Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydasının təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin təqdim etdikləri «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin müəyyən edilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası ərazisində fiziki şəxslərin mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyəri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 16 mart tarixli 58 nömrəli qərarının birinci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri, A. RASİZADƏ.
Bakı şəhəri, 28 iyun 1999-cu il
№ 110
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması
Qaydası
I. Binaların inventar dəyərinin müəyyən edilməsi
1.1. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri onların texniki inventarlaşdırılması əsasında müəyyənləşdirilir.
1.2. Binaların inventar dəyəri qiymətləndirmə anında mövcud olan fiziki köhnəlmə dəyəri çıxılmaqla, həqiqi dəyəri üzrə müəyyən edilir.
1.3. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri əmsallar və qüvvədə olan indeks (inflyasiya dərəcəsi) nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:
1.3.1. Fərdi yaşayış (təqdim olunmuş layihə-smeta sənədlərinə əsasən tikilmiş və sonradan özəlləşdirilmiş kommunal fərdi evlərdən başqa) və bağ evlərinin inventar dəyərinin müəyyən edilməsi.
1.3.1.1. Azərbaycan Respublikasının ayrı-ayrı zonalarında yerləşən fərdi yaşayış və bağ evlərinin inventar dəyərləri bu Qaydanın 1 nömrəli və 2 nömrəli əlavələrinə əsasən, binanın 1 kub metrinin baza qiyməti normalarına 42700 artım əmsalı tətbiq edilməklə hesablanır.
1.3.1.2. Üç və ya artıq mərtəbəli binaların inventar dəyəri hesablanarkən həmin binanın bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən 1 kub metrinin dəyəri ikinci mərtəbədən başlayaraq, hər mərtəbə üçün özündən əvvəlki mərtəbənin 1 kub metrinin dəyərindən 5 faiz miqdarında az qəbul olunur.
1.3.1.3. Binaların fasadına üzlük çəkilmişsə və ya suvanmışsa, onda həmin binanın hər qiymət toplusunda göstərilən 1 kub metrinin dəyəri 4,5 faiz artırılır.
1.3.1.4. Mərtəbə arası və çardağ örtüyü dəmir-beton olduğu halda 1,1 keçid əmsalı tətbiq olunur.
1.3.1.5. Zirzəmi və yarım zirzəmi qiymətləndirilərkən müvafiq olaraq, 0,60 və 0,85 keçid əmsalları tətbiq olunur.
1.3.1.6. Binanın həcmi bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş maksimum həcmdən 30 faiz çox olarsa 0,95 əmsalı qəbul olunur.
1.3.2. Özəlləşdirilmiş mənzillərin (təsdiq olunmuş layihə-smeta sənədlərinə əsasən tikilmiş və sonradan özəlləşdirilmiş kommunal fərdi evlər də daxil olmaqla) inventar dəyərinin müəyyən edilməsi.
1.3.2.1. Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzillərin inventar dəyəri texniki pasport tərtib edildikdən sonra aşağıdakı qaydada hesablanır:
1.3.2.2. Binanın ilkin balans dəyəri əsas götürülərək, aşınma ayırmaları çıxılır, vahid həcminin dəyəri təyin edilərək mənzilin həcminə vurulur.
1.3.2.3. «Tikildiyi vaxtdan asılı olaraq, əsas vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 29 yanvar tarixli 57 nömrəli, 1994-cü il 16 iyun tarixli 238 nömrəli və 1996-cı il 2 avqust tarixli 99 nömrəli qərarlarında bina və qurğular üçün nəzərdə tutulmuş əmsallar analoji olaraq, yaşayış binaları üçün tətbiq edilməklə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq təyin edilir.
1.4. Qeyri-yaşayış binalarının inventar dəyərinin müəyyən edilməsi.
1.4.1. Qeyri-yaşayış binaları texniki pasport üzrə inventarlaşdırılır, qiymətləndirilməsi isə xidmət illərinə müvafiq aşınma ayırmaları çıxılmaqla, inflyasiya dərəcəsi bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun aparılır.
[2]
1.4.2. Qeyri-yaşayış binalarının da fiziki aşınmasının qiymətləndirilməsi analoji olaraq, yaşayış binalarının fiziki aşınmasının qiymətləndirilməsi qaydalarına müvafiq aparılır.
1.4.3. Özəlləşdirilmiş binaların inventar dəyəri bu Qaydada göstərilən bəndlərə uyğun olaraq müəyyən edilir.
