×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.06.2004
QEYDİYYAT NÖMRƏSİ
714-IIQ
ADI
Poçt haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-09-2004, Nəşr nömrəsi: 204), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2004, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 604)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.09.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Poçt rabitəsi haqqında

Poçt haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu qanun Azərbaycan Respublikasında poçt sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir, poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir. [1]

 

I Fəsil

Ümumİ müddəalar [2]

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

1.0.1. Poçt rabitəsi - poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemi;

1.0.2. Poçt rabitəsi xidmətləri - poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyəti;

1.0.3. Universal poçt rabitəsi xidmətləri - Azərbaycan Respublikasının ərazisində əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi müyəssər tariflərlə göstərilən və ümumi istifadədə olan poçt rabitəsi xidmətləri;

1.0.4. Sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti;

1.0.5. Kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması;

1.0.6. Poçt rabitəsi operatoru - poçt rabitəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;

1.0.7. Poçt rabitəsinin milli operatoru (milli operator) - müvafiq icra hakimiyyəti orqanı tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru; [3]

1.0.8. Poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalar;

1.0.9. Sadə poçt göndərişi - göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişi;

1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi;

1.0.11. Sekoqram - içərisində korlar üçün nəzərdə tutulmuş qabarıq şriftli nəşrlər olan poçt göndərişi;

1.0.12. Nəzarət keçid müddətləri - müvafiq icra hakimiyyəti orqanı tərəfindən poçt göndərişinin qəbulundan ünvan sahibinə çatdırılmasınadək təyin edilmiş müddətlər;

1.0.13. Bəyan olunmuş qiymət - poçt göndərişinin qəbulu zamanı göndərici tərəfindən bəyan edilmiş və poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki əşyaların zədələnməsi hallarında ona və ya onun təyin etdiyi şəxsə ödəniləcək kompensasiyanın məbləği;

1.0.14. Beynəlxalq poçt mübadiləsi yeri - beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti;

1.0.15. Beynəlxalq poçt mübadiləsi məntəqəsi - beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer;

1.0.16. Xidməti poçt göndərişi - poçt rabitəsi operatorları tərəfindən xidməti məqsədlə göndərilən poçt göndərişi;

1.0.17. Poçt çeki - poçt operatoru tərəfindən cari poçt hesabının sahibinə verilən və təqdim edənə ödənilən pul sənədi.

1.0.18. poçt-maliyyə xidmətləri (bundan sonra - maliyyə xidmətləri) - milli operator tərəfindən bu qanuna müvafiq olaraq maliyyə sahəsində həyata keçirilən fəaliyyət;

1.0.19. poçt hesabı - fiziki və hüquqi şəxslərin pul vəsaitləri ilə əməliyyatların aparılması üçün milli operator tərəfindən açılan hesab;

1.0.20. poçt əmanəti - müvafiq müqaviləyə uyğun olaraq faizlər hesablanmaqla əmanəti ilk tələb üzrə qaytarmaq şərti ilə (tələbli) və ya müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmaq şərti ilə (müddətli), yaxud qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə milli operator tərəfindən fiziki və hüquqi şəxslərdən nağd və ya köçürmə yolu ilə qəbul edilən və onların poçt hesablarında əks olunan pul vəsaiti; [4]

1.0.21. maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum. [5]

Maddə 2. Poçt rabitəsi haqqında qanunvericilik

2.1. Poçt rabitəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Ələt azad iqtisadi zonasında poçt-maliyyə xidmətləri sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [6]

 

II Fəsil

Poçt rabİtəsİnİn İdarə edİlməsİ və tənzİmlənməsİ

Maddə 3. Poçt rabitəsinin idarə edilməsi

3.0. Azərbaycan Respublikasında poçt rabitəsini idarə edən müvafiq icra hakimiyyəti orqanı:

3.0.1. Poçt rabitəsi sahəsində öz fəaliyyətini bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirir;

3.0.2. Poçt rabitəsi sahəsində dövlət nəzarətini həyata keçirir;

3.0.2-1. pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir; [7]

3.0.3. Poçt rabitəsi sahəsində dövlət proqramlarını işləyib hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirir;

3.0.4. Poçt rabitəsi xidmətlərinin standartlarını müəyyən edir;

3.0.5. Poçt rabitəsi sahəsində vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.6. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanı ilə birgə qanunvericiliyə uyğun müəyyən edir;

3.0.7. Poçt göndərişlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edir;

3.0.8. Poçt rabitəsi sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq sənədlərə qoşulması barədə təklif verir;

3.0.9. Milli operatoru təyin edir və onun vəzifələrini müəyyənləşdirir.

Maddə 4. Poçt rabitəsi sahəsinin tənzimlənməsi

4.1. Poçt rabitəsi sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada tənzimlənir:

4.1.1. Universal poçt rabitəsi xidmətlərinin göstərilməsinin ümumi qaydalarının təsdiqi, keyfiyyət normativlərinin müəyyən edilməsi və bu xidmətlərin tariflərinə dair təkliflər verilməsi;

