×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.12.2022
QEYDİYYAT NÖMRƏSİ
435
ADI
Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15.12.2022, Nəşr Nömrəsi: 274), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 13.12.2022), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2022, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1539)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.12.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202212080435
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.12.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 8 dekabr 2022-ci il

                      № 435

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 435 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6.14-cü maddəsinə əsasən hazırlanmışdır və enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. enerji auditinin obyekti – enerji auditi keçirilən təsərrüfatlar (və ya onların binaları, tikililəri və qurğuları, hissələri, istehsalat və ya xidmət sahələri) və ya binalar (qurğular);

1.3.2. sifarişçi – enerji auditi xidmətini satın alan təsərrüfat subyekti və ya bina mülkiyyətçisi (idarəçisi).

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

2. Enerji auditorunun hüquq və vəzifələri

 

2.1. Enerji auditorunun hüquqları aşağıdakılardır:

2.1.1. enerji auditinin obyektinə dair tələb olunan sənədlərlə tanış olmaq, sifarişçidən məlumatları almaq, enerji auditinin obyektinə maneəsiz daxil olmaq və ölçmə (sınaq) işlərini aparmaq;

2.1.2. sifarişçi tərəfindən bu Qaydanın 3.9.1-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən məlumatların və sənədlərin təqdim edilmədiyi, habelə enerji auditinin obyektinə daxil olmağa maneə yaradıldığı təqdirdə enerji auditini keçirməkdən imtina etmək.

2.2. Enerji auditorunun vəzifələri aşağıdakılardır:

2.2.1. enerji auditinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq aparılmasını təmin etmək;

2.2.2. bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş hallarda dərhal sifarişçiyə və enerji auditi üzrə təşkilata məlumat vermək;

2.2.3. enerji auditinin keçirilməsi zamanı əldə edilən kommersiya və Azərbaycan Respublikasının qanunları ilə qorunan digər məlumatları gizli saxlamaq, özünün və ya üçüncü şəxslərin mənafeyi üçün istifadə etməmək;

2.2.4. enerji auditinin keçirilməsi zamanı alınmış və bu Qaydanın tələblərinə əsasən tərtib edilmiş sənədlərin elektron qaydada uçotunu aparmaq və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə saxlanılmasını təmin etmək.

2.3. Aşağıdakı hallarda enerji auditoru tərəfindən enerji auditinin keçirilməsinə yol verilmir:

2.3.1. enerji auditinin obyekti ilə bağlı maraqlar toqquşması hallarının (enerji auditorunun şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqlar, əlaqələr və ya auditorun obyektivliyinə və qərəzsizliyinə təsir edən digər amillər) olduğu müəyyən edildikdə;

2.3.2. enerji auditi aparılan təsərrüfat subyektinin rəhbərliyindən (idarə heyəti olduqda onun üzvlərindən) və ya bina mülkiyyətçisindən (idarəçisindən) hər hansı bir şəxslə enerji auditorunun yaxın qohumluq əlaqəsi (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları, övladlığa götürənlər və övladlığa götürülənlər) olduqda.

2.4. Bu Qaydanın 2.3-cü bəndində qeyd edilən hallar müəyyən edildikdə enerji auditoru digər enerji auditoru ilə əvəz edilir.

 

3. Enerji auditinin keçirilməsi qaydası

 

3.1. Enerji auditi Qanuna uyğun olaraq könüllü və məcburi keçirilə bilər.

3.2. Qanunun 6.3-cü maddəsinə uyğun olaraq məcburi enerji auditi 3 (üç) ildən bir, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlar əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilən enerji auditi obyektlərində keçirilir.

3.3. Enerji auditi enerji auditoru ilə sifarişçi arasında bağlanılmış müqaviləyə (bundan sonra – müqavilə) əsasən aparılır.

3.4. Enerji auditinin keçirilmə müddəti enerji auditi obyektinin növündən, ölçüsündən, enerji resurslarının istehlakı həcmindən asılı olaraq sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilir.

3.5. Enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği müqavilə tərəfləri arasındakı razılaşmaya əsasən iş həcmindən asılı olaraq müəyyən edilir.

