×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
27.12.2022
QEYDİYYAT NÖMRƏSİ
762-VIQD
ADI
“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15.01.2023, Nəşr nömrəsi: 9), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 14.01.2023), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.01.2023, Nəşr nömrəsi: 1, Maddə nömrəsi: 29)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.01.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202212270762
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.01.2023

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD nömrəli Qanunu) 2-ci maddəsinə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikası yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2022-ci il

№762-VIQD


 

 

Azərbaycan Respublikasının 2022-ci il 27

dekabr tarixli 762-VIQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.


 

 

Azərbaycan Respublikasının 2022-ci il 27

dekab rtarixli 762-VIQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

 

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)”

Azərbaycan Respublikası yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində ətrafı 1,3 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış, dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır.

2.2. Xarici və daxili konturların arasında göy minalı fonda yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ” sözləri, aşağı hissədə mərkəzdən “100” rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.3. Daxili çevrənin içərisində kitab, qılınc, tərəzi atributları təsvir edilmişdir.

2.4. Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin səthi hamardır, 1,3 mm enində zolaqlarla konturlanmışdır və mərkəzində üç sətrə bölünməklə “AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ” sözləri, sözlərdən aşağıda bir sətirdə “1923–2023” rəqəmləri yazılmışdır. Bütün yazılar qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində palıd yarpaqlarından ibarət çələng təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Xara lentin mərkəzində 12 mm enində göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində mavi rəngli, 3 mm enində göy rəngli, 3,5 mm enində ağ rəngli, 3 mm enində göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.


 

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status