×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.05.2023
QEYDİYYAT NÖMRƏSİ
2143
ADI
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20.05.2023, Nəşr nömrəsi: 105), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 19.05.2023)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2024
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202305192143
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2023
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.8-ci, 1.1.38-ci, 1.1.59-cu maddələrində, 8.2-ci maddəsinin ikinci cümləsində, 12.1.6-cı, 14.1.7-ci, 14.1.12-ci, 14.1.13-cü, 14.1.18-ci, 14.2.2-ci, 14.3.1-ci, 14.3.2-ci, 16.1.12-ci, 16.1.13-cü, 16.1.14-cü, 16.2.2-ci, 16.4.1-ci, 16.4.2-ci, 17.3-cü, 18.5.5-ci, 18.7-ci maddələrində, 19.16-cı maddəsinin ikinci cümləsində, 20.3-cü, 23.2.12-ci, 26.7-ci, 29.5.2-ci, 33.1-ci, 36.3-cü, 37.1-ci, 37.4-cü, 38-ci, 41.2-ci, 42.2-ci, 42.3.2-ci, 42.3.5-ci, 42.3.6-cı, 42.5.1-ci (hər iki halda), 42.5.6-cı, 42.6-cı, 42.7-ci (hər üç halda) və 42.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.8-ci, 18.7-ci, 33.1-ci, 42.5.1-ci (ikinci halda) və 42.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 37.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.4. həmin Qanunun 1.1.38-ci, 1.1.59-cu, 14.1.7-ci, 17.3-cü, 29.5.2-ci və 37.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 42.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 8.2-ci maddəsinin ikinci cümləsində, 12.1.6-cı, 14.1.12-ci, 14.1.13-cü, 14.1.18-ci, 14.2.2-ci, 14.3.1-ci, 14.3.2-ci, 16.1.12-ci, 16.1.13-cü, 16.1.14-cü, 16.2.2-ci, 16.4.1-ci, 16.4.2-ci, 18.5.5-ci maddələrində, 19.16-cı maddəsinin ikinci cümləsində, 20.3-cü, 23.2.12-ci, 26.7-ci, 36.3-cü, 38-ci, 41.2-ci, 42.3.2-ci, 42.3.6-cı, 42.5.1-ci (birinci halda), 42.7-ci (ikinci halda) və 42.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 42.3.5-ci və 42.5.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

1.8. həmin Qanunun 42.6-cı və 42.7-ci (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. altı ay müddətində:

2.2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.2. həmin Qanunun 37.4-cü maddəsinə uyğun olaraq, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.3. həmin Qanunun 29.5.2-ci maddəsinə uyğun olaraq, sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddəti müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.4. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1. həmin Qanunun 1.1.38-ci maddəsinə uyğun olaraq, elektrik şəbəkəsinə dair qaydaları;

2. həmin Qanunun 1.1.59-cu maddəsinə uyğun olaraq, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini;

3. həmin Qanunun 14.1.7-ci maddəsinə uyğun olaraq, elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısını;

4. həmin Qanunun 17.3-cü maddəsinə uyğun olaraq, qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydalarını;

5. həmin Qanunun 37.1-ci maddəsinə uyğun olaraq, mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısını;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:

3.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarını;

3.1.2. həmin Qanunun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

3.1.3. həmin Qanunun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının texniki istismar qaydalarını;

3.1.4. həmin Qanunun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri;

3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.

5. Bu Fərman (bu Fərmanın 2.1-ci bəndi istisna olmaqla) 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 may 2023-cü il

     2143

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status