4.1.2. Poçt rabitəsinin növlərinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi;

4.1.3. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasının müəyyən edilməsi;

4.1.4. Poçt indekslərinin və nəzarət keçid müddətlərinə dair normativlərin təsdiq edilməsi;

4.1.5. Poçt rabitəsi xidmətlərinin keyfiyyətinə qanunvericiliyə uyğun nəzarət edilməsi;

4.1.6. İstifadəçilərin hüquq və maraqlarının qorunmasının təmin edilməsi;

4.1.7. Milli operatorun fəaliyyəti üzrə beynəlxalq əlaqələrinin təşkili;

4.1.8. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq fövqəladə hallarda poçt rabitəsi şəbəkələrinin idarə edilməsi ilə bağlı qaydaların hazırlanması.

4.2. Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. Milli operatorun fəaliyyətinin maliyyələşmə mənbələri

5.0. Milli operatorun fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

5.0.1. Poçt rabitəsi və maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlirlər; [8]

5.0.2. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinə uyğun olaraq, poçtla reklam yayımından və poçt göndərişlərinin üzərində reklamın yerləşdirilməsindən əldə edilən gəlirlər; [9]

5.0.3. Müqavilə əsasında göstərilən xidmətlərdən əldə edilən gəlirlər;

5.0.4. Bank kreditləri, qrantlar, daxili və xarici sərmayələr;

5.0.5. Poçt rabitəsinin təşkili, inkişafı, onun nəqliyyat, informasiya və sosial infrastrukturuna kapital qoyuluşları, maliyyə və texniki yardımları.

Maddə 6. Milli operatorun müstəsna hüquqları

6.0. Milli operatorun müstəsna hüquqları aşağıdakılardır:

6.0.1. Poçt qutularında Azərbaycan Respublikasının dövlət gerbinin əksini həkk etmək;

6.0.2. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyəri, tirajı, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılmasına dair təkliflər vermək;

6.0.3. Göndəricilərdən sadə məktub və poçt kartlarının yığılması üçün poçt qutularını istifadəçilər üçün münasib yerlərdə yerləşdirmək;

6.0.4. Poçt rabitəsi obyektlərinə indeksləri təyin etmək;

6.0.5. Poçt göndərişlərinin və pulların daşınması, inkassasiyası zamanı mühafizə məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada silahla təchiz etmək;

6.0.6. qanunvericiliyə uyğun olaraq maliyyə xidmətlərini, o cümlədən Ümumdünya Poçt İttifaqının tələblərinə müvafiq olaraq poçt ödəniş xidmətlərini həyata keçirmək. [10]

III Fəsil

Poçt rabİtəsİ xİdmətlərİ

Maddə 7. Poçt rabitəsinin növləri

7.1. Poçt rabitəsi ümumi istifadədə olan və xüsusi təyinatlı poçt rabitəsi növlərinə bölünür.

7.2. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s. poçt rabitəsi xidmətləri aiddir.

7.3. Xüsusi təyinatlı poçt rabitəsinə dövlət-feldyeger , feldyeger-poçt və xüsusi poçt rabitəsi xidmətləri aiddir. [11]

Maddə 8. Poçt rabitəsi sahəsində fəaliyyətin prinsipləri

8.0. Poçt rabitəsi sahəsində fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

8.0.1. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərindən azad istifadə;

8.0.2. İstifadəçilərin hüquqlarının qorunması;

8.0.3. Ümumi istifadədə olan poçt rabitəsi fəaliyyətində hüquqi və fiziki şəxslərin iştiraketmə hüquqlarının bərabərliyinin təmin olunması;

8.0.4. Poçt rabitəsi sahəsində məxfiliyin qorunması;

8.0.5. Haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi.

Maddə 9. Poçt rabitəsi xidmətlərinin göstərilməsi

9.1. Poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun həyata keçirir.

9.2. Poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini göstərmək üçün digər şəxslərlə müqavilə bağlaya bilər.

9.3. Pul baratlarının ölkə ərazisindən kənara göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

9.4. Universal poçt rabitəsi xidmətləri istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Maddə 10. Milli operatorun müqavilə əsasında göstərdiyi xidmətlər

Milli operator müqavilə əsasında dövri mətbuatın abunə və satış yolu ilə yayımı, pensiyaların, müavinətlərin və digər məqsədli ödənişlərin ödənilməsi, telefon danışıqlarının təşkili, bütün növ telefon və kommunal xidmətlərinə görə ödənişlərin qəbulu ilə məşğul ola bilər.

Maddə 11. Universal poçt rabitəsi xidmətləri

11.1. Universal poçt rabitəsi xidmətlərinin tərkibinə aşağıdakılar aiddir:

11.1.1. çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli);

11.1.2. çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları;

11.2. Universal poçt rabitəsi xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [12]

11.3. Aşağıdakı xidmətlərin milli operator tərəfindən göstərilməsi pulsuzdur:

11.3.1. çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi;

11.3.2. poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri.

