Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli 33 nömrəli, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli, “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 1 may tarixli 128 nömrəli, “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 196 nömrəli və “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 26 may tarixli 204 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 725 nömrəli, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1734 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 637; 2001, № 10, maddə 663; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 5, maddə 463, № 9, maddə 822; 2009, № 1, maddə 32; 2012, № 5, maddə 482; 2014, № 11, maddə 1507; 2018, № 8, maddə 1817; 2021, № 10, maddə 1199) ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:
“1.3-1. Şuşa şəhərinin ərazisində su obyektlərindən istirahət və idman üçün istifadə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 133; 2006, № 1, maddə 59; 2009, № 9, maddə 736, № 10, maddə 846; 2013, № 6, maddə 739; 2015, № 11, maddə 1418; 2016, № 9, maddə 1565, № 12, maddə 2211; 2018, № 7 (II kitab), maddə 1627; 2019, № 7, maddə 1310; 2020, № 2, maddə 206) ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Şuşa şəhərinin ərazisində dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”;
2.2. 14-cü hissə üzrə:
2.2.1. birinci cümləyə “Agentliyi tərəfindən” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən” sözləri əlavə edilsin;
2.2.2. üçüncü cümləyə “Qanunu” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, № 3, maddə 622, № 4, maddə 809, № 5, maddə 1126, № 8, maddə 1817, № 10, maddə 2162, № 11, maddə 2439; 2019, № 3, maddə 522, № 12, maddə 2101; 2020, № 2, maddə 206, № 10, maddə 1270, № 11, maddə 1411; 2021, № 2, maddə 193, № 10, maddə 1197; 2022, № 4, maddə 374) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. Şuşa şəhərinin ərazisində sahibkarlıq fəaliyyəti “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla keçirilir.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 614; 2017, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1312) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:
“1.3. Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.”;
4.2. 3.1-ci bənddən (bundan sonra – Nazirlik), “(bundan sonra - Agentlik)” sözləri çıxarılsın və həmin bənddə “(bundan sonra – İdarə)” sözləri “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – dövlət qurumları)” sözləri ilə əvəz edilsin;
4.3. 3.2-ci bənd üzrə:
4.3.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə dövlət qurumlarının hər birində onların əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır.”;
4.3.2. ikinci və üçüncü cümlələr çıxarılsın;
4.4. 11.1-ci bənddə “Nazirlik, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Agentlik, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə İdarə” sözləri “Dövlət qurumları” sözləri ilə əvəz edilsin;
4.5. 11.3.1-ci yarımbənddə “orqanının” sözü “qurumunun” sözü ilə əvəz edilsin;
4.6. 11.4-cü bənddə “bu Qaydanın 3.1-ci bəndində göstərilən orqanların” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;
4.7. 13.4-cü və 14.1-ci bəndlərdə ismin müvafiq hallarında “Nazirlik” sözü ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi” sözləri ilə əvəz edilsin;
4.8. 15.2-ci bənddə “Nazirliyə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının ərazilərində Agentliyə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində İdarəyə” sözləri “aidiyyəti üzrə dövlət qurumlarına” sözləri ilə əvəz edilsin;
4.9. 15.3-cü bənddə “Nazirliyə, Agentliyə və İdarəyə təqdim” sözləri “Təqdim” sözü ilə, “Nazirlik, Agentlik və İdarə” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 772; 2017, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1312) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.2-ci bəndə “ərazisində” sözündən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:
“1.2-1. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınır.”;
5.3. 1.3-cü bəndə “İdarəsinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilsin;
5.4. 2.1-ci, 2.3-cü, 3.1-ci və 3.3-cü bəndlərə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilsin;
5.5. 2.2-ci bənddə “Arxeoloji ekspedisiyaların həyata keçirilməsi üzrə xərc normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli 196 nömrəli qərarına” sözləri “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarına” sözləri ilə əvəz edilsin;
5.6. 2.2.1-ci və 3.2.1-ci yarımbəndlərə “icazə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı” sözləri əlavə edilsin;
5.7. 2.3.1-ci və 3.3.1-ci yarımbəndlərdə “əşyaların” sözü “abidə, əşya və ya başqa tapıntının” sözləri ilə, “fotoşəkilləri” sözü “fotosu və ya videosu” sözləri ilə əvəz edilsin;
5.8. 4.1-ci bəndə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 779; 2017, № 10, maddə 1885, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1312) ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.4-cü bəndə birinci halda “qoruqlarının” sözündən sonra “və Şuşa Şəhəri Dövlət Qoruğunun” sözləri əlavə edilsin və “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;
6.2. 1.8-ci, 2.5-ci, 7.1-7.3-cü, 8.1-ci, 8.2-ci, 9.1-ci bəndlərə və 8.3.2-ci yarımbəndə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;
6.3. 3.3-cü bəndə “İdarəsinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilsin;
6.4. 6.1-ci bəndin birinci cümləsinə və 9.2-ci bəndə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 noyabr 2022-ci il
№ 409