×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.03.2023
QEYDİYYAT NÖMRƏSİ
83
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 57 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 203 nömrəli və “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15.03.2023, Nəşr Nömrəsi: 57), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 11.03.2023)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.03.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202303090083
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.03.2023
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 57 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 203 nömrəli və “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173; 2019, № 7, maddə 1319; 2020, № 10, maddə 1300, № 11, maddə 1415; 2022, № 4, maddə 413; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.6-cı və 2.2-ci bəndlərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 57 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 243; 2005, № 6, maddə 536; 2006, № 3, maddə 295, № 10, maddə 1705; 2020, № 11, maddə 1415; 2021, № 10, maddə 1198) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci, 1.4-cü, 1.5-ci (hər iki halda), 1.12-ci, 2.6-cı, 8.9-cu bəndlərdə ismin müvafiq hallarında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qaydaya 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə narkotik vasitələrin, psixotrop maddələrin oğurlanması və itməsi haqqında təqdim olunan növbədənkənar məlumat forması”nın adında və “Təqdim etmək qaydası” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2012, № 3, maddə 255; 2017, № 10, maddə 1912; 2018, № 5, maddə 1149, № 11, maddə 2458; 2020, № 10, maddə 1300; 2021, № 9, maddə 1070; 2022, № 4, maddə 404; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 Qərarı) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 17-ci hissəsinin ikinci cümləsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1063; 2006, № 5, maddə 476; 2013, № 8, maddə 995; 2015, № 7, maddə 878; 2016, № 9, maddə 1585; 2020, № 11, maddə 1414; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.3-cü bəndində və 3.1.1-ci yarımbəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 610; 2020, № 11, maddə 1411; 2022, № 7, maddə 819) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 9 mart 2023-cü il

     № 83

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status