11.4. Müddətli həqiqi hərbi qulluqçular üçün pulsuz poçt rabitəsi xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

11.5. Universal poçt rabitəsi xidmətlərinin normativlərini və bu xidmətlərin göstərilməsi ilə bağlı zərərin kompensasiyası qaydalarını və mənbələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 11-1. Xüsusi poçt rabitəsi xidməti [13]

 

11-1.1. Xüsusi poçt rabitəsi xidməti “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir.

11-1.2. Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 12. Dövlət poçt ödənişi nişanları

12.1. Dövlət poçt ödənişi nişanlarına poçt markaları, zərflərin və poçt kartlarının üzərində mətbəə üsulu ilə həkk edilmiş poçt markaları, dövlət poçt ödənişi nişanlarına bərabər tutulan markalayıcı maşının həkki daxildir.

12.2. Dövlət poçt ödənişi nişanlarının saxtalaşdırılması ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 13. Çatdırılması mümkün olmayan və paylanmayan poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi

13.1. Aşağıdakı hallarda poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir:

13.1.1. Poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər hallarda;

13.1.2. Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə.

13.2. Ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda, yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir. Bu halda poçt rabitəsi operatoru poçt göndərişini məhkəmənin müvafiq qərarından sonra aça bilər.

13.3. Poçt rabitəsi operatoru paylanmayan poçt göndərişləri üçün 3 (üç) ayda bir dəfədən az olmayaraq, onların açılmasına razılıq almağa dair məhkəməyə müraciət etməli, məhkəmə həmin müraciətə 5 (beş) iş günü ərzində baxmalıdır.

13.4. Paylanmayan poçt göndərişləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlanmalıdır.

13.5. Paylanmayan poçt göndərişlərinin içərisində tez xarab olan mallar olduqda onlar qanunvericiliklə müəyyən edilmiş qaydada satılmalı, bu mümkün olmadıqda isə həmin mallar məhv edilməlidir. Satışdan əldə olunan vəsait bu qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür.

13.6. Poçt göndərişinin ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmadığı halda saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatorunun müraciəti və bu barədə məhkəmənin müvafiq qərarı ilə poçt göndərişinin içərisindəki əşyalar, mallar və pul vəsaitləri sahibsiz hesab edilir.

13.7.Poçt göndərişinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar, bu qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra məhv edilməlidir. Sahibsiz hesab edilən poçt göndərişinin içərisində olan digər əşyalar göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya səciyyəli sirrinin məxfiliyinə xələl gətirmədiyi halda poçt operatoru tərəfindən satışa çıxarılmalıdır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxılmaqla dövlət büdcəsinə köçürülür.

13.8. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

III-I Fəsil [14]

 

MİLLİ OPERATORUN MALİYYƏ XİDMƏTLƏRİ

 

Maddə 13-1. Maliyyə xidmətləri sahəsində fəaliyyət növləri

 

13-1.1. Milli operator maliyyə xidmətləri sahəsində aşağıdakı fəaliyyət növlərini həyata keçirə bilər:

13-1.1.1. poçt hesablarının açılması və aparılması;

13-1.1.2. pul köçürmələrinin həyata keçirilməsi;

13-1.1.3. maliyyə təsisatlarında, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) müxbir hesabların açılması;

13-1.1.4. poçt əmanətlərinin qəbul edilməsi;

13-1.1.5. ödəniş vasitələrinin, o cümlədən debet və kredit kartlarının, poçt çeklərinin buraxılması;

13-1.1.6. müştərilərin sifarişi və vəsaiti hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi; [15]

13-1.1.7. nağd pulun və digər qiymətlilərin inkassasiyası.

13-1.2. Bu qanunun 13-1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü yalnız maliyyə bazarlarına nəzarət orqanından xüsusi razılıq (lisenziya) alındıqdan sonra həyata keçirilə bilər.

 

Maddə 13-2. Maliyyə xidmətlərinin lisenziyalaşdırılması

 

13-2.1. Milli operator maliyyə xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti maliyyə bazarlarına nəzarət orqanından aldığı xüsusi razılıq (lisenziya) əsasında, lisenziyada müəyyən edilmiş həcmdə həyata keçirə bilər. Lisenziya verilməsinin qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur. Lisenziya alınması üçün milli operatorun müraciətinə tələb olunan bütün sənədlər təqdim olunduqdan sonra ən geci 60 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir.

13-2.2. Milli operatorun filial və şöbələri maliyyə xidmətləri sahəsində yalnız maliyyə bazarlarına nəzarət orqanın icazə verdiyi fəaliyyət növləri ilə məşğul ola bilərlər. Filial və şöbələrə icazələrin verilməsi şərtləri milli operatora lisenziyanın verilməsi qaydalarında müəyyən olunur.

13-2.3. Maliyyə xidmətlərinin həyata keçirilməsi, o cümlədən poçt əmanətlərinin qəbul edilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi məsələsinə milli operatorun daxili informasiya, nəzarət və riskləri idarəetmə sistemlərinin yaradılmasından və onun maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilən kapital normativinə və təşkilati-texniki tələblərə tam cavab verməsindən sonra baxıla bilər.

