×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
24.02.2023
QEYDİYYAT NÖMRƏSİ
11/2
ADI
“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 mart tarixli 16/1 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202302240112
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2023
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

№ 11/2

 

Bakı şəhəri                                                                                              24 fevral 2023-cü il

 

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 mart tarixli 16/1 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 11-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 mart tarixli 16/1 nömrəli Qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri

Taleh Kazımov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 11/2

24 fevral 2023-cü il

 

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 mart tarixli 16/1 nömrəli Qərarında dəyişikliklər

 

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 mart tarixli 16/1 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. adına və birinci hissəsinə “xarici valyutanın” sözlərindən sonra “və xarici valyutada qiymətli kağızların” sözləri əlavə edilsin;

2. həmin Qərarla təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları” üzrə:

2.1. adına “xarici valyutanın” sözlərindən sonra “və xarici valyutada qiymətli kağızların” sözləri əlavə edilsin;

2.2. 1.2-ci bəndə “çıxarılması” sözündən sonra “, habelə xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” sözləri əlavə edilsin;

2.3. 1.3-cü bəndə “xarici valyuta” sözlərindən sonra “, “xarici valyutada qiymətli kağızlar” sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.”;

2.5. 2-ci hissənin adına “Xarici valyutanın” sözlərindən sonra “və xarici valyutada qiymətli kağızların” sözləri əlavə edilsin;

2.6. 2.1-ci bəndə “xarici valyutanı” sözlərindən sonra “və xarici valyutada qiymətli kağızları nominal məbləğindən asılı olmayaraq” sözləri əlavə edilsin;

2.7. 2.2-ci bənddə “xarici valyutanı” sözləri “nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları” sözləri ilə əvəz edilsin və həmin bənddən “nağd şəkildə” sözləri çıxarılsın;

2.8. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən artıq xarici valyutada qiymətli kağızları əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından çıxara bilərlər.”.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status