3.6. Enerji auditi enerji auditi obyektinin mövsümi enerji istehlakı göstəriciləri nəzərə alınmaqla keçirilir. Bu Qaydanın 3.9.2-ci yarımbəndində qeyd edilən ölçmə (sınaq) mərhələsi bina, tikili və qurğulara malik enerji auditinin obyektinə münasibətdə həm qış, həm də yay mövsümlərində aparılır.

3.7. İş həcmindən asılı olaraq enerji auditoru sifarişçi ilə razılaşdırmaqla işə submüqavilə əsasında digər enerji auditorlarını cəlb etmək hüququna malikdir.

3.8. Sifarişçi bu Qaydanın 3.9.1-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən məlumatların və sənədlərin enerji auditoruna təqdim edilməsini və enerji auditi obyektlərinə maneəsiz girişini təmin edir.

3.9. Enerji auditi aşağıdakı mərhələlərdən ibarətdir:

3.9.1. hazırlıq mərhələsi:

1. müqavilə üzrə işlərin həcminin və dəyərinin müəyyən edilməsi məqsədilə enerji auditinin obyektinə enerji auditoru tərəfindən baxış keçirilir, ilkin məlumatlar alınır və təhlil edilir;

2. həyata keçiriləcək tədbirlər, onların həyata keçirilməsi vasitələri, icra müddəti və məsul şəxslər qeyd edilməklə enerji auditinin iş planı hazırlanır;

3. sifarişçi tərəfindən təqdim edilməsi tələb olunan, onun sərəncamında olan və enerji auditinin keçirilməsi üçün zəruri olan məlumatların və sənədlərin siyahısı tərtib edilir və təqdim edilmə müddəti sifarişçi ilə razılaşdırılmaqla iş planında qeyd edilir;

3.9.2. ölçmə (sınaq) mərhələsi:

1. iş planına əsasən enerji auditi obyektində avadanlığın (qurğunun) iş parametrlərinin ölçmə vasitələri ilə ölçülməsi aparılır;

2. ölçmə vasitələri ilə bina, tikili və onların mühəndis-kommunikasiya təminatı sistemlərində, həmçinin digər qurğularda sınaqlar aparılır;

3. enerji auditi obyektinin ölçü və nəzarət cihazlarından məlumatlar alınır;

3.9.3. təhlil mərhələsi:

1. hazırlıq mərhələsində əldə edilmiş ilkin məlumatların, habelə ölçmə (sınaq) mərhələsində əldə edilmiş məlumatların və ölçmə (sınaq) nəticələrinin təhlili aparılır;

2. bina, tikili və qurğular, habelə avadanlıq və texnoloji proseslərin növləri üzrə enerji effektivliyinin faktiki göstəriciləri hesablanır;

3. faktiki göstəricilərin normativ (normalaşdırılan) göstəricilərlə (olduğu halda) müqayisəsi, müəyyən edilmiş kənarlaşmalar və onların səbəblərinin təhlili aparılır;

4. hər göstərici, o cümlədən bina, tikili, qurğular və enerji resursunun növü üzrə enerjiyə qənaət imkanlarının hesablanması aparılır;

5. sifarişçinin fəaliyyətinə tətbiq oluna biləcək enerji effektivliyinin artırılması və enerjiyə qənaətlə bağlı qabaqcıl beynəlxalq təcrübənin müqayisəli təhlili aparılır;

3.9.4. yekun mərhələ: bina, qurğu, tikili, texnoloji proses, avadanlıqlar və enerji resurslarının növləri üzrə enerji resurslarından istifadənin təhlili nəticələri ümumiləşdirilir.

3.10. Enerji auditinin nəticələrinə əsasən bu Qaydanın 4-cü hissəsinin tələblərinə uyğun hesabat hazırlanır və sifarişçiyə təqdim edilir.