13-2.4. Lisenziyanın alınması üçün milli operator qanunvericiliklə müəyyən edilən məbləğdə dövlət rüsumu ödəyir.

 

Maddə 13-3. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər

 

13-3.1. Bu qanunda, maliyyə bazarlarına nəzarət orqanınınMərkəzi Bankın normativ xarakterli aktlarında ayrı qayda nəzərdə tutulmadıqda, poçt əmanətlərinin qəbul edilməsinə, poçt hesablarının aparılmasına və milli operatorun həyata keçirdiyi digər maliyyə xidmətləri növlərinə bank fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar tətbiq edilir. Poçt əmanətlərinə "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu şamil olunmur. [16]

13-3.2. Maliyyə xidmətləri sahəsində milli operatorun fəaliyyəti maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq bank fəaliyyətinə şamil edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin müəyyən edilməsi yolu ilə tənzimlənir.

13-3.3. Milli operatorun buraxdığı kredit kartının limiti kart sahibinin poçt əmanətinin məbləğindən artıq ola bilməz. Maliyyə xidmətləri sahəsində milli operatorun fəaliyyət riskini azaltmaq məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı bir əmanətçidən qəbul edilən əmanətin maksimum miqdarını müəyyən edə bilər.

13-3.4. Milli operator qəbul etdiyi poçt əmanətlərini və poçt hesablarının qalıq vəsaitlərini yerli və xarici emitentlərin buraxdığı dövlət qiymətli kağızlarında, mərkəzi bankların qiymətli kağızlarında, habelə müvafiq icra hakimiyyəti orqanının maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə müəyyən etdiyi investisiya strategiyası çərçivəsində mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, yüksək reytinqli digər maliyyə alətlərində, habelə bu qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qaydada kredit kartları üzrə yerləşdirə bilər. [17]

13-3.5. Milli operator maliyyə xidmətləri göstərdiyi binada (o cümlədən filial və şöbələrin yerləşdiyi binada) maliyyə bazarlarına nəzarət orqanından aldığı lisenziyanın (icazənin) surətini, habelə bu sahədə həyata keçirdiyi fəaliyyət növlərinin şərtlərini və qaydalarını hamı üçün rahat görünən sahədə yerləşdirir.

13-3.6. Milli operator müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir. [18]

 

Maddə 13-4. Maliyyə xidmətləri sahəsində nəzarət [19]

 

13-4.1. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində nəzarət maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bank tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. [20]

13-4.2. Milli operator maliyyə xidmətlərinə dair prudensial hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Hesabatların forması, məzmunu və dövriliyi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

13-4.2-1. Milli operator apardığı valyuta əməliyyatları barədə məlumatı “Valyuta tənzimi haqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edir. [21]

13-4.3. Hesabatların təhlili nəticəsində prudensial normativlərin və tələblərin pozulması halları aşkar olunduqda, maliyyə bazarlarına nəzarət orqanı aşağıdakı təsir tədbirlərini tətbiq edə bilər:

13-4.3.1. aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə milli operatora icrası məcburi olan göstərişlərin verilməsi;

13-4.3.2. maliyyə xidmətləri sahəsində ayrı-ayrı fəaliyyət növlərinin məhdudlaşdırılması və ya dayandırılması;

13-4.3.3. prudensial normativlərin (tələblərin) artırılması;

13-4.3.4. milli operatorun ayrı-ayrı filialları (şöbələri) tərəfindən göstərilən maliyyə xidmətlərinin bir qisminin məhdudlaşdırılması və ya qadağan edilməsi;

13-4.3.5. maliyyə xidmətlərinə və bu sahədə mühasibat işinə rəhbərlik edən şəxslərin (onların müavinlərinin), habelə daxili audit bölməsinin rəhbərinin vəzifədən azad edilməsi barədə milli operatorun rəhbərliyi qarşısında məsələ qaldırılması və/və ya həmin şəxslərə qarşı qanunvericiliyə müvafiq qaydada inzibati tənbeh tədbirlərinin görülməsi.

13-4.4. Maliyyə bazarlarına nəzarət orqanı milli operatora verdiyi lisenziyanı aşağıdakı hallarda ləğv edə bilər:

13-4.4.1. milli operatorun öz müraciəti əsasında;

13-4.4.2. lisenziya alınması üçün müraciət edilərkən təqdim edilmiş məlumatların yanlış olduğu aşkar edildikdə;

13-4.4.3. lisenziya qüvvəyə mindiyi gündən milli operator 12 ay müddətində maliyyə xidmətlərinin göstərilməsinə başlamadıqda;

13-4.4.4. milli operator müflis elan edildikdə və ya ləğv edildikdə;

13-4.4.5. milli operatorun nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının milli operator üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın minimum miqdarından az olduqda və ya kapitalın adekvatlıq əmsalı maliyyə bazarlarına nəzarət orqanının milli operator üçün müəyyən etdiyi normativin 25%-dən aşağı düşdükdə;

13-4.4.6. milli operator idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə;

13-4.4.7. milli operator maliyyə xidmətləri sahəsində yol verdiyi ciddi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanın tələblərinə əməl etmədikdə;

13-4.4.8. üç hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına prudensial hesabat təqdim etmədikdə və ya bilərəkdən maliyyə bazarlarına nəzarət orqanına yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə.

