“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.2. Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
№ 3696
|
|
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
|
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə
FƏALİYYƏT PLANI
Sıra №-si
|
Tədbirin adı
|
Əsas icraçı orqan (qurum)
|
Digər icraçılar
|
İcra müddəti
|
Nəticə indikatorları
|
||||
ilkin nəticələr
|
aralıq nəticələr
|
yekun nəticələr
|
|||||||
1. Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi
|
|||||||||
1.1.
|
Daha yüksək vəzifə qrupu üzrə “Dövlət qulluğu sertifikatı”na malik olan dövlət qulluqçularının aşağı vəzifə qruplarına və altqruplarına aid vəzifələr tutmaları üçün keçirilən müsabiqə üzrə müsahibələrdə iştirak imkanının təmin edilməsi
|
NK
|
DİM
|
2023
|
daha yüksək vəzifə qrupu üzrə “Dövlət qulluğu sertifikatı”na malik olan şəxslərin aşağı vəzifə qruplarına və altqruplarına aid keçirilən müsabiqələr üzrə müsahibələrdə iştirakı ilə bağlı təkliflər hazırlanması
|
inzibati vəzifələrin iyerarxiyası nəzərə alınmaqla, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
daha yüksək vəzifəyə uyğun “Dövlət qulluğu sertifikatı”na malik olan dövlət qulluqçularının daha aşağı təsnifat və daha aşağı vəzifə üçün müsabiqə üzrə müsahibələrdə iştirakına şərait yaradılması
|
||
1.2.
|
Dövlət qulluqçularının rotasiyası qaydasını tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması
|
NK
|
ƏƏSMN
DİM
ƏN
|
2023
|
dövlət qulluqçularının rotasiya mexanizmlərinə, o cümlədən məcburi rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə dair, habelə rotasiya ilə əlaqədar dövlət qulluqçularının sosial müdafiəsi məsələləri üzrə təkliflər hazırlanması
|
dövlət qulluqçularının rotasiyası qaydasının qəbul edilməsi
|
dövlət qulluqçularının potensialından düzgün istifadə edilməsi və inkişafının təmin olunması, habelə şəffaflığın və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
|
||
1.3.
|
Dövlət qulluqçularının karyera inkişaf planının hazırlanması qaydasını tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması
|
NK
|
DİM
ƏƏSMN
ƏN
|
2023
|
dövlət qulluqçularının karyera planlaşdırılmasının tətbiqi, habelə karyera inkişaf planının hazırlanması mexanizmi ilə bağlı təkliflərin verilməsi
|
dövlət qulluqçularının karyera inkişaf planının hazırlanması qaydasının qəbul edilməsi
|
dövlət qulluqçularının potensialından düzgün istifadə edilərək, hərtərəfli inkişafına şərait yaradılması, habelə dövlət qulluğunda insan resurslarından səmərəli istifadənin təmin olunması
|
||
2. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
|
|||||||||
2.1.
|
Dövlət qulluğuna qəbul zamanı səriştə (kompetensiya) modelinin tətbiqinə dair təkliflər hazırlanması
|
NK
|
DİM
ƏƏSMN
ƏN
|
2023−2025
|
dövlət qulluğuna qəbul zamanı səriştələrin (meyarların) və bu səriştələrin ölçülməsini, eləcə də qiymətləndirilməsini həyata keçirən alətlərin müəyyənləşdirilməsi, habelə səriştə (kompetensiya) modelinin pilot layihə qismində ilkin olaraq daxili və ümumi müsahibələrdə tətbiq edilməsi
|
dövlət qulluğuna qəbul zamanı səriştə (kompetensiya) modelinin tətbiqi istiqamətində normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
səriştə (kompetensiya) modelinin tətbiqi nəticəsində dövlət qulluğuna yüksəkixtisaslı kadrların cəlb edilməsi
|
||
2.2.