1.5. Fiziki şəxslərin mülkiyyətində olan, normativ xidmət müddətini başa çatdırmış, ilkin balans dəyəri olmayan, eləcə də balans dəyəri binanın həqiqi vəziyyətinə uyğun gəlməyən binaların (fərdi yaşayış fondundan başqa) həqiqi dəyərini müəyyənləşdirmək üçün, həmin binalar yerində xüsusi komissiyanın iştirakı ilə texniki cəhətdən inventarlaşdırılır, faktiki vəziyyəti müəyyənləşdirilir, hər bir konstruktiv elementin faktiki vəziyyətinə görə köhnəlmə faizi bu Qaydanın 4 nömrəli əlavəsinə müvafiq təyin olunur.
Yuxarıda qeyd olunmuş binaların inventar dəyəri Azərbaycan Respublikasında, axırıncı dəfə 1972-ci ildə aparılmış yenidənqiymətləndirmə zamanı tətbiq edilmiş qiymət toplusundan və bu Qaydanın 3 nömrəli əlavəsindən istifadə edərək, aşınması çıxılmaqla təyin olunur.
II. Qiymətləndirmənin nəticələrinin rəsmiləşdirilməsi
[3]
İşin nəticələrinə görə icraçı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri) sifarişçiyə (bələdiyyə vergi xidməti orqanına) binanın qiymətləndirilməsinin yekun icmal cədvəlini (bu Qaydaya 5 nömrəli əlavə) təqdim edir. Yekun icmal cədvəli işin icraçıları tərəfindən imzalanır və icraçı təşkilatın rəisi tərəfindən təsdiq edilir.
[4]
«Fiziki şəxslərin mülkiyyətində olan
binaların inventar dəyərinin
hesablanması Qaydası»na
1 nömrəli əlavə
Vətəndaşlara məxsus tikililərin qiymətləndirilməsində qiymət normalarının
təyin edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayonlarının zonalara bölünməsi
SİYAHISI
[5]
|
|
|
|
|
|
|
|
«Fiziki şəxslərin mülkiyyətində
olan binaların inventar dəyərinin
hesablanması Qaydası»na
2 nömrəli əlavə
Azərbaycan Respublikasının şəhər və kənd yerlərində vətəndaşlara məxsus müxtəlif tipli binaların qiymətləndirmə normalarının toplu cədvəli
(1 kubmetr həcminin dəyəri manatla)
|
|
|
|
|||||
|
|
|||||||
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
«Fiziki şəxslərin mülkiyyətində
olan binaların inventar dəyərinin
hesablanması Qaydası»na
3 nömrəli əlavə
Özəlləşmiş mənzil və binaların (fərdi və bağ evlərindən başqa) tikilmə ilinə uyğun
inflyasiya dərəcələri
Cədvəli
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd. Özəlləşdirilmiş mənzil və binaların inventar dəyəri Azərbaycan Respublikasında axırıncı dəfə 1972-ci ildə aparılmış yenidənqiymətləndirmə göstəriciləri əsasında (aşınması çıxılmaqla), 36373 artım əmsalı nəzərə alınaraq təyin olunur.
«Fiziki şəxslərin mülkiyyətində
olan binaların inventar dəyərinin
hesablanması Qaydası»na
4 nömrəli əlavə
Binaların fiziki köhnəlməsinin təyini
Binaların fiziki köhnəlməsi texniki inventarlaşdırma əsasında aşağıdakı formula ilə təyin olunur:
Bk faizi = (E (XuBe)) / 100
Bk faizi — binanın köhnəlmə faizi
Xu — binanın dəyərində konstruktiv elementlərin xüsusi çəkisi (qiymət toplusu üzrə)
Be — konstruktiv elementlərin müəyyən olunmuş köhnəlmə faizi
E (XuBe) — binanın dəyərində konstruktiv elementlərin xüsusi çəkilərinin həmin konstruktiv elementlərin köhnəlmə faizinə vurulmaları nəticələrinin cəmi.
Binanın konstruktiv elementlərinin biri olmadıqda və ya əlavə abadlıq elementləri bir neçə növ olduqda, binanın orta fiziki köhnəlməsi aşağıdakı qaydada təyin olunur:
Qiyməti təyin olunacaq binanın texniki xarakteristikalarına (əsaslıq qrupuna) uyğun olaraq, qiymət toplusundan həmin binanın ayrı-ayrı konstruktiv elementlərinin xüsusi çəkiləri üçün verilən köməkçi cədvəldən istifadə olunaraq, hər konstruktiv elementin xüsusi çəkiləri aradan götürülür və bu xüsusi çəkiləri texniki inventarlaşdırma əsasında həmin binanın naturada konstruktiv elementləri ilə tutuşdurularaq, düzəlişlər (artıq və əskiklər) edilir. Bu dəyişikliklər binanın ayrı-ayrı konstruktiv elementlərinin xüsusi çəkilərində nəzərə alınır. Naturada hər bir konstruktiv elementlərin xüsusi çəkiləri, həmin binanın uyğun konstruktiv elementlərinin naturada təyin edilmiş köhnəlmə faizinə vurulur. Bunların cəmi düzəliş edilmiş ayrı-ayrı konstruktiv elemetlərin xüsusi çəkilərinin cəminə bölünərək, binanın naturadakı köhnəlməsi təyin edilir.