13-4.4.9. milli operator tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər mütəmadi olaraq pozulduqda.

13-4.5. Maliyyə bazarlarına nəzarət orqanı milli operatorun filial və ya şöbəsinə verdiyi icazəni aşağıdakı hallarda ləğv edə bilər:

13-4.5.1. icazə alınması üçün müraciət edilərkən təqdim edilmiş məlumatların yanlış olduğu aşkar edildikdə;

13-4.5.2. icazəni almış filial və ya şöbə idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə;

13-4.5.3. maliyyə xidmətləri sahəsində icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

13-4.5.4. filialın və ya şöbənin bağlanması haqqında qərar qəbul edildikdə.

13-4.5.5. icazəni almış filial və ya şöbə tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər mütəmadi olaraq pozulduqda.

13-4.6. Maliyyə bazarlarına nəzarət orqanı tətbiq etdiyi təsir tədbirləri və sanksiyalar barədə dərhal milli operatora yazılı məlumat verir.

13-4.7. Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı milli operatordan, o cümlədən onun filial və şöbələrindən idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat kitablarını, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.

 

Maddə 13-5. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması [22]

 

13-5.1. Milli operator cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinq orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirir.

Milli operator qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiar mülkiyyətçinin və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl etməlidir. [23]

13-5.2. Bu Qanunun 13-5.1-ci maddəsində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi və normativ xarakterli aktlar ilə müəyyən edilir. [24]

 

Maddə 13-6. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar [25]

 

Poçt rabitəsinin milli operatoru maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.

 

IV Fəsil

Poçt rabİtəsİ operatorlarının dövlət və yerlİ özünüİdarəetmə orqanları, dİgər müəssİsələrlə münasİbətlərİ

Maddə 14. Poçt rabitəsi obyektlərinin yerləşdirilməsi

14.1. Dövlət hakimiyyəti və bələdiyyə orqanları yaşayış məntəqələrinin, həmçinin yaşayış binalarının layihələşdirilməsi, tikintisi və yenidən qurulması zamanı Milli operatorun poçt obyektlərinin yerləşdirilməsi üçün binaların tikintisini, binalarda yerlərin və ya torpaq sahələrinin ayrılmasını təmin etməlidir.

14.2. Milli operatorun obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq ayrılır. Avtomobil, dəmiryol stansiyalarında, hava və dəniz limanlarında, poçt mübadilə məntəqələrinin binalarının və qurğularının tikintisi üçün isə torpaq sahələri stansiya və limanların bilavasitə yaxınlığında, digər poçt obyektlərinin tikintisi üçün isə yaşayış məntəqələrinin mərkəzi hissəsində ayrılmalıdır.

14.3. Ünvan qutuları tikinti müəssisələri tərəfindən çoxmərtəbəli binaların birinci mərtəbələrində quraşdırılır. Ünvan qutularının alınması və quraşdırılması xərcləri bu evlərin tikinti xərclərinə daxil edilir.

14.4. Fərdi tikililərdə istifadəçilər poçt göndərişlərini almaq üçün ünvan qutularını öz vəsaitləri hesabına quraşdırırlar.

14.5. Çoxmərtəbəli binalarda yerləşən hüquqi şəxslər binaların birinci mərtəbəsində ünvan qutuları quraşdırır və onların yararlı vəziyyətdə saxlanılmasını təmin edir.

14.6. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən poçt rabitəsi operatorları qanunvericilik ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə müvafiq tədbirlər keçirilməsi üçün şərait yaratmalı, bu zaman yaranan təşkilati-texniki məsələləri həll etməli və istifadə olunan üsulları gizli saxlamalıdırlar.

Maddə 15. Poçt göndərişlərinə təhlükəsizlik, gömrük və karantin nəzarəti

15.1. Azərbaycan Respublikasının ərazisinə poçt göndərişləri vasitəsi ilə idxal və bu ərazidən ixrac olunan mallara gömrük nəzarəti bu qanuna və digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.

15.2. Azərbaycan Respublikasının ərazisinə daxil olan və göndərilən poçt göndərişlərinə təhlükəsizlik nəzarəti qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir.

15.3. Azərbaycan Respublikası ərazisindən sadə və sifarişli məktublarda gömrük ödənişləri tətbiq edilən əşyaların göndərilməsi qadağandır.

