×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
31.08.2004
QEYDİYYAT NÖMRƏSİ
365
ADI
Azərbaycan Respublikasının Altıağac Milli Parkının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-09-2004, Nəşr nömrəsi: 206), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2004, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 652)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Altıağac Milli Parkının yaradılması haqqında

Azərbaycan Respublikasının Altıağac Milli Parkının yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının qorunub saxlanması. Ekoturizmin inkişaf etdirilməsi məqsədilə və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xızı və Siyəzən rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 11035 hektarlıq sahəsində Azərbaycan Respublikasının Altıağac Milli Parkı yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2004-cü il
№ 365

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status