×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Elm və Təhsil Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
30.11.2022
QEYDİYYAT NÖMRƏSİ
KQ-08
ADI
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılması ilə əlaqədar bəzi normativ hüquqi aktlarda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.12.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202211300008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.12.2022
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI

ELM VƏ TƏHSİL NAZİRLİYİNİN

KOLLEGİYASININ QƏRARI

 

№ KQ-08

 

Bakı şəhəri

“30” noyabr 2022-ci il

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm

və Təhsil Nazirliyi adlandırılması ilə əlaqədar bəzi normativ hüquqi aktlarda dəyişiklik edilməsi haqqında

 

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 470s nömrəli Sərəncamının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1996-cı il 18 sentyabr tarixli 463 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət ali təhsil (orta ixtisas peşə) müəssisələrinin rektorlar (direktorlar) şurası haqqında Əsasnamə”də, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”da, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”nda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr sektoruna  (C.Valehov) tapşırılsın ki, bu Qərarın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

Kollegiyanın sədri,

 

Nazir

Emin Əmrullayev


 

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Kollegiyasının 2022-ci il “30” noyabr tarixli

“KQ-08” nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılması ilə əlaqədar bəzi normativ hüquqi aktlarda edilmiş dəyişikliklər:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1996-cı il 18 sentyabr tarixli 463 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət ali təhsil (orta ixtisas peşə) müəssisələrinin rektorlar (direktorlar) şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissəsində “təhsil nazirliyi” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri ilə əvəz edilsin;

1.2. 3.1-ci bənddə “respublika təhsil nazirliyinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin;

1.3. 4-cü hissə üzrə:

1.3.1. birinci cümlədə “təhsil nazirliyinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin;

1.3.2. ikinci cümlədə “təhsil nazirliyi ilə” sözləri “Nazirliklə” sözü ilə əvəz edilsin;

1.4. 5.3-cü bənddə “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilsin;

1.5. 5.6-cı bənd üzrə:

1.5.1. birinci cümlədə “təhsil nazirliyi” sözləri “Nazirlik” sözü ilə əvəz edilsin;

1.5.2. ikinci cümlədə “nazirliyin” sözü “Nazirliyin” sözü ilə əvəz edilsin;

1.6. 5.7-ci bənddə “təhsil Nazirliyi” sözləri “Nazirlik” sözü ilə əvəz edilsin;

1.7. 5.8-ci bənddə “Azərbaycan Respublikası təhsil nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;

1.8. 6.3-cü bənddə “Təhsil Nazirinin” sözləri “elm və təhsil nazirinin” sözləri ilə əvəz edilsin;

1.9. 6.6-cı bənddə “Azərbaycan Respublikası Təhsil Nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.8-ci (hər iki halda), 2.9-cu, 2.10-cu, 2.11-ci (hər iki halda), 2.12-ci, 2.13-cü, 4.2-ci, 4.3-cü, 5.2-ci (hər iki halda) bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”nın 5.5-ci və 6.5-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nın 4.3.2.4-cü yarımbəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status