15.4. Poçt rabitəsi operatorlarının xaricə göndərdikləri və oradan aldıqları beynəlxalq poçt göndərişlərinə təhlükəsizlik və gömrük nəzarəti müəyyən olunmuş yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

15.5. Beynəlxalq poçt göndərişləri ilə göndərilən mallara tətbiq edilən gömrük ödənişləri poçt rabitəsi operatoru tərəfindən alınaraq qanunvericiliklə müəyyən edilən qaydada Azərbaycan Respublikası gömrük orqanlarının hesabına köçürülür.

15.6. Gömrük orqanları tərəfindən beynəlxalq poçt göndərişlərində göndərilən mallara dair qəbul edilən qərarlara görə poçt rabitəsi operatorları cavabdehlik daşımır. Poçt rabitəsi operatorları poçt göndərişlərində sərhəddən keçirilməsi qadağan olunan mallar və əşyalar barədə istifadəçiləri əvvəlcədən məlumatlandırmalıdır.

15.7. Beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 16. Poçt rabitəsində nəqliyyat vasitələrindən istifadə

16.1. Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin üzərində milli operatorun emblemi həkk edilir və bu nəqliyyat vasitələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada operativ nəqliyyat vasitələri hesab edilir.

16.2. Poçt rabitəsi operatorları müqavilə əsasında avtomobil, dəmir yolu, hava, dəniz nəqliyyatı vasitəsilə öz işçilərinin müşayiəti, yaxud nəqliyyat müəssisələrinin cavabdehliyinə verilməklə poçtun daşınmasını təşkil edir.

 

V Fəsil

Poçt rabİtəsİ operatorlarının, İstİfadəçİlərİn və vasİtəçİlərİn məsulİyyətİ

Maddə 17. Poçt rabitəsi operatorlarının məsuliyyəti

17.1. Poçt rabitəsi operatorları istifadəçilər qarşısında aşağıdakı qaydada maddi məsuliyyət daşıyırlar:

17.1.1. qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində;

17.1.2. qiyməti bəyan olunmuş poçt göndərişinin içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı zədələndiyi və xarab olduğu halda həmin əşyaların göndəricinin siyahıda göstərdiyi qiymətdən artıq olmamaq şərti ilə dəymiş ziyanın dəyəri miqdarında;

17.1.3. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında;

17.1.4. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı, zədələndiyi və xarab olduğu halda 17.1.3-cü maddədə göstərilən miqdardan artıq olmamaq şərtilə itən, oğurlanan, zədələnən və xarab olan əşyanın real dəyəri miqdarında;

17.1.5. itirilmiş, oğurlanmış, zədələnmiş və xarab olmuş poçt göndərişinə görə bu qanunun 17.1.1-ci və 17.1.3-cü maddələrində nəzərdə tutulan kompensasiyalardan əlavə bəyan olunmuş qiymətə görə ödəniş haqqı istisna olmaqla, digər ödəniş haqları miqdarında;

17.1.6. beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə Ümumdünya Poçt İttifaqının aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla;

17.1.7. teleqramın mətnində məna dəyişikliyinə səbəb olan təhriflərə yol verilməsinə görə ödəniş haqqının 10 misli miqdarında;

17.1.8. pul baratının ödənilmədiyi və ya qismən ödənildiyinə görə - ödənilməmiş məbləğ miqdarında;

17.1.9. poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10%-i miqdarında;

17.1.10. içərisində sağlamlıq müəssisəsinə yollayış, avia, dəmiryol və digər gediş biletləri olan daxili qiymətli məktubun nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilməməsi səbəbindən onların istifadə müddətləri keçdiyi halda dəymiş ziyanın real dəyəri (göndərici tərəfindən siyahıda göstərilmiş qiymətdən artıq olmamaq şərtilə) miqdarında.

17.2. Bu qanunun 17.1-ci maddədə göstərilən kompensasiya və ödəniş haqları göndəriciyə və ya onun yazılı müraciətinə əsasən ünvan sahibinə ödənilir.

17.3. İtirilmiş və ya oğurlanmış poçt göndərişi kompensasiya və ödəniş haqları ödənildikdən sonra tapılarsa, qarşılıqlı razılıq əsasında ödənilmiş kompensasiya və ödəniş haqları geri alındıqdan sonra bu poçt göndərişi 5 (beş) iş günü müddətində göndəriciyə və ya ünvan sahibinə verilir.

17.4. Poçt rabitəsi operatorları aşağıdakı hallarda istifadəçilər qarşısında məsuliyyət daşımırlar:

17.4.1. poçt göndərişinin itirilməsi, içərisindəkilərin xarab olması, zədələnməsi və ya çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə;

17.4.2. poçt göndərişinin içərisindəkilərinin çatışmazlığı, zədələnməsi və ya xarab olması göndərilən əşyaların xüsusiyyətlərindən asılı olaraq baş verdikdə;

17.4.3. poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə;

17.4.4. ünvan sahibi və ya göndərici poçt göndərişinin qəbuluna dair iltizamnamə verdikdə;

17.4.5. gömrük orqanlarının qəbul etdikləri qərara görə;

17.4.6. məhkəmənin qərarı ilə poçt göndərişinin götürüldüyü, üzərinə həbs qoyulduğu və müsadirə edildiyi hallara görə.

