×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.02.2023
QEYDİYYAT NÖMRƏSİ
49
ADI
“Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli Qərarında dəyişiklik edilməsi və “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli Qərarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 22.02.2023, Nəşr Nömrəsi: 40), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 16.02.2023)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.02.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202302140049
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.02.2023
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli Qərarında dəyişiklik edilməsi və “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli Qərarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1475, № 11, maddə 2152; 2018, № 10, maddə 2157) 2 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 30-cu hissəsi ləğv edilsin.

2. “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 59; 2003, № 6, maddə 351; 2007, № 11, maddə 1186; 2009, № 1, maddə 22; 2016, № 8, maddə 1449) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 14 fevral 2023-cü il

     № 49

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status