AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 60/4
Bakı şəhəri 28 dekabr 2022-ci il
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”in təsdiq edilməsi barədə
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri Taleh Kazımov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Qərar № 60/4
28 dekabr 2022-ci il
|
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair
Tələblər
1. Ümumi müddəa
Bu Tələblər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələrinə dair icbari sığorta şəhadətnaməsinin (bundan sonra- şəhadətnamə) forma və məzmunu ilə bağlı tələbləri müəyyən edir.
2. Şəhadətnamənin forması
Şəhadətnamə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Tələblərin 1 nömrəli Əlavəsinə uyğun olaraq elektron sənəd formasında tərtib olunur.
3. Şəhadətnamənin məzmunu
3.1. Şəhadətnamədə Qanunun tələblərinə uyğun olaraq əks olunan standart məlumatlarla yanaşı, aşağıdakı məlumatlar qeyd olunur:
3.1.1. “Şəhadətnamə №” hissəsində İcbari Sığorta Bürosunun elektron informasiya sistemi tərəfindən avtomatik müəyyən edilən müvafiq nömrə;
3.1.2. 1-ci hissədə sığorta müqaviləsinin qüvvəyə minmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə), 2-ci hissədə sığorta müqaviləsinin qüvvədən düşmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə);
3.1.3. 3-cü hissədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin növü (standart və ya sərhəd sığorta müqaviləsi);
3.1.4. sığortaçı üzrə 4.1-ci bənddə adı, 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə rəsmi elektron poçt ünvanı;
3.1.5. 5-ci hissədə sığorta müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandığı halda həmin sığorta vasitəçisi üzrə aşağıdakı məlumatlar:
3.1.5.1. fiziki şəxs olduqda 5.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.5.2. hüquqi şəxs olduqda 5.1-ci bənddə adı, 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.6. 6-cı hissədə sığortalı üzrə aşağıdakı məlumatlar:
3.1.6.1. fiziki şəxs olduqda 6.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 6.2-ci bənddə fərdi identifikasiya nömrəsi, hərbi qulluqçulara münasibətdə onların şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, 6.3-cü bənddə sürücülük vəsiqəsi olduqda seriya və nömrəsi, 6.4-cü bənddə qeydiyyatda olduğu ünvan, 6.5-ci bənddə mobil telefon nömrəsi, 6.6-cı bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.6.2. hüquqi şəxs olduqda 6.1-ci bənddə adı, 6.2-ci bənddə VÖEN-i, 6.4-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerin) ünvanı, 6.5-ci bənddə telefon nömrəsi, 6.6-cı bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.7. avtonəqliyyat vasitəsi üzrə 7.1-ci bənddə dövlət qeydiyyat nişanı, 7.2-ci bənddə markası, 7.3-cü bənddə modeli, 7.4-cü bənddə qeydiyyat şəhadətnaməsində göstərilən ban nömrəsi, 7.5-ci bənddə qeydiyyat şəhadətnaməsində göstərilən mühərrikin nömrəsi, 7.6-cı bənddə qeydiyyat şəhadətnaməsində göstərilən şassi nömrəsi, 7.7-ci bənddə istehsal ili, 7.8-ci bənddə növü, 7.9-cu bənddə mühərrikin həcmi, 7.10-cu bənddə yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə, 7.11-ci bənddə avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin yerlərinin sayı;
3.1.8. 8-ci hissədə avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı;
3.1.9. 9-cu hissədə avtonəqliyyat vasitəsinin sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olub-olmaması;
3.1.10. 10-cu hissədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na uyğun olaraq sığorta haqqının hesablanması üçün baza sığorta haqqı məbləği və müvafiq əmsallar;
3.1.11. 11-ci hissədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na uyğun olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi vasitəsilə avtomatik hesablanan sığorta haqqı məbləği;
3.1.12. 12-ci hissədə şəhadətnaməni gücləndirilmiş elektron imza ilə təsdiq edən şəxs barədə (sığortaçının nümayəndəsi və ya sığorta vasitəçisi) məlumatla tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.13. 13-cü hissədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yaddaş vərəqilə tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.14. 14-cü hissədə sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda Mərkəzi Banka onlayn qaydada müraciət etmək üçün internet səhifəsinə yönləndirən müvafiq ştrix-kod;
3.1.15. 15-ci hissədə şəhadətnamənin mövcudluğunu SMS vasitəsilə yoxlamaq üçün müvafiq ştrix-kod;
3.1.16. 16-cı hissədə şəhadətnamənin yüklənməsi (elektron formada əldə edilməsi) üçün müvafiq ştrix-kod.
