×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.03.2023
QEYDİYYAT NÖMRƏSİ
2064
ADI
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11.03.2023, Nəşr Nömrəsi: 54), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 10.03.2023)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.03.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202303102064
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.03.2023

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1928 nömrəli və 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilsin:

“- “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə

- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə”.

2. 7-ci hissənin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 6 - 17-ci bəndlər əlavə edilsin:

“6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

7. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi

8. elektrik enerjisinin ötürülməsinə icazə verilməsi

9. elektrik enerjisinin paylanmasına icazə verilməsi

10. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi

11. qazın istehsalına və təbii qazın emalına icazə verilməsi

12. qazın nəqli üçün icazə verilməsi

13. qazın paylanmasına icazə verilməsi

14. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi

15. neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi

16. neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi

17. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2023-cü il

2064

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status