×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.08.2022
QEYDİYYAT NÖMRƏSİ
277
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”-nin təsdiq edilməsi haqqında” 2005-ci il 14 dekabr tarixli 229 nömrəli, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli 80 nömrəli, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2019-cu il 4 iyun tarixli 257 nömrəli və “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 2 oktyabr tarixli 425 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2022, Nəşr nömrəsi: 8, Maddə nömrəsi: 966)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202208030277
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”-nin təsdiq edilməsi haqqında” 2005-ci il 14 dekabr tarixli 229 nömrəli, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli 80 nömrəli, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2019-cu il 4 iyun tarixli 257 nömrəli və “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 2 oktyabr tarixli 425 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Eneıji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1229; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2013, № 6, maddə 762; 2014, № 1, maddə 69; 2015, № 12, maddə 1593; 2016, № 6, maddə 1222; 2017, № 8, maddə 1608, № 9, maddə 1747; 2019, № 4, maddə 755; 2020, № 5, maddə 654) ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.5-ci yarımbəndində “öz səlahiyyətləri daxilində enerjiyə qənaət və enerjidən səmərəli istifadə” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452; 2012, № 2, maddə 184; 2013, № 6, maddə 744; 2014, № 1, maddə 69; 2016, № 4, maddə 834; 2017, № 6, maddə 1228, № 10, maddə 1876; 2018, № 6, maddə 1379, № 8, maddə 1817, № 11, maddə 2461; 2022, № 2, maddələr 168, 188, № 4, maddə 373) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

3. “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1146; 2021, № 8, maddə 967, № 11, maddə 1276; 2022, № 4, maddə 422; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 27 may tarixli 212 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”na 1 nömrəli əlavənin 2.4-cü bəndinin “Göstərici” sütununda “Eneıji səmərəliliyi (məhsulun maya dəyərində enerji xərcinin payı)” sözləri “Eneıji effektivliyi” sözləri ilə əvəz olunsun və həmin bəndin “Hesablanma qaydası” sütununa “məhsulların” sözündən sonra”, görülən işlərin, göstərilən xidmətlərin” sözləri əlavə edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”na 2 və 3 nömrəli əlavələrin 2.4-cü bəndlərinin “Göstərici” sütununda “Enerji səmərəliliyi (məhsulun maya dəyərində enerji xərcinin payı)” sözləri “Enerji effektivliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 oktyabr tarixli 425 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1672) ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.7.3-cü yarımbəndinin 7-ci abzasında “enerjiyə qənaət” sözləri “yüksək effektiv və enerjiyə qənaət edən” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 avqust 2022-ci il

№277

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status