3.2. Bu Tələblərin 1 nömrəli Əlavəsində müəyyən edilmiş şəhadətnamənin 7.4-cü, 7.5-ci və 7.6-cı bəndlərində nəzərdə tutulan məlumatlardan ən azı biri qeyd olunmalıdır.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”ə Əlavə 1
AVTONƏQLİYYAT VASİTƏSİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN İCBARİ SIĞORTA ŞƏHADƏTNAMƏSİ
|
Şəhadətnamə №
|
|
|
|||||||||||||||||||||||||||
1. Qüvvəyə minmə tarixi və vaxtı:
|
|
|
|||||||||||||||||||||||||||
2. Qüvvədən düşmə tarixi və vaxtı:
|
|
|
|||||||||||||||||||||||||||
Sığorta növü:
|
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
|
||||||||||||||||||||||||||||
3. Sığorta müqaviləsinin növü:
|
|
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||||
4. Sığortaçı:
|
4.1. Adı:
|
|
|||||||||||||||||||||||||||
|
4.2. VÖEN:
|
|
|||||||||||||||||||||||||||
|
4.3. Ünvanı:
|
|
|||||||||||||||||||||||||||
|
4.4. Telefon nömrəsi:
|
|
|||||||||||||||||||||||||||
|
4.5. Elektron poçt ünvanı:
|
|
|||||||||||||||||||||||||||
5. Sığorta vasitəçisi:
|
5.1. Adı:
|
|
|||||||||||||||||||||||||||
|
5.2. VÖEN:
|
|
|||||||||||||||||||||||||||
|
5.3. Ünvanı:
|
|
|||||||||||||||||||||||||||
|
5.4. Telefon nömrəsi:
5.5. Elektron poçt ünvanı:
|
|
|||||||||||||||||||||||||||
6. Sığortalı:
|
6.1. Adı:
|
|
|||||||||||||||||||||||||||
|
6.2. FİN/VÖEN:
|
|
|||||||||||||||||||||||||||
|
6.3. Sürücülük vəsiqəsinin seriya və nömrəsi:
|
|
|||||||||||||||||||||||||||
|
6.4. Ünvanı:
|
|
|||||||||||||||||||||||||||
|
6.5. Telefon nömrəsi:
|
|
|||||||||||||||||||||||||||
|
6.6. Elektron poçt ünvanı:
|
|
|||||||||||||||||||||||||||
7. Avtonəqliyyat vasitəsi:
|
7.1. Dövlət qeydiyyat nişanı:
|
|
|||||||||||||||||||||||||||
|
7.2. Marka:
|
|
|||||||||||||||||||||||||||
|
7.3. Model:
|
|
|||||||||||||||||||||||||||
|
7.4. Ban nömrəsi:
|
|
|||||||||||||||||||||||||||
|
7.5. Mühərrik nömrəsi:
|
|
|||||||||||||||||||||||||||
|
7.6. Şassi nömrəsi:
|
|
|||||||||||||||||||||||||||
|
7.7. İstehsal ili:
|
|
|||||||||||||||||||||||||||
|
7.8. Növü:
|
|
|||||||||||||||||||||||||||
|
7.9. Mühərrikin həcmi:
|
|
|||||||||||||||||||||||||||
|
7.10. Maksimum kütlə:
|
|
|||||||||||||||||||||||||||
|
7.11. Sərnişin yerlərinin sayı:
|
|
|||||||||||||||||||||||||||
8. Avtonəqliyyat vasitəsini
idarə etmək hüququ olan şəxslərin sayı:
|
|
|
|||||||||||||||||||||||||||
9. Avtonəqliyyat vasitəsinin sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olması:
|
|
|
|||||||||||||||||||||||||||
Sığorta riskləri:
|
Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərər
|
||||||||||||||||||||||||||||
Sığorta məbləği:
|
·
Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 5 000 (beş min) manat.
|
||||||||||||||||||||||||||||
|
·
Üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə:
|
||||||||||||||||||||||||||||
|
-
Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat;
|
||||||||||||||||||||||||||||
|
-
Bir hadisə üzrə 50 000 (əlli min) manat.
|
||||||||||||||||||||||||||||
10. Sığorta haqqının hesablanması:
|
Baza sığorta haqqı:
|
||||||||||||||||||||||||||||
|
Bonus-Malus əmsalı:
|
||||||||||||||||||||||||||||
|
Avtonəqliyyat vasitəsinin növünə görə əmsal:
|
||||||||||||||||||||||||||||
|
Sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal:
|
||||||||||||||||||||||||||||
|
Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal:
|
||||||||||||||||||||||||||||
|
Avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal:
|
||||||||||||||||||||||||||||
|
Avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal:
|
||||||||||||||||||||||||||||
|
Avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin
hüquqi şəxs olmasına görə əmsal:
|
||||||||||||||||||||||||||||
11. Sığorta haqqı (manat):
|
|
||||||||||||||||||||||||||||
Sığorta haqqının
ödənilməsi qaydası:
|
Birdəfəlik və nağdsız qaydada
|
||||||||||||||||||||||||||||
Təminatın qüvvədə olduğu ərazi:
|
Azərbaycan Respublikası
|
||||||||||||||||||||||||||||
Sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda (012) 966, (012) 493-50-58 telefon nömrələri ilə əlaqə saxlayaraq və ya www.cbar.az internet səhifəsində mövcud olan “onlayn müraciət” bölməsi vasitəsilə Azərbaycan Republikasının Mərkəzi Bankına şikayətlə müraciət edə bilər.
Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 27
|
|||||||||||||||||||||||||||||
|