Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası bəzi dövlət orqanlarının fəaliyyətində səmərəliliyi yüksəltmək, rəhbər işçilərin aylıq vəzifə maaşlarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq və onların maddi təminatını daha dolğun ödəmək məqsədilə qərara alıram:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci və 2-ci bəndlərində göstərilən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanlarının işçilərinin əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 yanvar tarixli 600 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
6. Bu Sərəncam 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şәhәri, 10 avqust 2004-cü il
№ 348
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 yanvar 2007-ci il tarixli 1892 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 15)
2.
10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 615)
3.
1 sentyabr 2011-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №09, maddə 797)
4.
11 iyun 2013-cü il tarixli 2949 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 687)
5.
02 dekabr 2013-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, №12, maddə 1555)
6.
6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464)
7.
16 mart 2017-ci il tarixli 2750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 17 mart 2017-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 438)
8.
30 noyabr 2017-ci il tarixli 3428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2137)
9.
13 mart 2018-ci il tarixli 3786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 510)
10.
1 mart 2022-cü il tarixli 1609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 615) ilə adında, preambulasında və 1-ci bəndinin birinci abzasında «icra hakimiyyəti» sözləri «bəzi dövlət» sözləri ilə əvəz edilmişdir.
[2]
22 yanvar 2007-ci il tarixli 1892 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 15) ilə 348 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndləri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
Baş nazir - 7700000 manat
Baş nazirin birinci müavini - 6800000 manat
Baş nazirin müavini - 6500000 manat
Nazir, Dövlət Komitəsinin, Milli Bankın idarə
heyətinin sədri - 6000000 manat
Digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri - 5000000 manat
Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə
heyəti sədrinin birinci müavini - 4000000 manat
Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə
heyəti sədrinin müavini, digər mərkəzi icra hakimiyyəti
orqanı rəhbərinin birinci müavini - 3500000 manat
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında orqanın rəhbəri, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin müavini - 3200000 manat
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
orqanın rəhbərinin müavini - 2400000 manat
2. Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
Bakı şəhəri - 6000000 manat
Gəncə və Sumqayıt şəhərləri - 3500000 manat
Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə:
Əhalisi 50 min nəfərdən çox olan rayonlar - 3000000 manat
Əhalisi 50 min nəfərədək olan rayonlar - 2400000 manat
10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 615) ilə 1-ci bəndinin beşinci abzasında “sədri”» sözündən sonra “, Dövlət Neft Fondunun İcraçı direktoru” sözləri əlavə edilmişdir.
1 sentyabr 2011-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №09, maddə 797) ilə 1-ci hissəsinin dördüncü, altıncı və yeddinci bəndlərdən “, Milli Bankın idarə heyətinin” sözləri çıxarılmışdır.
1 sentyabr 2011-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №09, maddə 797) ilə 1-ci hissəsinin dördüncü bənddə “Dövlət Sosial Müdafiə Fondunun sədri,” sözlərindən sonra “Dövlət Sərhəd Xidmətinin rəisi,” sözləri, altıncı bənddə “müavini” sözündən sonra “, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini” sözləri və yeddinci bənddə “sədrinin müavini” sözlərindən sonra “, Dövlət Sərhəd Xidməti rəisinin müavini” sözləri əlavə edilmişdir.
11 iyun 2013-cü il tarixli 2949 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 687) ilə 1-ci hissəsinin yeddinci bəndinə “Komitəsi sədrinin” sözlərindən sonra “, Dövlət Neft Fondunun İcraçı direktorunun” sözləri əlavə edilmişdir.
02 dekabr 2013-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, №12, maddə 1555) ilə 1-ci və 2-ci hissələri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2.. Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
|
|
|
|
|
|
|
|
|
|
6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464) ilə 1.4-cü bəndindən “Dövlət Sosial Müdafiə Fondunun sədri,” sözləri, 1.6-cı və 1.7-ci bəndlərindən “Dövlət Sosial Müdafiə Fondu sədrinin,” sözləri çıxarılmışdır.
16 mart 2017-ci il tarixli 2750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 17 mart 2017-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 438) ilə 1.4-cü bənddə “sədri,” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi,” sözləri əlavə edilmişdir.
30 noyabr 2017-ci il tarixli 3428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2137) ilə 1.4-cü bənddən “, Dövlət Neft Fondunun İcraçı direktoru” sözləri çıxarılmışdır.
16 mart 2017-ci il tarixli 2750 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 17 mart 2017-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 438) ilə 1.7-ci bənddə “sədrinin,” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin,” sözləri əlavə edilmişdir.
30 noyabr 2017-ci il tarixli 3428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2137) ilə 1.7-ci bənddən “, Dövlət Neft Fondunun İcraçı direktorunun” sözləri çıxarılmışdır.
13 mart 2018-ci il tarixli 3786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 510) ilə 1-ci və 2-ci hissələri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
|
|
|
|
|
|
|
|
|
|
|
|