 

4. Enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması

 

4.1. Aparılmış enerji auditinin nəticələri enerji auditinin nəticəsinə dair hesabatla rəsmiləşdirilir (1 nömrəli əlavə).

4.2. Enerji auditinin nəticəsinə dair hesabat ümumi, təhlil və yekun hissələrdən ibarətdir:

4.2.1. ümumi hissədə enerji auditinin başlandığı və başa çatdığı tarix, enerji auditi üzrə təşkilat, auditi həyata keçirən enerji auditoru və ya auditorları barədə məlumat, habelə enerji auditinin obyekti barədə məlumatlar və müqavilənin nömrəsi və tarixi əks olunur;

4.2.2. təhlil hissəsində enerji auditi obyektində enerji resursları istehlakının, enerji effektivliyinə dair faktiki göstəricilərin, habelə elektrik, istilik təchizatı, ventilyasiya sistemlərinin təhlili əks olunur;

4.2.3. yekun hissədə enerji auditinin nəticəsi, enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanları sahəsində sifarişçinin fəaliyyətinin qiymətləndirilməsi və enerji effektivliyi tədbirləri ilə bağlı tövsiyələr əks olunur. Tövsiyələr natural və faiz ifadəsində enerjiyə qənaətin mümkün potensialını əks etdirməli, təklif olunan tədbirlər potensial olaraq mümkün və iqtisadi cəhətdən səmərəli olmalıdır.

4.3. İqtisadi cəhətdən səmərəli olan tədbirlər üçün ümumiləşdirmələrə, təxmini qiymətləndirməyə və şərti qənaət faizlərinin istifadəsinə yol verilmir.

4.4. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət tədbirlərinin texniki əsaslandırılmasının göstəriciləri natural ifadədə qeyd edilməli və ölçmələr vasitəsilə əldə edilən faktiki göstəricilərə əsaslanmalıdır.

4.5. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət tədbirlərinin texniki-iqtisadi əsaslandırılması enerji auditi sektorunda geniş tətbiq edilən beynəlxalq təcrübəyə əsaslanan iqtisadi göstəriciləri (xalis cari dəyəri, daxili rentabellik dərəcəsini və geri ödəmə müddətini) özündə əks etdirməlidir.

4.6. İnvestisiya hesablamaları üçün göstəricilər texniki hesablamalarla təsdiq edilməli, mənbəyi göstərilməklə istinadlar edilməli və birbaşa ölçmələrə əsaslanmalıdır.

4.7. Tövsiyələr sifarişçinin işçi heyətinin təhlükəsizliyinə və məhsuldarlığına, enerji auditi obyektinin məhsuldarlığına, o cümlədən fəaliyyət keyfiyyətinə və ya təhlükəsizliyinə mənfi təsir etməməli, bunun üçün hər bir tədbir üzrə mümkün risklər qiymətləndirilməlidir.

4.8. Hesabata bu Qaydanın 2, 3 və 4 nömrəli əlavələrinə uyğun olaraq məlumatlar əlavə edilir.

4.9. Hesabat enerji auditinin başa çatdığı gündən 10 (on) iş günü müddətində iki nüsxədə tərtib olunmaqla bir nüsxəsi Sifarişçiyə təqdim edilir, digər nüsxəsi isə bu Qaydanın 2.2.4-cü yarımbəndində nəzərdə tutulmuş qaydada enerji auditorunun işlədiyi enerji auditi üzrə təşkilatda saxlanılır.

 


 

 

“Enerji auditinin keçirilməsi, həmçinin

enerji auditinin nəticəsinə dair hesabatın

təqdim edilməsi qaydası və forması”na

1 nömrəli əlavə

 

Enerji auditinin nəticəsinə dair

 

HESABAT

 

1. ÜMUMİ HİSSƏ

Enerji auditinin başlandığı tarix

 

Enerji auditinin başa çatdığı tarix

 

Sifarişçi

 

ünvan

əlaqə məlumatı

Enerji auditi üzrə təşkilat

 

ünvan

əlaqə məlumatı

Enerji auditoru (auditorları)

soyadı, adı, atasının adı

ixtisas attestatının nömrəsi

Müqavilə

tarix

Enerji auditinin obyekti

 

Sahəsi

 

2. ANALİTİK HİSSƏ

 

 

 

 

 

3. YEKUN HİSSƏ

3.1. Enerji auditi üzrə nəticələr

 

 

 

 

 

3.2. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət sahəsində sifarişçinin fəaliyyətinin qiymətləndirilməsi

Sıra

№-si

Qiymətləndirmə

meyarları

Mövcud vəziyyətin

təsviri

Fəaliyyətin qiymətləndirilməsi, (əla, yaxşı, məqbul, mövcud deyildir)

1.

