AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.12.2004
QEYDİYYAT NÖMRƏSİ
159
ADI
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavə və dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-12-2004, Nəşr nömrəsi: 287), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2004, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1005)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.12.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
080.000.000
110.000.000
180.000.000
210.000.000
240.000.000
270.000.000
360.000.000
420.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
1005

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavə və dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

I. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1.     Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan"nın 2 nömrəli əlavəsinin "İdxal" bölməsinin altıncı abzasında rəyi tələb olunan dövlət orqanlarının siyahısında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

2.     "Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №  3, maddə 177) 2-ci bəndinin doqquzuncu abzasında "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

3.     "Tarixi "İpək yolu"nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №  10, maddə 612) 5-ci və 6-cı bəndlərində "Azəravtonəqliyyat" Dövlət Konserni, "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

4.     "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №  11, maddə 666) 2-ci bəndinə aşağıdakı dəyişikliklər edilsin:

4.1.  səkkizinci abzasda "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

4.2.  beşinci, altıncı, doqquzuncu və iyirmi üçüncü abzaslarda "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

4.3.  on doqquzuncu abzasda "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin və həmin abzasdan ",Azərbaycan Respublikasının "Azəravtoyol" Dövlət Şirkəti" sözləri çıxarılsın;

4.4.  iyirminci və iyirmi birinci abzaslarda "Azəravtoyol" Dövlət Şirkəti, Azərbaycan Respublikasının  "Azəravtonəqliyyat"  Dövlət Konserni"  sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

5. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 411) 2-ci bəndinin səkkizinci abzasında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

6.     "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №  3, I kitab, maddə 166) 2-ci bəndinin üçüncü və dördüncü abzaslarında "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

7.     "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №  8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 2, maddə 68, № 3, maddə 138, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8,
maddələr 607, 608; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 no
yabr tarixli 145 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1-ci bəndin ikinci - beşinci abzasları müvafiq olaraq 1.1  -  1.4-cü bəndlər, 2-ci bəndin ikinci - iyirmi səkkizinci abzaslan müvafiq olaraq 2.1 - 2.27-ci bəndlər, 3-cü bəndin ikinci - qırx üçüncü abzaslan müvafiq olaraq 3.1 - 3.42-ci bəndlər hesab edilsin;

7.2.  2.7-ci bənddə "Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

7.3.  3.18-ci bənddə "müvafiq nazirliyi yaradılanadək Azərbaycan Respublikasının "Azərbaycan Hava Yollan" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

7.4.  3.19-cu bənddə "müvafiq nazirliyi yaradılanadək Azərbaycan Dövlət Dəmir Yolu" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

7.5.  3.20-ci bənddə "müvafiq nazirliyi yaradılanadək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

7.6.  3.21-ci bənddə "Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

8.   Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №  9, maddə 598; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 33 nömrəli Fərmanı) 10.53-cü bəndi çıxarılsın. [1]

9.   Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydalan"nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 704; 2003-cü il, №  10, maddə 563) 3.1-ci və 3.5-ci bəndlərində "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

10.  Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 753
nömrəli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)"nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 473) "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər) üzrə həyata keçiriləcək, əsas tədbirlər"inin 5.9-cu bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

10.1.      "Gənclər, İdman və Turizm Nazirliyi" sözlərindən sonra "Nəqliyyat
Nazirliyi" sözləri əlavə edilsin;

10.2.      "Azəravtoyol" DK" sözləri çıxarılsın.

11.    "Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış Ələt-Qazıməmməd yolunun yenidən qurulması işlərinə kredit ayrılması barədə "Borc Sazişi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 31 avqust tarixli 652 nömrəli Sərəncamının 2-ci bəndində "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

12.    "Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "İnkişaf üçün kredit haqqında Sazişin (Azərbaycan Magistral Avtomobil Yolları Layihəsinin) təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 798 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 606) 2-ci bəndində "Azəravtoyol" Dövlət Şirkətinə" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə" sözləri ilə əvəz edilsin.

13.    Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107) ilə təsdiq edilmiş milli proqramlara aşağıdakı dəyişikliklər edilsin:

13.1.     "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram"ın 10-cu Bölməsinin 73-cü və 74-cü bəndlərindən "Azəravtoyol" Dövlət Şirkəti" sözləri çıxarılsın;

13.2.     "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram"da:

13.2.1.         1-ci Bölmənin 1.2.4-cü bəndinin üçüncü abzasında "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

13.2.2.         4-cü Bölmənin 4.1.3-cü bəndindən "Azəravtoyol Dövlət Şirkəti" sözləri çıxarılsın.

14.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

14.1.     Azərbaycan Respublikasında avtomobil yollan şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair və Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramlarının layihələrini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

14.2.     bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

15. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.

II. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 dekabr 2004-cü il

                          № 159

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 mart 2020-ci il tarixli 975 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 aprel 2020-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 251)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 mart 2020-ci il tarixli 975 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 aprel 2020-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 251) ilə 8-ci bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status