×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.12.2022
QEYDİYYAT NÖMRƏSİ
760-VIQD
ADI
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02.02.2023, Nəşr nömrəsi: 23), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 01.02.2023), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2023, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 202)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.02.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202212230760
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.02.2023
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298; 2018, № 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368, № 5, maddə 814, № 8, maddə 1375; 2020, № 6, maddə 670, № 7, maddə 832; 2021, № 8, maddə 894; 2022, № 2, maddə 91) aşağıdakı məzmunda 29.5-ci maddə əlavə edilsin:

“29.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək bu Məcəllənin 38-ci, 43–47-ci və 119–145-ci maddələri üzrə çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. Kirayəçi bu Məcəllənin 43.2.1–43.2.3-cü və 125.2.6-cı maddələri ilə müəyyən edilmiş sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən bu Məcəllənin 125.2.12-ci, 125.2.13-cü və 125.3-cü maddələri ilə müəyyən edilmiş ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 dekabr 2022-ci il

                760-VIQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status