Maddə 18. İstifadəçilərin məsuliyyəti

İstifadəçilər poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulması və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatorunun istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.

Maddə 19. Poçt rabitəsi vasitəçilərinin məsuliyyəti

Poçt göndərişlərinin daşınmasında vasitəçilik edən hüquqi və ya fiziki şəxslər poçt rabitəsi operatorları qarşısında poçt göndərişlərinin onların təqsiri ucbatından itirilməsinə, oğurlanmasına və ya zədələnməsinə görə poçt operatorlarının istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.

Maddə 20. Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyi

20.1. Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyi bu qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə qorunur.

20.2. Poçt rabitəsi sahəsində işləyən şəxslər poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyini qorumalıdır.

20.3. Poçt göndərişlərinin üzərinə həbs qoyulması və müsadirə edilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 21. İstifadəçilərin hüquqları

21.1. Poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir.

21.2. Poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər.

21.3. İstifadəçilərin daxili göndərişlərə dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir.

21.4. İstifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud baxılmasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Maddə 22. Poçt rabitəsi sahəsində təhlükəsizliyin təmin edilməsi

22.1. Poçt göndərişlərinin, obyektlərinin, işçilərinin və istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə poçt rabitəsi operatoru qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirir.

22.2. Poçt rabitəsi sahəsində təhlükəsizlik tədbirlərini həyata keçirən şəxslər poçt rabitəsi sahəsində qanunvericiliyin pozulması hallarını araşdırarkən poçtla təmasda olan bütün müəssisələr (hava limanı, dəmir yolu nəqliyyatı, dəniz limanı, avtomobil nəqliyyatı) bu şəxslərə onların fəaliyyəti üçün lazım olan şəraiti təmin etməlidirlər.

VI Fəsil

Poçt rabİtəsİ xİdmətlərİ göstərİlməsİnİn xüsusİyyətlərİ

Maddə 23. Poçt rabitəsi sahəsində istifadə olunan dil

23.1. Azərbaycan Respublikasının bütün ərazisində poçt rabitəsi operatorları tərəfindən kargüzarlıq qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparılır.

23.2. Daxili poçt göndərişlərində ünvanlar və qeydlər Azərbaycan dilində yazılmalıdır.

23.3. Beynəlxalq poçt göndərişləri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun tərtib edilir və işlənilir.

23.4. Tranzit ölkələrdə müəyyən çətinliklərin yaranmaması üçün göndərişin ünvanlandığı ölkənin adı Ümumdünya Poçt İttifaqı tərəfindən qəbul olunmuş beynəlxalq dillərin birində yazıla bilər.

Maddə 24. Uçot-hesabat vaxtı

Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi xidmətləri üçün vahid uçot-hesabat vaxtı - Bakı vaxtı tətbiq edilir. Beynəlxalq poçt rabitəsində uçot-hesabat vaxtı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən müəyyən edilir.

VII Fəsil

Yekun müddəalar

Maddə 25. Poçt rabitəsi sahəsində beynəlxalq əməkdaşlıq

25.1. Poçt rabitəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, poçt rabitəsi operatorlarının xarici poçt rabitəsi operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.

25.2. Poçt rabitəsi sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri xarici hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müqavilələr bağlaya bilərlər.

25.3. Universal poçt rabitəsi xidmətləri sahəsində beynəlxalq fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir və səlahiyyətləri çərçivəsində digər ölkələrin poçt müdiriyyətləri ilə qarşılıqlı əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və maraqlarını qoruyur.

25.4. Azərbaycan Respublikasının poçt rabitəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı üzvlük haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilir.

 

Maddə 25-1. Mühasibat uçotu və maliyyə hesabatları [26]

 

25-1.1. Poçt rabitəsinin operatoru, o cümlədən milli operator tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

25-1.2. Milli operator illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.

 

Maddə 26. Bu qanunun pozulmasına görə məsuliyyət

Bu qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 27. Mübahisələrin həlli

27.1. Poçt rabitəsi fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

27.2. Azərbaycan Respublikasının ərazisində və xarici dövlətlərin ərazilərində yerləşən poçt müəssisələri arasında mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada həll olunur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2004-cü il

№ 714-IIQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442)

2.       2 oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 958)

3.       30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)

4.       5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

5.       30 sentyabr 2014-cü il tarixli 1028-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1148)

6.       4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409)

7.       30 sentyabr 2016-cı il tarixli 316-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 oktyabr 2016-cı il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1602)

8.       29 noyabr 2016-cı il tarixli 418-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 6)

9.       20 oktyabr 2017-ci il tarixli 804-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1957)

10.    20 oktyabr 2017-ci il tarixli 807-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1960)

11.    17 noyabr 2017-ci il tarixli 860-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2223)

12.    31 may 2018-ci il tarixli 1160-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2018-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1390)

13.    28 dekabr 2018-ci il tarixli 1415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 32)

14.    29 oktyabr 2021-ci il tarixli 391-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1298)

15.    23 dekabr 2022-ci il tarixli 754-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1399)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 2 oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 958) ilə adından və preambulasından "rabitəsi" sözü çıxarılmışdır.

