×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.11.2022
QEYDİYYAT NÖMRƏSİ
623-VIQD
ADI
“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27.11.2022, Nəşr nömrəsi: 259), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 26.11.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.11.2022, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1238)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.11.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202211050623
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.11.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711) 2-ci maddəsinin “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı;

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı;.

Maddə 2. “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 4. “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 5. “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 noyabr 2022-ci il

№ 623-VIQD

 

 


 

 

Azərbaycan Respublikasının

2022-ci il 5 noyabr tarixli 623-VIQD nömrəli Qanunu

ilə təsdiq edilmişdir

 

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

1.1. “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə prokurorluq işçiləri aşağıdakılara görə təltif edilirlər:

1.1.1. prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə;

1.1.2. xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə;

1.1.3. prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.

 

Maddə 2. Təltif edən orqan

 

Prokurorluq işçiləri “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının

2022-ci il 5 noyabr tarixli 623-VIQD nömrəli Qanunu

ilə təsdiq edilmişdir

 

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca “PROKURORLUQ ORQANLARINDA QULLUQDA FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır.

2.3. Daxili çevrənin mərkəzində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemin sol və sağ tərəflərində palıd yarpağından çələnglər təsvir edilmişdir. Çələnglərin yuxarı hissələrinin arasında, mərkəzdə diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.

2.4. Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda “AZƏRBAYCAN RESPUBLİKASININ PROKURORLUĞU” sözləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Göy rəngli xara lentin hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində sarı, 1 mm enində göy, 3 mm enində sarı, 1 mm enində göy və 1 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

 

 

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı

 

 

 


 

 

Azərbaycan Respublikasının

2022-ci il 5 noyabr tarixli 623-VIQD nömrəli Qanunu

ilə təsdiq edilmişdir

 

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

1.1. “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:

1.1.1. prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə;

1.1.2. prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.

 

Maddə 2. Təltif edən orqan

 

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri təltif edir.

 

Maddə 3. Taxılma qaydası

 

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının

2022-ci il 5 noyabr tarixli 623-VIQD nömrəli Qanunu

ilə təsdiq edilmişdir

 

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca “PROKURORLUQ ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri yazılmışdır. Səkkizguşəli ulduz ilə yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.3. Daxili çevrədə yer kürəsi, onun mərkəzində paralellərin və meridianların kəsişməsi fonunda Azərbaycan Prokurorluğunun rəsmi emblemi təsvir edilmişdir. Emblemin aşağı hissəsində əməkdaşlıq simvolu əks olunmuşdur.

2.4. Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda “AZƏRBAYCAN RESPUBLİKASININ PROKURORLUĞU” sözləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Tünd qırmızı xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mərkəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

 

 

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status