AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2000
QEYDİYYAT NÖMRƏSİ
423
ADI
Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2000, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 349)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında

Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya prosesləri ilə məşğul olan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, ölkəyə giriş-çıxış əməliyyatlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılmasının təmin edilməsi, habelə bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: [1]

 

Komissiyanın sədri [2]

 

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş Nazirinin müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini [3]

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri [4]

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Hava Yolları ”Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

 

2. Komissiyaya tapşırılsın ki, sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etsin və görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinə mütəmadi məlumat versin.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 20 may 2000-ci il

     № 423

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             28 iyul 2004-cü il tarixli 326 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 568)

2.             11 aprel 2014-cü il tarixli 376 nömrəli Sərəncamı Azərbaycan Respublikası Prezidentinin (“Respublika” qəzeti, 12 aprel 2014-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 391)

3.             1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301)

4.             21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)

5.             11 mart 2020-ci il tarixli 1918 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 mart 2020-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3 , maddə 303)

6.             9 iyul 2020-ci il tarixli 2149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 913)

7.             31 may 2022-ci il tarixli 3298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 iyul 2004-cü il tarixli 326 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 568) ilə Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri “Eldar Mahmudov” daxil edilmiş, “Namiq Abbasov” Komissiyanın tərkibindən  çıxarılmışdır.

1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301) ilə 1-ci hissədə “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 1-ci hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.

 

11 aprel 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 12 aprel 2014-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 391) ilə 1-ci hissəsində “Aydın Bəşirov - Dövlət Xəzər Gəmiçiliyinin rəisi” sözləri “Rauf Vəliyev – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 mart 2020-ci il tarixli 1918 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 mart 2020-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3 , maddə 303) ilə 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri:

Abid Şərifov

- Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Mədət Quliyev

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Ramil Usubov

- Azərbaycan Respublikasının Daxili İşlər naziri

Kəmaləddin Heydərov

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

İlqar Fəti-zadə

- Azərbaycan Respublikasının Maliyyə nazirinin birinci müavini

İlqar Rəhimov

- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin birinci müavini

Xələf Xələfov

- Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Cahangir Əsgərov

- Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru

Ziya Məmmədov

- Dövlət Dəmir Yolu İdarəsinin rəisi

Rauf Vəliyev

- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Ağadayı Ağayev

- Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin xarici-iqtisadi əlaqələr şöbəsi müdirinin birinci müavini

 

[3] 31 may 2022-ci il tarixli 3298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114) ilə 1-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 9 iyul 2020-ci il tarixli 2149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 913) ilə 1-ci hissəsinə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status