Yəni
Bk faizi = (E (XuBe) / EXu
Bk faizi — binanın köhnəlmə faizi
EXu — binanın ayrı-ayrı konstruktiv elementlərinin külliyatdan götürülmüş xüsusi çəkilərindən düzəlişlər tətbiq edildikdən sonrakı xüsusi çəkilərinin cəmi.
E (XuBe) — binanın düzəliş nəzərə alınmaqla, ayrı-ayrı konstruktiv elementlərinin naturada müəyyən edilmiş köhnəlmə faizinə vurulmaları nəticələrinin cəmi. Nəzərə almaq lazımdır ki, həddən artıq köhnəlmiş (köhnəlməsi 70 faiz və artıq) tikililər yararsız vəziyyətə (qəza vəziyyətinə) düşmüş tikili sayılır və istifadə edilməsi məqsədəuyğun hesab edilmir.
«Fiziki şəxslərin mülkiyyətində
olan binaların inventar dəyərinin
hesablanması Qaydası»na
5 nömrəli əlavə
[9]
Fiziki şəxslərin mülkiyyətində olan binaların qiymətləndirilməsinin Azərbaycan Respublikasının______________________________ rayonu (şəhəri) üzrə
icmal cədvəli
|
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İştirakçıların imzaları: ___________________________
___________________________ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin rəisi: ___________________________
«___»_____________________19_____ il.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2006-cı il tarixli 55 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 203)
2.
9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731)
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2002-ci il tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 448)
4.
25 dekabr 2006-cı il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1161)
5.
9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584)
6.
10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586)
7.
30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
8.
25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)
9.
3 may 2016-cı il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 943)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 may 2016-cı il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 943) ilə ləğv edilmişdir;
[2]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2006-cı il tarixli 55 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 203) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”na I bölmənin 1.4.1-ci yarımbəndində “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qərarları ilə təsdiq edilmiş texniki pasport formaları” sözləri “texniki pasport” sözləri ilə əvəz edilmişdir;
[3]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2002-ci il tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 448) ilə "Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası"nın II bölməsinin birinci cümləsində "(yerli dövlət vergi müfəttişliyi orqanına)" sözləri "bələdiyyə vergi xidməti orqanına" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2006-cı il tarixli 55 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 203) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”na:
II bölmədə “(texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları)” sözləri “(Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları)” sözləri ilə əvəz edilmişdir.
9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”nın II bölməsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir.
[4]
30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası"nın II bölməsində "(Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları)" sözləri "(Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri)" sözləri ilə əvəz edilmişdir, həmin qaydaya 5 nömrəli əlavə - "Fiziki şəxslərin mülkiyyətində olan binaların qiymətləndirilməsinin Azərbaycan Respublikasının _____________rayonu (şəhəri) üzrə icmal cədvəli"ndə "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumunun" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin" sözləri ilə əvəz edilmişdir.
[5]
25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566) ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”na 1 nömrəli əlavə — “Vətəndaşlara məxsus tikililərin qiymətləndirilməsində qiymət normalarının təyin edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayonlarının zonalara bölünməsi Siyahısı”nın “2-ci zona” bölməsində “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilmişdir.
[6]
25 dekabr 2006-cı il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1161) ilə “Vətəndaşlara məxsus tikililərin qiymətləndirilməsində qiymət normalarının təyin edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayonlarının zonalara bölünməsi Siyahısı”nın “1-ci zona” hissəsində “Xırdalan qəsəbəsi” sözləri “Xırdalan şəhəri” sözləri ilə əvəz edilmişdir.
[7]
10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586) ilə «Vətəndaşlara məxsus tikililərin qiymətləndirilməsində qiymət normalarının təyin edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayonlarının zonalara bölünməsi Siyahısı»nın «1-ci zona» hissəsində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilmişdir.
[8]
9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584) ilə «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası»na 1 nömrəli əlavə - «Vətəndaşlara məxsus tikililərin qiymətləndirilməsində qiymət normalarının təyin edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayonlarının zonalara bölünməsi Siyahısı»nın «2-ci zona» bölməsində «Xanlar» sözü «Göygöl» sözü ilə əvəz edilmişdir.
[9]
9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası”na 5 nömrəli əlavədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir.