü isə 2,5 sm-dir.”;

3. otuz beşinci abzasın birinci cümləsində “dabanı orta hündür ölçüdədir” sözləri “dabanının hündürlüyü 5 sm-dir” sözləri ilə, dördüncü cümləsində “mexlidir” sözü “xəzlidir (Şəkil 140, 141)” sözləri ilə əvəz edilsin;

5.4.5. X fəsil üzrə:

1. adında “AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN” sözləri “DÖVLƏT VERGİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

2. birinci abzasın birinci və ikinci cümlələrindən “göy,” sözü çıxarılsın;

3. ikinci abzasın dördüncü cümləsində “Vergilər Nazirliyi“ sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə, “VN” abreviaturası “DVX” abreviaturası ilə əvəz edilsin;

4. doqquzuncu abzasın birinci cümləsində “üçbucaq formasının içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN), aşağıdan sağ və sol tərəfdən sünbüllərlə, yuxarıda isə dəfnə yarpağı ilə bəzədilmiş” sözləri “Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan” sözləri ilə, ikinci cümləsində “üçbucaq formasının içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN), aşağıdan sağ və sol tərəfdən sünbüllərlə, yuxarıda isə dəfnə yarpağı bəzədilmiş” sözləri “Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan” sözləri ilə əvəz edilsin;

5.5. 1 – 137 nömrəli şəkillər yeni təsvirdə verilsin və 138 – 141 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 noyabr 2022-ci il

                    № 1875

 


Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status