Enerji auditinin keçirilməsindən əvvəl könüllülük əsasında təsdiq edilmiş enerji effektivliyinin artırılması və enerjiyə qənaət üzrə tədbirlər planının mövcudluğu

 

 

2.

Enerji effektivliyinin artırılması və enerjiyə qənaət üzrə tədbirlər planının icrasının qiymətləndirilməsi

 

 

3.

Ölçmə və nəzarət cihazları ilə təchizedilmə, enerji istehlakının avtomatlaşdırılmış uçotu sisteminin mövcudluğu

 

 

4.

Enerji effektivliyi sahəsində tədbirlərin həyata keçirilməsi üçün həvəsləndirmə sisteminin mövcudluğu

 

 

3.3. Tövsiyələr

 

 

 

 

 

Hesabat _____ vərəqdə və 2 nüsxədə hazırlanmışdır.

 

Qoşma _____ vərəq.

 

Enerji auditoru*        ______________________ _________________ ____________

                                                  (adı, atasının adı, soyadı)                     (imza)                    (gün/ay/il)

Enerji auditi üzrə

təşkilatın rəhbəri     ______________________ __________________ ____________

                                                   (adı, atasının adı, soyadı)                     (imza)                    (gün/ay/il)

 

*Qeyd. İki və daha çox enerji auditoru cəlb olunduğu təqdirdə hesabat hər enerji auditoru tərəfindən imzalanır.

 

 


 

“Enerji auditinin keçirilməsi, həmçinin

enerji auditinin nəticəsinə dair hesabatın

təqdim edilməsi qaydası və forması”na

2 nömrəli əlavə

 

Təsərrüfat subyektləri üçün hesabat məlumatı

 

1. Ümumi məlumatlar

 

Sıra

№-si

Göstərici

Ölçü vahidi

Baza ili*

Qeyd

1

2

3

4

5

1.

Məhsulların (xidmətlərin, işlərin) istehsal həcmi

min manat

 

 

2.

Məhsul istehsalı (natural ifadədə):

 

 

 

2.1.

əsas məhsullar

 

 

 

2.2.

əlavə məhsullar

 

 

 

3.

Enerji resurslarının istehlakı

min NET**

 

 

min manat 1

 

 

4.

İstehsalın enerji tutumu 2

NET/min manat

 

 

5.

İstehsal olunan məhsulların dəyərində enerji resursları üzrə xərclərin payı 3

 

 

 

6.

Orta işçi sayı:

nəfər

 

 

6.1.

sənaye-istehsal işçiləri

nəfər

 

 

 

Qeydlər:    1. Yanacaq-enerji resurslarının (YER) dəyəri smeta hesabatına əsasən müəyyən edilir.

2. 3-cü bəndin göstəricisi (NET)/ 1-ci bəndin göstəricisi (min manat).

3. 1-ci bəndin göstəricisi (min manat) / 3-cü bəndin göstəricisi (min manat).

* Baza ili - cari ildən (enerji auditi müqaviləsinin bağlanıldığı il) əvvəlki təqvim ili.

** Neft ekvivalenti tonu.

 

2. Enerji resurslarının ümumi sərfiyyatı

 

Sıra

№-si

Enerji resursları

Ölçü vahidi

İllik

sərfiyyat

2. Enerji resurslarının ümumi sərfiyyatı

Qeyd

cihaz növü (marka)

miqdar

1

2

3

4

5

6

7

1.

Qaz-soba yanacağı

NET

 

 

 

 

1.1.

Qaz yanacaqları

 

 

 

 

1.2.

Bərk yanacaq

 

 

 

 

1.3.

Maye yanacaq

 

 

 

 

2.

Elektrik enerjisi

MVt·st

 

 

 

 

3.

İstilik enerjisi

Qkal

 

 

 

 

3.1.

Təzyiq

MPa

 

 

 

 

3.2.

Gedən və qayıdan suyun temperaturu

оС

 

 

 

 

3.3.

