Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 iyul tarixli 266 nömrəli, “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 20 avqust tarixli 287 nömrəli, “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 28 nömrəli, “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 18 fevral tarixli 67 nömrəli, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 2 mart tarixli 100 nömrəli, “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 27 may tarixli 208 nömrəli, “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 23 sentyabr tarixli 368 nömrəli, “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə” 2016-cı il 18 noyabr tarixli 468 nömrəli, “Reklam qurğularına Texniki Tələblər”in təsdiq edilməsi barədə” 2016-cı il 12 dekabr tarixli 499 nömrəli və “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 725 nömrəli, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1734 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 897; 2017, № 10, maddə 1886, № 12 (II kitab), maddə 2477; 2018, № 8, maddə 1808; 2020, № 10, maddə 1313) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci bəndin ikinci cümləsinə “sərhədləri” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri, birinci halda “qoruqlarının” sözündən sonra “və Şuşa Şəhəri Dövlət Qoruğunun” sözləri əlavə edilsin və “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;
1.2. 2.3-cü bəndə “elan edilməsi” sözlərindən sonra “qanunla yaradılan qoruqlar istisna olmaqla,” sözləri əlavə edilsin;
1.3. 3.2-ci bəndin ikinci cümləsinə “Qoruqların” sözündən sonra “(qanunla yaradılan qoruqlar istisna olmaqla)” sözləri əlavə edilsin;
1.4. 3.3-cü və 3.4-cü bəndlərə “Qoruqların” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:
“3.6. Şuşa Şəhəri Dövlət Qoruğunun sərhədləri və mühafizə zonası “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”;
1.6. 4.1-ci bənd üzrə:
1.6.1. birinci cümləyə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;
1.6.2. ikinci cümlədə “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;
1.7. 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərə və 9.5-ci bəndin ikinci cümləsinə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;
1.8. 4.2-ci bəndə “Qanununa” sözündən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilsin;
1.9. 7.4-cü bənddə və 9.5-ci bəndin birinci cümləsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;
1.10. 8.4-cü bəndin birinci cümləsində “isə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilsin;
1.11. 8.7-ci bəndə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilsin;
1.12. aşağıdakı məzmunda 8.10-cu bənd əlavə edilsin:
“8.10. Şuşa şəhərinin ərazisində yerləşən abidələrin istifadəsi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”;
1.13. 9.3-cü bəndə (birinci halda) “qoruqlarının” sözündən sonra “və Şuşa Şəhəri Dövlət Qoruğunun” sözləri əlavə edilsin və “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;
1.14. 9.4-cü bənd üzrə:
1.14.1. birinci cümləyə “ərazisində” sözündən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilsin;
1.14.2. ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınır.”;
1.14.3. üçüncü cümləyə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 972; 2016, № 11, maddə 1976; 2017, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1313, № 11, maddə 1402; 2021, № 3, maddə 281; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 sentyabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 1.2-ci bəndində “İdarəsinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 28 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 371; 2017, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1313) ilə təsdiq edilmiş “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”da aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci və 4.3-cü bəndlərə, 5.2-ci bəndin birinci cümləsinə və 5.3-cü bəndə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;
3.2. 5.1-ci bəndə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 594) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nın 12-ci hissəsinə “tələblərə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 100 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 773; 2018, № 7 (II kitab), maddə 1629; 2019, № 7, maddə 1322; 2020, № 10, maddə 1270) ilə təsdiq edilmiş “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 1.5-ci bəndinə “ümumi tələblərə” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 may tarixli 208 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 967; 2017, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1313) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 4.1-ci bənddən “(bundan sonra – Nazirlik)”, “(bundan sonra – Agentlik)” sözləri çıxarılsın, “(bundan sonra – İdarə)” sözləri “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – dövlət orqanı (qurumu)” sözləri ilə əvəz edilsin;
6.2. 4.1.1-ci yarımbənddə “Nazirlik, Agentlik, habelə İdarənin” sözləri “dövlət orqanının (qurumunun)” sözləri ilə əvəz edilsin;
6.3. 4.2-ci və 4.3-cü bəndlərin birinci cümlələrində, 4.4-cü, 4.5-ci, 5.1-ci, 7.6-cı və 14.2-ci bəndlərdə “Nazirlik, Agentlik, habelə İdarə” sözləri “dövlət orqanı (qurumu)” sözləri ilə əvəz edilsin;
6.4. 4.4-cü bənddə “Nazirlik” sözü “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri ilə əvəz edilsin;
6.5. 10.5-ci bənddə “Nazirlik, Agentlik və İdarə” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin;
6.6. 12.2-ci bənddə “Nazirlik, Agentlik və ya İdarə” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1593; 2017, № 12 (II kitab), maddə 2477; 2018, № 8, maddə 1808; 2020, № 10, maddə 1309) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.4-cü bəndin birinci cümləsində “(bundan sonra – İdarə)” sözləri “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilsin;
7.2. 3.1-ci bəndin birinci cümləsində “isə İdarəyə” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri ilə əvəz edilsin;
7.3. 3.4-cü bənddə “isə İdarənin” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 468 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1956; 2018, № 7 (II kitab), maddə 1632; 2019, № 7, maddə 1310; 2020, № 2, maddə 206) ilə təsdiq edilmiş “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.2-ci bəndinə “tələblərinə” sözündən əvvəl “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2218; 2018, № 7 (II kitab), maddə 1631; 2019, № 7, maddə 1322, № 12, maddə 2102) ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 2.1-ci bəndinə “sənədlərin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2725; 2020, № 11, maddə 1408; 2022, № 4, maddə 380) ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 16.7-ci bəndinə və 25.2.1-ci yarımbəndinə “Elm haqqında” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 noyabr 2022-ci il
№ 410