×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
28.12.2022
QEYDİYYAT NÖMRƏSİ
60/5
ADI
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 04 fevral tarixli 04/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.01.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202212280605
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.01.2023

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

 

QƏRARI

 

№ 60/5

 

Bakı şəhəri

28 dekabr 2022-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 04 fevral tarixli 04/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA  ALIR:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 04 fevral tarixli 04/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişiklik təsdiq edilsin (əlavə olunur).  

2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri

Taleh Kazımov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 60/5

 

28 dekabr 2022-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 04 fevral tarixli 04/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 04 fevral tarixli 04/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

4-1. Rəsmi internet səhifəsi ilə bağlı tələb

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazə verilməsi üçün sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə Qanunun 8.1-ci maddəsinə uyğun olaraq bağlanması imkanına malik olmalıdır.”;

aşağıdakı məzmunda 5.3-cü bənd əlavə edilsin:

“5.3. Tələblərin 4-1-ci hissəsinin qüvvəyə mindiyi günə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını 10 (on) gün müddətində Tələblərin 4-1-ci hissəsinə uyğunlaşdırmalıdırlar.”.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status