|
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı səriştə (kompetensiya) modelinin tətbiqi məqsədilə təkliflər hazırlanması
|
NK
|
DİM
dövlət orqanları
|
2023−2025
|
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə (kompetensiya) modelinin tətbiq edilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı ilkin olaraq bir və ya bir neçə dövlət orqanında pilot layihə qismində səriştə (kompetensiya) modelinin tətbiqi məqsədilə səriştələrin (meyarların) müəyyən edilməsi
|
səriştə (kompetensiya) modelinin tətbiqi nəticəsində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində effektivliyin artırılması
|
||
2.3.
|
Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi
|
DİM
|
dövlət orqanları
|
mütəmadi
|
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair ümumiləşdirilmiş hesabatların dövlət orqanları ilə birlikdə müzakirələrinin təşkil edilməsi
|
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin öyrənilməsi
|
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi
|
||
3. Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi
|
|||||||||
3.1.
|
Dövlət qulluqçularının təlim ehtiyaclarını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən peşəkar və davamlı təlim sisteminin formalaşdırılması
|
NK
|
DİM
ƏN
DİA
|
2023
|
dövlət qulluqçularının fərdi inkişafı məqsədilə, habelə prioritet istiqamətlər üzrə təlimlər keçirilməsinə dair təcrübənin öyrənilməsi və müvafiq təkliflər hazırlanması
|
dövlət qulluqçuları üçün təlim strategiyasının qəbul edilməsi
|
dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi
|
||
3.2.
|
Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər keçirilməsi
|
DİA
|
DİM,
dövlət orqanları
|
mütəmadi
|
rəhbər vəzifəli şəxslər üçün idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlim modulunun və proqramının hazırlanması
|
rəhbər vəzifəli şəxslər üçün idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı davamlı təlimlər keçirilməsi
|
rəhbər vəzifəli şəxslərin idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması
|
||
3.3.
|
Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi
|
dövlət orqanları
|
DİM
XİN
|
mütəmadi
|
dövlət qulluğu, o cümlədən insan resurslarının idarə edilməsi sahəsində xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın genişləndirilməsi
|
qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət qulluqçularının təcrübə mübadiləsinin təmin edilməsi
|
dövlət qulluğu, o cümlədən insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi
|
||
4. Dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi
|
|||||||||
4.1.
|
Dövlət qulluqçularının reyestrinin dövlət qulluğunu idarəetmə aləti kimi funksionallığının artırılması
|
NK
|
DİM
ƏN
RİNN
|
2023
|
dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması
|
digər dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatları ilə inteqrasiyasının təmin edilməsi
|
dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi nəticəsində dövlət qulluqçuları haqqında məlumatların aktuallığının təmin edilməsi
|
||
4.2.
|
Dövlət qulluqçularının şəxsi işinin elektron qaydada aparılması imkanının təmin edilməsi
|
DİM
|
VXSİDA
RİNN
MN
|
2023−2025
|
dövlət qulluqçularının şəxsi işinin elektron qaydada aparılması üçün proqram təminatının hazırlanması
|
dövlət qulluqçularının şəxsi işinin elektron qaydada aparılmasına dair proqram təminatının dövlət orqanlarında tətbiq edilməsi
|
dövlət qulluqçularının şəxsi işinin aparılmasının elektronlaşdırılması
|
||
4.3.
|
Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin elektron qaydada aparılması imkanının təmin edilməsi
|
DİM
|
RİNN
MN
|
2023−2025
|
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin elektron qaydada aparılması üçün proqram təminatının hazırlanması
|
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məlumatların müvafiq proqram təminatı vasitəsilə dövlət qulluqçularının reyestrinə ötürülməsi imkanının təmin edilməsi
|
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin elektronlaşdırılması
|
||
4.4.
|
Dövlət qulluğu sahəsində göstərilən elektron xidmətlərin MyGov portalı üzərindən təqdim edilməsi və “Hökumət buludu”na inteqrasiyası
|
DİM
|
RİNN
|
2024
|
dövlət qulluğu sahəsində göstərilən elektron xidmətlərin MyGov portalı üzərindən təqdim edilməsi və “Hökumət buludu”na inteqrasiyası ilə bağlı təkliflərin öyrənilməsi
|
dövlət qulluğu sahəsində elektron xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi
|
dövlət qulluğu sahəsində göstərilən xidmətlərin səmərəliliyinin artırılması
|
||
5. Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması
|
|||||||||
5.1.