 

[2] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə mətnində ismin müvafiq hallarında Milli Bank sözləri ismin müvafiq hallarında Mərkəzi Bank sözləri ilə əvəz edilmişdir.

 

[3] 2 oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 958) ilə 1.0.7-ci maddədə "poçt rabitəsi" sözlərindən sonra "və poçt-maliyyə" sözləri əlavə edilmişdir.

 

[4] 2 oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 958) ilə yeni məzmunda 1.0.18-1.0.20-ci maddələr əlavə edilmişdir.

 

[5] 4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409) ilə 1.0.20-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 1.0.21-ci maddə əlavə edilmişdir.

 

[6] 28 dekabr 2018-ci il tarixli 1415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 32) ilə 2-ci maddənin mətni 2.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə əlavə edilmişdir.

 

[7] 30 sentyabr 2016-cı il tarixli 316-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 oktyabr 2016-cı il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1602) ilə 3.0.2-1-ci maddəsi ləğv edilmişdir.

 

[8] 2 oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 958) ilə 5.0.1-ci maddədə "poçt rabitəsi" sözlərindən sonra "və maliyyə" sözləri əlavə edilmişdir.

 

[9] 29 noyabr 2016-cı il tarixli 418-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 6) ilə 5.0.2-ci maddəsində “Poçtla” sözü “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinə uyğun olaraq, poçtla” sözləri ilə əvəz edilmişdir.

 

[10] 2 oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 958) ilə 6.0.6-cı maddə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

6.0.6. Ümumdünya Poçt İttifaqının tələblərinə uyğun poçt ödəniş xidmətlərini (pul köçürmələri, poçt çekləri, poçt əmanətləri və s.) müvafiq qanunvericiliyə uyğun həyata keçirmək.

 

[11] 20 oktyabr 2017-ci il tarixli 807-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1960) ilə 7.3-cü maddədən “, feldyeger-poçt” sözləri çıxarılmışdır.

 

[12] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442) ilə 11.2-ci maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilmişdir.

 

[13] 20 oktyabr 2017-ci il tarixli 807-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1960) ilə yeni məzmunda 11-1-ci maddə əlavə edilmişdir.

 

[14] 2 oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 958) ilə yeni  məzmunda III-I fəsil əlavə edilmişdir.

 

[15] 20 oktyabr 2017-ci il tarixli 804-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1957) ilə 13-1.1.6-cı maddəsində “xarici valyutanın alqı-satqısı” sözləri “valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[16] 4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409) ilə 13-3.1-ci maddədə “Bu Qanunda” sözlərindən sonra “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir.

 

[17] 4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409) ilə 13-3.4-cü maddədə “Mərkəzi Bankla birlikdə” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə” sözləri ilə əvəz edilmişdir.

 

[18] 17 noyabr 2017-ci il tarixli 860-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2223) ilə yeni məzmunda 13-3.6-cı maddə əlavə edilmişdir.

 

[19] 4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409) ilə 13-1.2-ci, 13-2-ci, 13-3.2-ci, 13-3.3-cü, 13-3.5-ci və 13-4-cü (13-4.1-ci maddə istisna olmaqla) maddələrdə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409) ilə 13-4-cü maddənin adında və 13-4.1-ci maddədə “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilmişdir.

 

[20] 30 sentyabr 2014-cü il tarixli 1028-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1148) ilə 13-4.1-ci maddəsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

13-4.1. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində dövlət nəzarəti səlahiyyətləri daxilində Mərkəzi Bank və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409) ilə 13-4.1-ci maddədə “Mərkəzi Bank” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı və” sözləri əlavə edilmişdir.

 

[21] 23 dekabr 2022-ci il tarixli 754-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTACn) rəsmi internet saytı, 30 dekabr 2022-ci il,Azərbaycanqəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1399) ilə yeni məzmunda 13-4.2-1-ci maddə əlavə edilmişdir.

 

[22] 30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə yeni məzmunda 3.0.2-1-ci, 13-4.4.9-cu, 13-4.5.5-ci və 13-5-ci maddələr əlavə edilmişdir.

 

[23] 31 may 2018-ci il tarixli 1160-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2018-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1390) ilə 13-5.1-ci maddənin ikinci abzasında “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilmişdir.

 

[24] 31 may 2018-ci il tarixli 1160-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2018-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1390) ilə 13-5.2-ci maddədə “aktlar” sözü “və normativ xarakterli aktlar” sözləri ilə əvəz edilmişdir.

 

[25] 4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 409) ilə yeni məzmunda 13-6-cı maddə əlavə edilmişdir.

 

[26] 29 oktyabr 2021-ci il tarixli 391-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1298) ilə yeni məzmunda 25-1-ci maddə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status