430.000.000
“İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında" Konvensiyanın Yekun Protokolunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında" 1950-ci il 21 mart tarixli Konvensiyanın Yekun Protokolu təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2004-cü il
№ 769-IIQ
İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən
istismarına qarşı mübarizə haqqında Konvensiyanın
YEKUN PROTOKOLU
Bu Konvensiyanın heç bir müddəası insan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizəni təmin etməklə bağlı müddəaların yerinə yetirilməsi üçün Konvensiya ilə təmin olunan şərtlərdən daha ciddi şərtləri müəyyən edən hər hansı qanunvericiliyi istisna etmir.
Konvensiyanın 23 -26-cı maddələrinin müddəaları bu Protokola tətbiq ediləcəkdir.