|
Dövlət qulluqçularının həvəsləndirilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlanması
|
NK
|
DİM
ƏƏSMN
ƏN
|
2023−2024
|
dövlət qulluqçularının həvəsləndirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi
|
dövlət qulluqçularının həvəsləndirilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
dövlət qulluqçularının qulluq funksiyalarının daha keyfiyyətli icrasına həvəsləndirilməsi
|
||
5.2.
|
Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə dair təkliflər hazırlanması
|
NK
|
ƏƏSMN
MN
|
2024−2025
|
dövlət qulluqçularının sosial müdafiəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi
|
dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
dövlət qulluqçularının sosial təminatının yaxşılaşdırılması
|
||
6. Dövlət qulluğuna dair normativ hüquqi aktların təkmilləşdirilməsi və onların icrasına nəzarət
|
|||||||||
6.1.
|
Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi
|
NK
|
DİM
ƏN
ƏƏSMN
|
2023
|
Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi
|
dövlət qulluğu sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi
|
dövlət qulluğu sahəsində normativ hüquqi aktların məcəllələşdirilməsi
|
||
6.2.
|
Dövlət qulluqçularının intizam məsuliyyəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
NK
|
ƏN
DİM
ƏƏSMN
|
2023−2024
|
intizam tənbehi tədbiri növlərinin tətbiqi üçün əsasların müəyyən edilməsi ilə bağlı, habelə tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydasının təkmilləşdirilməsinə dair təkliflər hazırlanması
|
dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar xidməti yoxlamanın aparılması qaydasının hazırlanması
|
dövlət qulluqçularının hüquqlarının müdafiəsi, xidməti yoxlamanın obyektiv və vahid qaydada aparılmasının təmin edilməsi
|
||
6.3.
|
Dövlət qulluqçularının əlavə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
NK
|
ETN
ƏN
DİM
ƏƏSMN
|
2023−2024
|
dövlət qulluqçularının əlavə təhsili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi
|
dövlət qulluqçularının əlavə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlanması
|
dövlət qulluğunda əlavə təhsil sisteminin təkmilləşdirilməklə müasir tələblərə uyğunlaşdırılması
|
||
7. Dövlət qulluğu sistemində həyata keçirilən islahatların təbliği və təşviqi
|
|||||||||
7.1.
|
Dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin mediada təbliği və təşviqi üçün görülən işlərin davam etdirilməsi
|
aidiyyəti dövlət orqanları
|
“AzTV” QSC
DİM
|
mütəmadi
|
dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin təbliği və təşviqi üzrə məlumatların və materialların hazırlanması
|
mediada çıxışların edilməsi və televiziya proqramlarının hazırlanması
|
dövlət qulluğunun nüfuzunun və dövlət qulluğuna marağın artırılması
|
||
7.2.
|
Dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə ali təhsil müəssisələrində maarifləndirmə və təbliğat işlərinin təşkil edilməsi
|
DİM
|
DİA
GİN
MN
|
mütəmadi
|
dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən aktual tədbirlərin dairəsinin və görüləcək maarifləndirmə işlərinin müəyyən edilməsi
|
dövlət qulluğu sahəsində həyata keçirilən tədbirlərin təbliği və təşviqi ilə bağlı görüşlərin və konfransların təşkil edilməsi
|
gənclərin, o cümlədən ali təhsil müəssisələri məzunlarının dövlət qulluğuna marağının artırılması
|
||
|
|
|
|
|
|
|
|
||
AKRONİMLƏR
|
|||||||||
|
|
|
|
|
|
|
|
||
NK
ƏƏSMN
ƏN
MN
RİNN
XİN
GİN
ETN
VXSİDA
DİM
DİA
“AzTV” QSC
|
–
–
–
–
–
–
–
–
–
–
–
–
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
|
|||||||