Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 2 fevral tarixli 18 nömrəli, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 10 iyun tarixli 103 nömrəli, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 520 nömrəli, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 41 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 24 fevral tarixli 65 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 543-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301, № 9, maddə 1084, № 11, maddələr 1256, 1271, 2022, № 4, maddələr 402, 403) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndin onuncu abzasına “istehsalı,” sözündən sonra “saxlanılması,” sözü əlavə edilsin.
1.2. 6.1-ci bənddə “istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında” sözləri “istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində” sözləri ilə əvəz edilsin;
1.3. 11.14.10-cu yarımbənddə “istehsalında, ötürülməsində və satılmasında, enerjiresurslarından səmərəli istifadə olunmasında” sözləri “istehsalında, saxlanılmasında, ötürülməsində, paylanmasında, satışında, istehlakında və enerji effektivliyi sahəsində” sözləri ilə əvəz edilsin;
1.4. 12.1-ci bəndin birinci və dördüncü abzaslarına və 12.2-ci bəndə “istehsalı” sözündən sonra “və saxlanılması” sözləri əlavə edilsin;
1.5. 12.15.9-cu yarımbənddə “istehsalında, ötürülməsində və satılmasında enerjiresurslarından səmərəli istifadə olunmasında” sözləri “istehsalında, saxlanılmasında, ötürülməsində, paylanmasında, satışında, istehlakında və enerji effektivliyi sahəsində” sözləri ilə əvəz edilsin.
2. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 539; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116, № 5, maddə 432; 2014, № 1, maddə 69; 2015, № 11, maddə 1418; 2019, № 12, maddə 2104, 2021, № 11, maddə 1256) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci hissəsinin üçüncü abzasına “istehsalı,” sözündən sonra “saxlanılması,” sözü əlavə edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci hissəsinin üçüncü abzasına “istehsalı,” sözündən sonra “saxlanılması,” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2100; 2021, № 10, maddə 1197, № 11, maddə 1256; 2022, № 4, maddə 380) ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1.5.15-ci yarımbəndin “e” abzasına (ikinci halda) “istehsalı” sözündən sonra “, saxlanılması,” sözü əlavə edilsin;
3.2. 1.1.5.56-cı yarımbəndin “b” abzasına “istehsalı” sözündən sonra “, saxlanılması,” sözü əlavə edilsin;
3.3. 2.1.1.4-cü yarımbəndin “i” abzasına “istehsalı” sözündən sonra “, saxlanılması,” sözü əlavə edilsin;
3.4. 2.1.4.2-ci yarımbəndin “f” abzasında “nəqli” sözü “ötürülməsi və paylanması” sözləri ilə, “h” abzasında “hasilatının,” sözü “istehsalının, saxlanmasının” sözləri ilə əvəz edilsin;
3.5. 2.4.12.1-ci yarımbəndin beşinci abzasında “nəqli” sözü “saxlanması, ötürülməsi” sözləri ilə, “elektrik enerjisi” sözləri “enerji resurslarının” sözləri ilə əvəz edilsin;
3.6. 2.4.12.45-ci yarımbəndin üçüncü abzasında “elektrik enerjisinin nəqlində və istilik enerjisinin paylanmasında” sözləri “enerjinin saxlanması, ötürülməsi və paylanmasında” sözləri ilə əvəz edilsin;
3.7. 2.6.1.1-ci yarımbəndin yeddinci abzasına “istehsalı” sözündən sonra “, saxlanılması,” sözü əlavə edilsin;
3.8. 2.6.10.1-ci yarımbəndin birinci cümləsində “elektrik enerjisinin və istiliyin” sözləri “saxlanması,” sözü ilə əvəz edilsin;
3.9. 2.6.12.9-cu yarımbəndin üçüncü cümləsinə “istehsal,” sözündən sonra “saxlanma,” sözü əlavə edilsin;
3.10. 3.5.5-ci yarımbəndin “c” abzasına “istehsal,” sözündən sonra “saxlanma,” sözü əlavə edilsin;
3.11. 3.21.1.2-ci yarımbəndin “e” abzasına “istehsalı,” sözündən sonra “saxlanması,” sözü əlavə edilsin;
3.12. 3.21.1.3-cü yarımbəndin birinci abzasına “istehsalı,” sözündən sonra “saxlanması,” sözü əlavə edilsin;
3.13. “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na 10 nömrəli əlavənin “Terminlər və anlayışlar” cədvəlində aşağıdakı dəyişikliklər edilsin:
3.13.1. “İstilik enerji qurğusu” anlayışına aid ikinci sütuna “istehsalı” sözündən sonra “, saxlanması” sözü əlavə edilsin;
3.13.2. “Elektrik qurğusu” anlayışına aid ikinci sütun aşağıdakı redaksiyada verilsin:
“Elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər.”;
3.13.3. “Energetika sistemi” anlayışına aid ikinci sütuna “istehsalı,” sözündən sonra “saxlanması,” sözü əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 191, № 4, maddə 479, № 9, maddə 1217; 2022, № 4, maddə 380) ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na 3 nömrəli əlavənin “Terminlər və anlayışlar” cədvəlində aşağıdakı dəyişikliklər edilsin:
4.1. “Elektrik qurğusu” anlayışına aid ikinci sütun aşağıdakı redaksiyada verilsin:
“Elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər.”;
4.2. “Elektroenergetika sistem” anlayışına aid ikinci sütun aşağıdakı redaksiyada verilsin:
“elektrik və istilik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanmasının vahid texnoloji prosesi ilə əlaqələndirilmiş elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişi xətləri və onların idarəetmə müəssisələrinin (sistemlərin) birliyi.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 192) ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na 4 nömrəli əlavənin “Terminlər və anlayışlar” cədvəlində aşağıdakı dəyişikliklər edilsin:
5.1. “İstilik enerji qurğusu” anlayışına aid ikinci sütuna “istehsalı” sözündən sonra “, saxlanması” sözü əlavə edilsin;
5.2. “Elektrik qurğusu” anlayışına aid ikinci sütun aşağıdakı redaksiyada verilsin:
“Elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 212) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərə “istehsalını,” sözündən sonra “saxlanılmasını,” sözü əlavə edilsin;
6.2. 12.7.1-ci yarımbəndə “istehsalına” sözündən sonra “, saxlanılmasına, paylanmasına” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 2 dekabr 2022-ci il
№ 427