220.000.000
370.000.000
380.000.000
350.000.000
230.000.000
310.000.000
340.000.000
420.000.000
010.000.000
070.000.000
390.000.000
180.000.000
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 400) 2-ci bəndinin dördüncü və beşinci abzaslarında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
2. "Rabitə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 624 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 464) 2-ci bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
2.1. səkkizinci abzasda "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin;
2.2. doqquzuncu abzasda "nazirlikləri, dövlət komitələri, baş idarələri, şirkətləri və konsernləri" sözləri "mərkəzi icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin.
3. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 oktyabr tarixli 639 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 11) 1-ci bəndinin üçüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
4. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 176; 2002-ci il, № 8, maddə 478) 2-ci bəndinin altıncı, on ikinci, on üçüncü, on altıncı abzaslarında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
5. "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 448; 2001-ci il, № 12, maddə 755) 2-ci bəndinin yeddinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
6. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 665; 1999-cu il, № 2, maddə 66, № 8, maddə 182; 2001-ci il, № 12, maddə 755; Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 966 və 980 nömrəli fərmanları) ilə təsdiq edilmiş aşağıdakı siyahılara əlavələr və dəyişikliklər edilsin:
6.1 "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın II bölməsinə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi";
6.2. "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda:
- I bölmənin 4-cü bəndinə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"DSX" - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti";
- II bölmənin 1-7, 12, 19, 22, 24, IV bölmənin 36, 37, 63, 64, 74, V bölmənin 75-82, 85 və 87-ci bəndlərində "DSX" sözü əlavə edilsin;
- II bölmənin 20-ci bəndindən "MTN-nin" sözü çıxarılsın və həmin bənddə "MTN" sözündən sonra "DSX" sözü əlavə edilsin.
[1]
7. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 89; 2002-ci il, № 8, maddə 478) 2-ci bəndinin ikinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
8. "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 134 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 304) 2-ci bəndinin üçüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
9. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 14 may tarixli 135 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 305; 1999-cu il, № 12, maddə 707) ikinci bəndinin üçüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 9, maddə 593; 2002-ci il, № 7, maddə 480; 2003-cü il, № 6, maddə 290) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 11-ci maddəsinin 1-ci bəndinin dördüncü abzasında "Nazirliklərinin" sözündən sonra ", Dövlət Sərhəd Xidmətinin" sözləri əlavə edilsin.
11. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 174 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 484; 2002-ci il, № 8, maddə 478) 3-cü bəndinin beşinci və yeddinci abzaslarında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ",Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
12. "Terrorizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 495) 2-ci bəndinin üçüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
13. "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 29) 2-ci bəndinin ikinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
[2]
14. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 432; 2002-ci il, № 8, maddə 478) 2-ci bəndinin dördüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"a (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 511; Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 941 nömrəli Fərmanı) aşağıdakı əlavə və dəyişiklik edilsin:
15.1. 1.7-ci, 1.12-ci və 4.3-cü bəndlərin "İcraçı orqan" sütununda "Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin;
15.2. 2.23-cü bəndin "İcraçı orqan" sütununda "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Sərhəd Xidməti" sözləri ilə əvəz edilsin.
16. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 610; 2001-ci il, № 10, maddə 646; 2002-ci il, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003-cü il, № 8, maddə 434) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
16.1. 2-ci bəndin dördüncü abzasında "vergilər nazirlikləri" sözlərindən sonra ",Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin;
16.2. 2-ci bəndin yeddinci abzasında "milli təhlükəsizlik" sözlərindən sonra ",sərhəd xidməti" sözləri əlavə edilsin;
16.3. 3-cü bəndin üçüncü abzasında "270, 271-285, 318 və 319-cu" sözləri "270 və 271-285-ci" sözləri ilə əvəz edilsin;
16.4. 3-cü bəndin səkkizinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin;
16.5. 3-cü bəndə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318 və 319-cu maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti.”.
17. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484; 2003-cü il, № 6, maddə 299) aşağıdakı əlavə və dəyişiklik edilsin:
17.1. 2-ci bəndin ikinci abzasında "(Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözlərindən sonra ",Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin;
17.2. 2-ci bəndin iyirminci və 3-cü bəndin otuz səkkizinci abzaslarında "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 795) ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"na aşağıdakı əlavələr edilsin:
18.1. 1-ci bəndin birinci və üçüncü abzaslarında "Milli Təhlükəsizlik Nazirliyi" və "Milli Təhlükəsizlik Nazirliyinin" sözlərindən sonra müvafiq olaraq ", Dövlət Sərhəd Xidməti" və ", habelə Dövlət Sərhəd Xidmətinin" sözləri əlavə edilsin;
18.2. 4-cü bəndin ikinci abzasında "Milli Təhlükəsizlik Nazirliyinə" sözlərindən sonra ",habelə Dövlət Sərhəd Xidmətinə" sözləri əlavə edilsin.
19. "Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 398) 2-ci bəndinin ikinci və üçüncü abzaslarında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
20. "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, № 8, maddə 478) I bəndinə aşağıdakı əlavələr və dəyişiklik edilsin:
20.1. birinci abzasda "vergilər nazirlikləri" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin;
20.2. üçüncü abzasdan ",insanların güdülməsini, binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini" sözləri çıxarılsın;
20.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin və dördüncü-altıncı abzaslar müvafiq olaraq beşinci-yeddinci abzaslar hesab edilsin:
"İnsanların güdülməsini, binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının milli təhlükəsizlik və daxili işlər nazirlikləri, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;".
21. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 591) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilsin:
21.1. 10.24-cü bənddə "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin;
21.2. 10.28-ci bənddə "Milli Təhlükəsizlik Nazirliyini" sözlərindən sonra ", Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini" sözləri əlavə edilsin.
22. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 264) 2-ci bəndinin dördüncü abzasında "Müdafiə Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
23. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 saylı Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 409) 37-ci bəndində "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Sərhəd Xidməti" sözləri ilə əvəz edilsin.
24. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu"nun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 428) 4-cü bəndində "milli təhlükəsizlik" sözlərindən sonra ", sərhəd xidməti" sözləri əlavə edilsin.
25. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 299) ilə təsdiq edilmiş "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair" Tədbirlər planının 4, 7, 10-cu bəndlərində "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.
26. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 yanvar 2004-cü il
№ 12
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 229)
- 11 sentyabr 2014-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1055)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 229) ilə 6-cı bənd ləğv edilmişdir.
[2]
11 sentyabr 2014-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1055) ilə 13-cü bənd ləğv edilmişdir.