Buxarın ən yüksək qızma temperaturu

оС

 

 

 

 

3.4.

Buxarın quruluq dərəcəsi

%

 

 

 

 

4.

Sıxılmış hava

min m3

 

 

 

 

4.1.

Təzyiq

MPa

 

 

 

 

5.

Mühərrik yanacağı:

litr, ton

 

 

 

 

5.1.

benzin

 

 

 

 

 

5.2.

kerosin

 

 

 

 

 

5.3.

dizel yanacağı

 

 

 

 

 

 


 

3. Transformator yarımstansiyaları haqqında məlumat (mövcud olduğu halda doldurulur)

 

Sıra №-si

İstehsalat, sex/

yarımstansiyanın nömrəsi

İstismara verilmə ili

Transformatorlar

Yarımstansiyanın

ümumi gücü

kVA

Yüklənmə əmsalı, %

Gərginlik, kV yüksək / aşağı

Qeyd

növü

miqdarı

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

4. İstifadə sahələri üzrə elektrik enerjisi istehlakçılarının qoyuluş gücü

 

Sıra

№-si

Elektrik enerjisindən istifadə sahəsi

Elektrik mühərriklərinin miqdarı və ümumi gücü, kVt

(sexlərdə, istehsal sahələrində və s.)

Qeyd

sahə №...

sahə №...

sahə №...

sahə №...

miqdar

güc

miqdar

güc

miqdar

güc

miqdar

güc

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10

11

1.

Texnoloji avadanlıq, o cümlədən konkret müəssisədə elektrik enerjisi istehlak edən avadanlıq qrupları (məsələn, mexanizmlərin elektrik ötürücüləri, elektrotermik avadanlıqlar, quruducular və s.) siyahıya alınmaqla

 

 

 

 

 

 

 

 

 

2.

Nasoslar

 

 

 

 

 

 

 

 

 

3.

Ventilyasiya avadanlığı

 

 

 

 

 

 

 

 

 

4.

Qaldırıcı-daşıma avadanlığı

 

 

 

 

 

 

 

 

 

5.

Kompressorlar

 

 

 

 

 

 

 

 

 

6.

Qaynaq avadanlığı

 

 

 

 

 

 

 

 

 

7.

Soyuducu avadanlıq

 

 

 

 

 

 

 

 

 

8.

İşıqlandırma

 

 

 

 

 

 

 

 

 

9.

Digər, o cümlədən məişət texnikası

 

 

 

 

 

 

 

 

 

CƏMİ

 

 

 

 

 

 

 

 

 

 

5. Kompressor avadanlığı haqqında məlumat (mövcud olduğu halda doldurulmalı)

 

Sıra №-si

Sex, sahə, istehsal/ kompressorun növü

İstismara verilmə ili

Miqdar

Məhsuldarlıq m3/dəqiqə

Təzyiq MPa

Elektrik intiqalının gücü, kVt

Jurnal üzrə kompressorun illik işləmə müddəti saat/il

Elektrik enerjisinin hesabi ortaillik istehlakı

MVt·st

Elektrik enerjisinin xüsusi istehlakı fakt./ norma.* kVt·st / 1000 m3

Soyutma sistemi (dövri, su ötürmə və s.)

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

11

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Normativ (pasport) məlumatlar olmadıqda, aşağıdakı düsturla hesablanır:

 

7-ci sütundakı göstərici × 1000

5-ci sütunun göstəricisi × 60

 

6. Soyuducu avadanlıqların xüsusiyyətləri (mövcud olduğu halda doldurulur)

İstilik kənarlaşdırıcı qurğusunun növü _____________________

 

Sıra №-si

Mənbə aqreqat növü

İstismara verilmə

ili

Soyutmanın gücü Qkal/saat

Soyuducu kamerada temperatur оС

Müəyyən

edilmiş

norma, kVt

Xüsusi elektrik enerjisi istehlakı, fakt./norma kVt·st/Qkal

İş rejimi,

yay/qış saat/sutka

Kondensatordan istiliyin xaric edilməsi sistemi

Qeyd

istilik daşıyıcısının sərfiyyatı (yay/qış) ton/saat

soyutma (yay/qış)

...оС

(temperatur aralığı)

1

2

3

4

5

6

7

8

9

10

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

7. İstilik elektrik stansiyasının (İES) əsas avadanlıqlarının tərkibi və istismarı haqqında məlumat

(mövcud olduğu halda doldurulur)

 

Yanacaq: əsas ___________ehtiyat___________

 

Sıra

№-si

İES-in istismara verilmə ili

İES-in elektrik gücü, qoyuluş/mövcud, MVt

İES-in istilik gücü, qoyuluş/ mövcud, Qkal/saat

Turboaqreqatlar

Qoyuluş gücü istifadəsinin effektivlik əmsalı, Gfakt/Gqoyuluş

 

Elektrik enerjisinin şindən buraxılışına yanacağın xüsusi sərfiyyatı n.e.qr./(kVt·st)

Qeyd

növü

sayı

faydalı iş əmsalı (FİƏ), %

illik istismar, layihə/fakt., saat

1

2

3

4

5

6

7

8

9

10

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

8. 20__ ildə elektrik enerjisi istehlakının balansı / Baza ilində elektrik enerjisi balansı

 

Sıra

№-si

Daxilolma və sərfiyyat göstəriciləri

Ümumi sərfiyyat,

MVt·st

O cümlədən normativ itkilər nəzərə alınmaqla normativ və hesablama sərfiyyatı

Qeyd

MVt·st

%

1

2

3

4

5

6

I

DAXİL OLAN

 

 

 

 

1.

Enerjisistemdən (sayğaclar üzrə)

 

 

 

 

2.

Öz enerji mənbəyindən

 

 

 

 

II

SƏRFİYYAT*

 

 

 

 

1.

Texnoloji avadanlıq, o cümlədən konkret müəssisədə istifadə olunan elektrikdən istifadə edən avadanlıq qrupları (məsələn, mexanizmlərin elektrik ötürücüləri, elektrotermik avadanlıqlar, quruducular və s.) siyahıya alınmaqla

 

 

 

 

2.

Nasoslar

 

 

 

 

3.

Ventilyasiya avadanlığı

 

 

 

 

4.

Qaldırıcı-daşıma avadanlığı

 

 

 

 

5.

Kompressorlar

 

 

 

 

6.

Qaynaq avadanlığı

 

 

 

 

7.

Soyuducu avadanlıq

 

 

 

 

8.

İşıqlandırma

 

 

 

 

9.

Digər, o cümlədən məişət texnikası

 

 

 

 

YEKUN: istehsal sərfiyyatı

 

 

 

 

10.

Subabonentlər

 

 

 

 

11.

Texniki itkilər:

 

 

 

 

11.1.

1) şəbəkələrdə, cəmi

 

 

 

 

11.2.

2) transformatorlarda

 

 

 

 

12.

Qeyri-rasional itkilər

 

 

 

 

YEKUN: cəmi sərfiyyat

 

 

 

 

 

9. Qazanxananın tərkibi və işi haqqında məlumatlar (mövcud olduğu halda doldurulur)

Yanacaq: əsas - təbii qaz; ehtiyat ____________

 

Sıra

№-si

Qazan aqreqatının növü

İstismara verilmə ili

Miqdar

Məhsuldarlıq layihə./fakt. ton/saat, Qkal/saat

Yanacaq növü

Brutto FİƏ son tədqiqat məlumatlarına əsasən, %

Pasporta əsasən FİƏ, %

İstilik buraxılışı üçün yanacağın xüsusi sərfiyyatı fakt./ norma. n.e.kq/ Qkal

Enerji istehlakı hesabatına əsasən illik yanacaq sərfi min NET

Ölçü və nəzarət cihazları üzrə illik istilik hasilatı Qkal

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

11

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10. İstilik enerjisindən istifadə edən texnoloji avadanlığın xüsusiyyətləri (buxar, isti su)

 

Sıra №-si

Aqreqatın istifadə istiqaməti, məqsədi

Aqreqatın adı, istismara verilməsi ili, növü, markası, enerji resursunun növü

Məhsul üzrə aqreqatın məhsuldarlığı (pasport üzrə)/saat

Miqdar

Giriş/çıxışda iş parametrləri

Məhsulun vahidinə istilik enerjisinin xüsusi sərfiyyatı, Qkal/…

Pasport üzrə FİƏ, %

Kondensat kənarlaşdırıcı:

növ, miqdar

İstilik utilizasiya cihazlarının mövcudluğu, kondensatın temperaturu оС

Qeyd (kondensatın çirklənmə xüsusiyyətləri)

əməliyyat təzyiqi,

MPa

əməliyyat temperaturu

оС

1

2

3

4

5

6

7

8

9

10

11

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

11. 20__ ildə istilik enerjisinin normativ və hesablama sərfiyyatı

 

Qkal/il

Sıra

№-si

Obyektin adı

(sex, istehsal/xidmət sahəsi və s.), istilik daşıyıcısı (buxar, isti su)

Texnoloji avadanlıq

Ortaillik temperaturun (оС) və isitmə dövrü müddətinin (gün) faktiki göstəriciləri şəraitində

Qeyd

isitmə

ventilyasiya

isti su təchizatı

1

2

3

4

5

6

7

1.

İstehsalat sahələri

 

 

 

 

 

1.1.

...

 

 

 

 

 

1.2.

...

 

 

 

 

 

 

Cəmi:

 

 

 

 

 

2.

Ümumi istehsalat xidmətləri və sahələri

 

 

 

 

 

2.1.

...

 

 

 

 

 

2.2.

...

 

 

 

 

 

 

Cəmi:

 

 

 

 

 

YEKUN:

 

 

 

 

 

 

12. 20__ ildə istilik enerjisi istehlakının balansı

 

Qkal (sütunlar 8 və 10 - faizlə)

 

Sıra

№-si

DAXİLOLMA/SƏRFİYYAT

GÖSTƏRİCİLƏRİ

Xüsusiyyətlər, parametrlər

Cəmi istehlak

Normativ itkilər nəzərə alınmaqla normativ və hesablama istehlakı

İtkilər:

texniki/faktiki

Kondensatın qaytarılması

Qeyd

istilik daşıyıcısı

təzyiq

Р MPa

temperatur оС*

1

2

3

4

5

6

7

8

9

10

11

I

DAXİL OLAN:

 

 

 

 

 

 

 

 

 

1.

Öz enerji mənbəyi

 

 

 

 

 

 

 

 

 

2.

Xarici mənbə

 

 

 

 

 

 

 

 

 

YEKUN DAXİLOLAN

 

 

 

 

 

 

 

 

 

II

SƏRFİYYAT:

 

 

 

 

 

 

 

 

 

1.

Texnoloji sərfiyyat, o cümlədən

 

 

 

 

 

 

 

 

 

1.1.

buxar, təmas (kəskin) üsulu ilə

 

 

 

 

 

 

 

 

 

1.2.

isti su

 

 

 

 

 

 

 

 

 

2.

İsitmə və ventilyasiya, o cümlədən hava kaloriferləri

 

 

 

 

 

 

 

 

 

3.

İsti su təchizatı

 

 

 

 

 

 

 

 

 

4.

Kənar istehlakçılar

 

 

 

 

 

 

 

 

 

5.

Ümumi şəbəkə itkiləri (normalaşdırılmış)

 

 

 

 

 

 

 

 

 

             Cəmi istehsalat sərfiyyatı

 

 

 

 

 

 

 

 

 

6.

Subabonentlər

 

 

 

 

 

 

 

 

 

7.

İstilik, ventilyasiya və isti su təchizatı sistemlərində qeyri-rasional texnoloji itkilər

 

 

 

 

 

 

 

 

 

YEKUN SƏRFİYYAT

 

 

 

 

 

 

 

 

 

 

* İsti su üzrə gedən və qayıdan su temperaturu qeyd edilir.

 

 


 

13. Yanacaq istehlak edən aqreqatların xüsusiyyətləri (mövcud olduğu halda doldurulur)

 

Sıra №-si

İstifadə istiqaməti, məqsədi

Aqreqatın adı, növü, markası, xarakterik ölçüsü, istismara verilmə ili

Miqdar

Məhsul üzrə aqreqatın məhsuldarlığı (pasport üzrə) …/saat

İstehsal vahidi üzrə yanacağın xüsusi sərfiyyatı,

n.e.kq./…

İstilik utilizasiyası avadanlığının adı və qısa xüsusiyyətləri, xaric olan qazların temperaturu оС

Qeyd

20… ildə faktiki

istehlak normativi

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

14. 20__ ildə qazan və soba yanacağının sərfiyyatı balansı (mövcud olduğu halda doldurulur)

 

                                                                                                                                                                                                                            NET

 

Sıra

№-si

DAXİLOLMA/SƏRFİYYAT GÖSTƏRİCİLƏRİ

Ümumi enerji sərfiyyatı

O cümlədən

Faydalı

istifadə əmsalı

Qeyd

normativ itkilərin normativ və hesablama istehlakı

enerji itkiləri: texniki/faktiki

1

2

3

4

5

6

7

I

DAXİLOLMA:

 

 

 

 

 

YEKUN:

 

 

 

 

 

II

SƏRFİYYAT

 

 

 

 

 

1.

Texnoloji sərfiyyat, o cümlədən:

 

 

 

 

 

1.1.

qeyri-yanacaq sərfiyyatı (xammal şəklində)

 

 

 

 

 

1.2.

qızdırma

 

 

 

 

 

1.3.

qurutma

 

 

 

 

 

1.4.

yandırma (əritmə, tabalma)

 

 

 

 

 

2.

İstilik enerjisi buraxılışına:

 

 

 

 

 

2.1.

qazanda

 

 

 

 

 

2.2.

öz İES-də (elektrik enerjisi istehsalı daxil olmaqla)

 

 

 

 

 

3.

Digər:

 

 

 

 

 

3.1.

….

 

 

 

 

 

3.2.

….

 

 

 

 

 

YEKUN SƏRFİYYAT

 

 

 

 

 

 

15. Nəqliyyat vasitələrinin mühərrik yanacaqlarından istifadə xüsusiyyətləri (mövcud olduğu halda doldurulur)

 

Sıra №-si

Nəqliyyat vasitəsinin adı, (markası), növü, buraxılış ili

Nəqliyyat vasitələrinin

sayı

Yükqaldırma, t, sərnişin daşıma, nəf.

İstifadə olunan yanacaq növü

Pasport məlumatları üzrə yanacağın xüsusi sərfiyyatı

l/km; l/(t·km)

Cari ilin göstəriciləri

Sərf olunmuş yanacağın miqdarı,

litr

Sərf olunmuş yanacağın ölçülmə üsulu

Yanacağın xüsusi sərfi litr/(t·km)

Alınmış yanacağın miqdarı

litr

Yanacaq itkisi

Qeyd

məsafə km

yükdaşıma həcmi t. km

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

16. Mühərrik yanacaqlarının sərfiyyatı balansı (mövcud olduğu halda doldurulur)

 

Sıra

№-si

DAXİLOLMA/SƏRFİYYAT

GÖSTƏRİCİLƏRİ

Ümumi sərfiyyat,

litr

Normativ və hesablama

istehlakı, litr

İtkilər, litr

Faktiki xüsusi istehlak

litr/(t·km)

Qeyd

texniki

faktiki

1

2

3

4

5

6

7

8

I

DAXİLOLMA:

 

 

 

 

 

 

1.

Benzin

 

 

 

 

 

 

2.

Dizel yanacağı

 

 

 

 

 

 

3.

Digər yanacaq növü

 

 

 

 

 

 

CƏMİ DAXİLOMA:

 

 

 

 

 

 

II

SƏRFİYYAT:

 

 

 

 

 

 

1

Yüklərin daşınması

 

 

 

 

 

 

1.1.

benzin

 

 

 

 

 

 

1.2.

dizel yanacağı

 

 

 

 

 

 

1.3.

digər yanacaq növü

 

 

 

 

 

 

2.

Sərnişindaşıma

 

 

 

 

 

 

2.1.

benzin

 

 

 

 

 

 

2.2.

dizel yanacağı

 

 

 

 

 

 

2.3.

digər yanacaq növü

 

 

 

 

 

 

3.

Enerji istehsalı